Azərbaycan təmsilçiləri pauerliftinq üzrə açıq Avropa çempionatında uğurla çıxış ediblər | |
Macarıstanın Kiskunfeledhaza şəhərində pauerliftinqin AWPC/WPC versiyası üzrə açıq Avropa çempionatı keçirilib. Cempionatda Azərbaycan, Fransa, Seneqal, Finlandiya, İtaliya, Misir, Moldova, Gürcüstan, Macarıstan, Slovakiya, Portuqaliya, İngiltərə, Serbiya və digər ölkələrdən 700-ə yaxın idmançı iştirak edib. Azərbaycanın Əməkdar idman ustası, beynəlxalq dərəcəli idman ustası, dəfələrlə dünya və Avropa çempionu, mütləq dünya çempionu, Azərbaycan Stronqmen Federasiyasının milli komandasının üzvü Zaur Cəfərov çempionatda 125 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edib. Təmsilçimiz A/WPC versiyası üzrə pauerliftinq idman növünün benç-press hərəkətində 262,5 kiloqramlıq nəticə ilə Avropa çempionu adını qazanıb və yeni Avropa rekorduna imza atıb. Yığmamızın digər üzvləri Elmir Tarverdiyev (60 kq) pauerliftinqin 3 hərəkətinin cəmində 470 kiloqram nəticə ilə birinci olub və mütləq Avropa çempionu tituluna yiyələnib. Elvin Eynalov (67,5 kq) WPC versiyası üzrə benç-press hərəkətində (162,5 kq), Eldar Məmmədov (90 kq) AWPC versiyası üzrə pauerliftinqin didlift hərəkətində (265 kq), İsmayıl Məmmədov isə (75 kq) yeniyetmələr arasında didlift hərəkətində (165 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İdmançılarımız bu qələbələrini 26 İyun - Silahlı Qüvvələr Gününə həsr ediblər. |
|
Xəbər 718 dəfə oxundu. |
|
|