yumru
Görünüş
- Yuvarlaq, girdə, kürə, top şəklində. Yumru güllə. Yumru daş. Yumru gilə. Yumru gavalı. – Torbanı boşaldanda içindən kağıza bükülmüş bir yumru şey çıxdı. S.S.Axundov.
- Dairəvi şəkildə olan; girdə. Nizami özünü düzəltdi, xırda və yumru gözlərinin qapaqlarını qaldırdı. M.S.Ordubadi. Rəhimlinin qıyıq gözlərindən silinməyən təbəssüm qızartısı çəkilməyən, yumru, ətli, tüksüz sifətinə yaraşıq verirdi. İ.Hüseynov.
Dünya xalqlarının dillərində
[redaktə]
|
Ural-Altay dil ailəsi: Türk qrupu
[redaktə]
|