otlaq
Görünüş
İsim | Tək | Cəm |
---|---|---|
Adlıq halı | otlaq | otlaqlar |
Yiyəlik halı | otlağın | otlaqların |
Yönlük halı | otlağa | otlaqlara |
Təsirlik halı | otlağı | otlaqları |
Yerlik halı | otlaqda | otlaqlarda |
Çıxışlıq halı | otlaqdan | otlaqlardan |
Etimologiya
[redaktə]Ərəb əlifbası: اوتلاق Hecalama: ot-laq
Transkripsiya (BFƏ) : [ɔt'lɑg]
Sinonimi : örüş
Əlaqəli sözlər : ot, otluq, çəmən, yaylaq, biçənək
- Çoxlu ot bitən və mal-qara otarılan yer. Naxırı otlağa buraxmaq.
Atalar sözü və məsəllər : İnək, camış, qoyun, quzu çıxar naxırda otlağa; Köçər arandan el, gedər yavaş-yavaşca yaylağa. A.Səhhət. Otlaqdan geri dönüb; Gəlir kəndə quzular. M.Seyidzadə.
- Bax otluq.
Atalar sözü və məsəllər : Kiçikbəyim fındıq və yemişan kollarını əyərək otlaq bir talaya çıxdı. Çəmənzəminli. Yol kənarları bağ-bağçalıq, otlaq idi. Mir Cəlal.
Mənbə : Azerdict
Dünya xalqlarının dillərində
[redaktə]Əlifba sırası ilə | |
|
Hind-Avropa dil ailəsi
|
Digər dil ailələri
|
Ural-Altay dil ailəsi: Türk qrupu
|