Məzmuna keç

kamil

Wiktionary saytından
  • azərbaycanca: kamil
  • Əski əlifba:

Mənalar :[1]https://web.archive.org/web/20160314081105/https://azerdict.com/izahli-luget/kamil

    1. [ər.] Nöqsansız, qüsursuz, bitkin, tam, mükəmməl. Kamil əsər. – Cəmali- batinim kamildi, yox bir zərrə nöqsanı; Nə qəm, ey mahi-bimehrim, gər olsa surətim naqis. S.Ə.Şirvani. Olum sadağası bu gözəllərin; Mərifətdə kamil, kamalda dərin. Aşıq Ələsgər.
    2. Kamala yetmiş, kamilləşmiş, yetkin. Kamil usta. Kamil sənətkar. // Təcrübəli, mahir. Yanmaqda kamildir, odda səməndər; Mən özüm bu yolun mərdanəsiyəm. Q.Zakir. Maşallah, nə yaxşı qabilsən; Bağçabanlıqda xeyli kamilsən. A.Səhhət. // İs. mənasında. Bu hələ kamilləri; Gör nədir cahilləri. (Ata. sözü). [Əziz bəy:] Xeyr, hazır deyil, axtarırıq ki, bir kamil tapaq, vəkil tutaq. M.F.Axundzadə. Cəng əhməqlə eyləməz aqil; Əqli başında olsa gər kamil. S.Ə.Şirvani.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]