Məzmuna keç

zəng

Wiktionary saytından
[1] zəng
İsim Tək Cəm
Adlıq halı zəng zənglər
Yiyəlik halı zəngin zənglərin
Yönlük halı zəngə zənglərə
Təsirlik halı zəngi zəngləri
Yerlik halı zəngdə zənglərdə
Çıxışlıq halı zəngdən zənglərdən

azərbaycanca: zəng

Mənalar :

  1. Vurulduqda xüsusi səs çıxarmaq üçün içərisində metal dili olan, ağzıgen, kəsik konusşəkilli mis və ya mis ərintisindən qayrılmış alət. Kilsə zəngi. Zəng səsi. Dəmiryol zəngi. Yanğın maşını zəngi. – Davamlı bir zəng səsindən sonra 3 nömrəli tramvay döngədən göründü. Qantəmir. // Həmin alətin heyvanların boynundan asılan kiçik növü; zınqrov. Düzlərdə yük heyvanlarının boynundan asılmış zənglərin ahəngsiz və qarmaqarışıq səsindən başqa bir şey eşidilmirdi. M.S.Ordubadi.
  2. Səs siqnalı vermək üçün metal cihaz. Qapının zəngi. Elektrik zəngi. – Birdən qapının zəngi çalındı. M.Hüseyn. Sərhəng Səfai zəngi basıb .. Firidunu aparmağı əmr etdi. M.İbrahimov. Zəng səsi Kərim bəyi xəyalından ayırdı. Mir Cəlal.
  3. Bu alət vasitəsilə çıxarılan səs siqnalı. Telefon zəngi. Saatın zəngi. _ Zəng vurmaq – zəngə bir şey vurmaqla, toxundurmaqla və ya elektrik zənginin düyməsini basmaqla səs siqnalı çıxarmaq. Anisim tələsik pilləkəni başa çıxdı, zəngi vurdu. S.Rəhimov; zəngin səsi çıxmaq (bəzən “zəng vurulmaq” şəklində də işlənir). Qapının zəngi vurdu. Telefon zəngi vurmaq. – Üçüncü zəng vurulurdu. Camaat tamaşa zalına axışırdı. S.Rəhimov; danışmaq üçün telefona çağırmaq, telefonda danışmaq. Evlərinə zəng vurdu. Sizə zəng vurdum, cavab olmadı. Zəng eləmək (etmək) – bax zəng vurmaq 3-cü mənada. Usta divardan asılmış telefonla kimə isə zəng etdi. M.Hüseyn. Zəng çalmaq – bax zəng vurmaq 1 və 2-ci mənalarda.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]