Gəncədə fəaliyyəti Mirzə Şəfi Vazehin adı ilə birbaşa bağlı olan "Divani-hikmət ədəbi məclisi" bərpa edilib. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu addım gəncəli müdrikin 220 illik yubileyi ərəfəsində şair-publisistin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq atılıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Sahib İbrahimlinin təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə bərpa edilən "Divani-Hikmət" məclisinin üzvləri Gəncə şəhər Mərkəzi Kitabxanasının oxu zalında toplaşaraq məclisin rəsmi fəaliyyətini elan ediblər. Bura toplaşan qələm ustaları çıxış edərək Mirzə Şəfi, onun həyatı və yaradıcılığı barədə söhbət açıb, dahi şairin 220 illik yubileyi münasibəti ilə şəhərdə keçirilən və təşkili nəzərdə tutulan tədbirlər haqqında müzakirələr aparıblar.
Sahib İbrahimli, "Divani-Hikmət" ədəbi məclisinin üzvü: "Bilirsiniz ki, Azərbaycanın müxtəlif bölgələrində müxtəlif adda ədəbi məclislər fəaliyyət göstərib. Mirzə Şəfinin yaratdığı ədəbi məclis bu məclislər arasında öz səviyyəsi və yaradıcılıq məramı ilə seçilib. Bu ədəbi məclis yerli ədəbi qüvvələrin inkişafına, onların istedadlarının formalaşmasına çox böyük təsir gösərib".
Gəncəli müdrikin vəfatından sonra bir müddət fəaliyyətini davam etdirən ədəbi-məclis, rus işğalı ilə bağlı olaraq XIX əsrin sonlarında dağılıb. Bildirilib ki, yüz ildən artıq bir zaman kəsiyində toplanmayan "Divani-Hikmət"in bəpa edilməsi, Gəncənin mədəni həyatında önəmli bir hadisədir.
Sahib İbrahimli: "Biz fürsətdən istifadə edib, bölgənin bütün yaradıcı insanlarını "Divani-Hikmət" məclisinə dəvət edirik. Yaşından, mövqeyindən asılı olmayaraq, cavan, orta və yaşlı nəslin nümayəndələrini dəvət edirik. Onlar ədəbi məclis ətrafında birləşsinlər ki, bizim ədəbiyyatımız bu məclisin köməkliyi ilə bir az da püxtələşsin, formalaşsın, inkişaf etsin".
"Divani-Hikmət" ədəbi məclisinin üzvləri ayda iki dəfə toplaşaraq, ədəbi müzakirələr, yeni qələmə alınan nəzm və nəsr əsərləri arasında ən yaxşılarını müəyyən etmək üçün məsləhətləşmələr aparacaqlar.
Milli.Az
Mədəniyyət
Gəncədə "Divani-hikmət ədəbi məclisi" bərpa edilib
11 Sentyabr 2014 18:42
0 Şərh
Baxış: 1 342
DİGƏR XƏBƏRLƏR
- Gəncə Dövlət Filarmoniyasinda "Təbiətin səsi" adlı sərgi baş tutub - FOTO
- Heydər Əliyev Mərkəzində “Yer kürəsi uşaqların gözü ilə” fotosərgisi açılıb - FOTO
- Leyla Əliyeva, İordaniya şahzadəsi və ICCROM-un baş direktoru "Manqurt" tamaşasını izləyiblər - FOTO
- Tanınmış bəstəkar öldü
- Filarmoniyada COP29-a həsr olunmuş konsert keçirilib - FOTO
- Okhatan Neo qrupunun üzvləri xalq artisti ilə görüşüb - FOTOlar
XƏBƏR LENTİ
- "Dedilər ki, fotosessiyanın tutması üçün mütləq soyunmalısan" - FOTOlar
- Bu 5 əlamət varsa, deməli uğurlusuz
- Şəbnəm Tovuzlu özünü tanınmaz hala saldı - VİDEO
- Millimiz məğlub olur: 0:6 - yenilənir -canlı
- Gündüz yatmağı zərərləri var?
- Bəy toya bir həftə qalmış, dəvətnamələri paylayarkən ağır qəzaya düşdü - FOTO
- "Rusiya-Çin münasibətləri görünməmiş inkişaf mərhələsindədir"
- Zelenski: Ukrayna ATACMS raketlərdən istifadə edəcək
- Azərbaycanda sosial yardımlar nə qədər artırılacaq? – Ekspertlərdən açıqlama
- Azərbaycanlı müğənni “Altın Kelebek”də mükafat alacaq - FOTO
- Qarakənd faciəsindən 33 il ötür
- Bu gün Ağdam Şəhəri Günüdür
- Günün qoroskopu: Sərt, aqressiv olmayın
- Azərbaycanlı alim vəfat etdi - FOTO
- Yeni dələduzluq növü - smartfonlara toy dəvətnamələri göndərərək... - VİDEO
- Bitkoin rekord qiymətə
- 66 yaşlı Ursula fon der Lyayen G20 sammitində "şou" göstərdi - akrobatik hərəkət - VİDEO
- Azad edilən hər girova 5 milyon dollar...
- Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
- "15 gün bundan əvvəl təzyiqim 180 oldu"
- Leyla Əliyeva Yaşıl Zonada balıq körpələrinin suya buraxılışında iştirak edib - FOTO
- Çernobılda doğulan pişiyin görüntüsü dəhşətə gətirdi - VİDEO
- Lavrov Makronla niyə salamlaşıb? - özü açıqladı - VİDEO
- Almaniya XİN rəhbəri Ermənistandadır