Məzmuna keç

quru

Wiktionary saytından

azərbaycanca: quru

Mənalar :

quru [1] (sifət)
  1. Yaş olmayan, islanmamış. Quru paltar. Quru dəsmal. // Qurudulmuş. Quru meyvə. Quru balıq. – Mahmud .. quru ot-ələf yığılmış çardağın altına girdi. Ə.Əbülhəsən. // Qurumuş, ölgünləşmiş, həyat şirəsindən məhrum olmuş. Quru budaq. – Onların bir neçəsi meşəyə gedib, quru ağac qabıqlarından, çalıdan-çırpıdan yığıb gətirdilər. M.Rzaquluzadə. // Şirəsiz. Quru yem. – Heyvanın ağzına quru qida düşərsə, tüpürcək miqdarca çox, su ilə zəngin olur; qida quru və qaba olduqda, ifraz olunan tüpürcəkdə selik maddəsi çox olur. Qarayev.
  2. Rütubətsiz, rütubəti çəkilmiş, nəm olmayan. Quru torpaq. Quru otaq. Quru taxta. – Heç yata bilməzdin ipək yataqda; Bəs necə dincəldin quru torpaqda? Ə.Cavad.
  3. Qalıb bərkimiş, sərtləşmiş; köhnə, bayat. Quru bulka. Quru lavaş. – [Əsgərin] yediyi, içdiyi həmişə dişləmə çay ilə quru çörək idi. B.Talıblı.
  4. Susuz, suyu çəkilmiş. Quru çay. Quru bulaq. Quru arx.

5. Bitkisiz, çılpaq, yaşıllıqsız. Dağda, dənizdə, quru çöllərdə, ormanda yaşayan canlı heyvanlar, onların yeyib içməsi və şəkilləri də fərqlidir. M.S.Ordubadi. Gün altında qovrulan böyük quru çöldə təndirdən qalxan kimi ağır və isti hava insanın vücudunu bürüyürdü. Mir Cəlal.

  1. Yağmur yağmayan, isti, quraq; rütubətsiz, nəmişsiz. Quru iqlim. Quru hava.
  2. Arıq, cılız, ətsiz-cansız, çox zəif. Quru bədən. Quru qollar. – [Nazlı xanım:] Elə elə ki, mənim bu quru nəfəsim, quru canım həmişə sənə duaçı olsun. Ə.Haqverdiyev.
  3. Döşənməmiş, üstünə heç bir şey salınmamış; açıq, çılpaq. Quru yer. Quru döşəmə. Quru taxtanın üstündə oturma! // Bomboş, içində heç bir şey olmayan, müxəlləfatsız. Belə əziz-giramı oğlun nişanlısı quru evə gəlməməli idi. Mir Cəlal.
  4. Sadə, qatıqsız, yavan, yalxı. Quru yemək. – Bir də axı əlli yaşından ötmüş Topuş ömrünün bu çağında haraya gedib özünə bir parça quru çörək tapa bilərdi? S.Rəhimov.
  5. Maye ifrazatı olmayan. Quru öskürək (bəlğəmsiz öskürək). – [Sona xanım:] Gecələr sübhədək quru öskürək məni boğur. Ə.Haqverdiyev. 1
  6. . məc. Boş, nəticəsiz, qeyri-ciddi, təsirsiz. Quru söz. Quru söhbət. – Yoxsa ki, etməz quru iktifa; İş gərək olsun, nə əbəs iddia. A.Səhhət. Bu, quru bir eşqnamə deyil, mənzum bir siyasətnamədir. M.S.Ordubadi.
  7. məc. Maraqsız, cansıxıcı, darıxdırıcı. Onun üslubu çox qurudur. Məqalə quru dildə yazılıbdır. Bəzi müəllimlər dərsi çox quru (z.) və maraqsız keçirlər. – Daima qısqanan ürkək bir həyat; Məncə bu dünyada bir quru səsdir. S.Vurğun.
  8. məc. Soyuq, laqeyd, etinasız. Quru cavab. – Dəmirov quru və tələbkar bir sifət aldı. S.Rəhimov. Bu səbəbdən də o, qısa, quru və sərt cavab verirdi. Ə.Əbülhəsən.
  9. məc. Açıq, əsassız. Quru böhtan. – Yar olub özgələrə, yar çəkir zövqü səfa; Düşmüşəm mən quru böhtanlara, töhmət çəkirəm. S.Ə.Şirvani. Elm adına bir quru böhtandı bu! Nifrətə şayandı bu! M.Ə.Sabir.
  10. “Yalnız”, “təkcə”, “ancaq” mənasında. ..“Dəvəuçan” .. da sökülüb dağılmış, ondan ancaq bir quru ad qalmışdı. S.Rəhimov. ◊ Quru əl – boş əl, kasıb, yoxsul hal. Quru yerdə qalmaq – var-yoxu əlindən çıxmaq, hər şeyindən məhrum olmaq, kasıblaşmaq. Quru yerdə qoymaq – var-yoxunu əlindən almaq. quru-quru zərf Boş-boşuna, əsassız, yalandan, ortada heç bir şey olmadığı halda. Quru-quru vədlər vermək.
quru [2] (isim)
  1. Torpaq, qitə, yer (dəniz, su müqabili). Quruya çıxmaq. Quruda yaşayanlar. Quruda və dənizdə. Quru qüvvələri. Avropanın sahəsi bütün qurunun ancaq on beşdə bir hissəsini təşkil edir. – ..Biz cəld sudan çıxdıqda ilan da üstümüzə hücum edərək quruya çıxdı. S.S.Axundov.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]