Bütün dünya sistemi (Yer, göy, ulduzlar və b. varlıqların məcmusu). Günəş kainatda mövcud olan saysızhesabsız ulduzlardan biridir. – [Qadın:] Yer, göy – bütün kainat bir xoş səda olaraq məni oxşayır, eyni zamanda da için-için inlədirdi.. Çəmənzəminli. Mənə elə gəldi ki, bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş; Nə bu ucsuz-bucaqsız, gözəl kainat olmuş. M.Müşfiq.
Dünya, aləm, bütün yer üzü, bütün varlıq. [Almaz:] Deyirlər ki, səmimi eşqin ürəyi geniş olar. Orada kainat belə yerləşər. C.Cabbarlı. Göyləri sarsıdan bu qorxunc gurultudan bütün kainat titrədi. H.Nəzərli.