Qədim müharibələrdə qılınc və s. zərbəsindən qorunmaq üçün əldə tutulan dairə və ya düzbucaq şəkilli sipər (ağacdan, metaldan, dəridən qayrılardı). Qədim zamanda qılınc və qalxan müharibənin başlıca alətləri idi. – [Mülkədar:] Öz hesabıma beş yüz təzə qılınc, bir o qədər də qalxan tədarük etmişəm. M.Hüseyn. O gündən şair, Afaq ilə bərabər bağçalarını paslanmış nizə, qalxan və qılınc parçalarından təmizlədilər. Ə.Məmmədxanlı. // Sipər.