Məzmuna keç

mum

Wiktionary saytından
  • azərbaycanca: mum
[1] mum
[2] mum
İsim Tək Cəm
Adlıq halı mum mumlar
Yiyəlik halı mumun mumların
Yönlük halı muma mumlara
Təsirlik halı mumu mumları
Yerlik halı mumda mumlarda
Çıxışlıq halı mumdan mumlardan

Mənalar :[1]https://web.archive.org/web/20131105232204/http://azerdict.com/izahli-luget/mum

    1. Bal arılarının hazırladığı və şan düzəltmək üçün istifadə etdikləri maddə, habelə ona oxşar bitki maddəsi. Arı mumu. Bitki mumu. – [Mirzə Heydər:] Heç bir az mum olarmı səndə? Ə.Haqverdiyev. _Mum kimi –
    2. köhn. şam. Mum yandırmaq. – Gecənin üç payı keçmiş, mumlar, çıraqlar sönmüş, təbiəti matəməngiz bir zülmət bürümüşdü. A.Şaiq. ◊ Mum gün üçün – dar gün üçün, ağır gün üçün. Mum gün üçün saxlamaq. Mum kimi ərimək (sönmək) – bax muma dönmək 2-ci mənada. Hər gecə mum tək əridim, yandım odlara. S.Ə.Şirvani. Layiqmi, o bir mum kimi sönsün; Heçdən silinən kölgəyə dönsün? H.Cavid. Cavan ömrüm bir mum kimi sönərkən; Çıxıb verdim şimşəklərə könlümü. M.Müşfiq. Mum olmaq – bax muma dönmək 1-ci mənada. Dərd əlindən solmuşam; Saç-birçəyim yolmuşam; Axır bu eşq yolunda; Əriyib mum olmuşam. (Bayatı). Muma dönmək –
    3. qatı; bərk olmayan, yumşaq. Usta baxdı ki, doğrudan da bu daş mum kimi bir şeydir. “Koroğlu”. Uşağın bədəni mum kimi bir şeydir. N.Vəzirov;
    4. məc. asan, tez başa gələn, az zəhmət tələb edən. Mədəd indi anlayırdı ki, mübarizə mum kimi yumşaq olmağı demir. S.Rəhimov.
    5. bəzən “yumşalıb” feli ilə – ram olmaq, yumşalmaq. [Camal:] Çəkərəm [Yusifi] yuxarıya, yumşalıb muma dönər. S.Rəhman. [Zərnişan Səlimə:] Elə isə Əlikramın üç şirin kəlməsi ilə niyə belə muma döndün, andınıamanını unudub [Əlikrama] təzədən qardaş oldun? B.Bayramov;
    6. çox vaxt “saralıb” feli ilə – saralmaq, zəifləmək, üzülmək, candan düşmək, çox arıqlamaq. Karvansaraçı gördü, balam, bu dostu günü-gündən saralıb muma dönür. (Nağıl). Fikir və xəyalatdan [Mahmud] saralıb muma dönmüşdü. B.Talıblı.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]

Mənalar :

  1. Şam.

türkcə: mum (tr)- azərbaycanca:şam (tr)