Bölgü və ehtimal mənalarını bildirir (ya da, ya da ki variantları da vardır). Ya təmə kəs həyat zövqündən; Ya ləbiləli- dilsitandan keç. Füzuli. Ya buyur cəllada, ya çəkdir dara; Ya yetir dərmana, üzün bürümə! Aşıq Ələsgər. Bunu da ərz edirik ki, məktubu Hacı Məcid əfəndi ya özü yazıb, ya öz yavuq adamlarının birinə yazdırıb.. C.Məmmədquluzadə.
Xitab bildirir. Ya qismət! Ya mədəd! – Qədək aldım yaxalıq; Gəldi düşdü bahalıq; Can üzüb, yar sevmişəm; Sən kömək ol, ya xalıq! (Bayatı). Ver muradın bu Vaqifin, ya sənəm! M.P.Vaqif. [Əsgər:] Gəl, Əsgər, ya qismət de, bunu al! Ü.Hacıbəyov.