casus
Görünüş
- Məxfi materialları gizli surətdə öyrənib başqalarına çatdıran şəxs. Fəhlələr, Şendrikov qardaşlarının casus olduqlarını söyləyəndə bəzi yoldaşlar buna şübhə ilə baxırdılar. M.Hüseyn. [Bağırxan:] O gedərkən tapşırdı ki, burada ehtiyatlı dolanaq. Arandan gələn hər yad adamı dövlət casusu hesab edək. P.Makulu. // dan. Birini addım-addım izləyən, hər hərəkətinə göz qoyan, pusan adam haqqında. [Sona:] Casusların ən başçısını tanıdım. H.Nəzərli. Yasavulbaşı bu köhnə casusu [topalı] görən kimi canına lərzə düşdü. M.Rzaquluzadə.
- məc. Xəbərçi, şeytançılıqla məşğul olan. Məşədinin dostu bir parça ağ kağızda karandaşla casus adlandırdığı tələbənin karikaturasını çəkib, onun altında “casus!” sözünü yazdı.. M.Hüseyn.
Dünya xalqlarının dillərində
[redaktə]
|
Ural-Altay dil ailəsi: Türk qrupu
[redaktə]
|