Məzmuna keç

sel

Wiktionary saytından
İsim Tək Cəm
Adlıq halı sel sellər
Yiyəlik halı selin sellərin
Yönlük halı selə sellərə
Təsirlik halı seli selləri
Yerlik halı seldə sellərdə
Çıxışlıq halı seldən sellərdən

azərbaycanca: sel

  • Əski əlifba:

Mənalar :

  1. Güclü yağmurlardan və ya əriyən qarlardan əmələ gəlib, qarşısına gələn nə varsa alıb aparan su daşqını; daşqın. Yağışdan sonra güclü sel başladı. – Dağlardan axan sellər alaçıqlara dolub, bəzilərini yumalayıb aparır. S.S.Axundov. Haray çəkib gəlir bahar; Daşır sellər, aşır sular. R.Rza. Dağlara səs düşsün, çöllərə səda; Gurlayan sellərin dinlə səsini. N.Xəzri. _ Sel kimi – müqayisələrdə: çoxluq, bolluq bildirir. Qan sel kimi axır. Pul sel kimi başından tökülürdü. – Eşşək qulaqlarını sallamış, xamuş durmuşdu, Əhməd də göz yaşlarını sel kimi axıdaraq yalvarmağında davam edirdi. B.Talıblı. Camaat, arvadlı-kişili, sel kimi axıb gəlirdi. B.Bayramov.
  2. məc. Arasıkəsilmədən hərəkət edən insan kütləsi, izdiham, axın haqqında. [Əbülhəsən bəy:] ..Sən bu selin qarşısında dura bilməyəcəksən. M.S.Ordubadi.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]

türkcə: sel - azərbaycanca: sel

Özbək dili

[redaktə]

İsim

[redaktə]

sel ‎(cəm sellar)

  1. sel

fransızca: sel (fr) - azərbaycanca: duz

Mənalar :

  1. (Zoologiya, heyvanlar, məməlilər). Kürəkayaqlı məməli dəniz heyvanı

norveçcə: sel (no) - azərbaycanca: suiti