Məzmuna keç

cəhd

Wiktionary saytından
İsim Tək Cəm
Adlıq halı cəhd cəhdlər
Yiyəlik halı cəhdin cəhdlərin
Yönlük halı cəhdə cəhdlərə
Təsirlik halı cəhdi cəhdləri
Yerlik halı cəhddə cəhdlərdə
Çıxışlıq halı cəhddən cəhdlərdən
  • azərbaycanca: cəhd

Mənalar :[1]https://web.archive.org/web/20131103131514/http://azerdict.com/izahli-luget/cəhd

    1. [ər.] Bir işi yerinə yetirmək və ya bir şeyi əldə etmək üçün ciddi çalışma, səy və qeyrət göstərmə. [Vaqif:] Mirzə Əliməmməd, mənə elə gəlir ki, “cəhd çarıq yırtar!” doğru məsəldir. Çəmənzəminli. Sübhanverdizadənin bütün cəhdləri əbəs yerə qanad çalan kor yatalaq kimi uçub getdi. S.Rəhimov. _Cəhd etmək – çox çalışmaq, səy və qeyrət göstərmək, cidd-cəhd etmək, can yandırmaq. [Mehriban] nə qədər cəhd edir, cəld işləməyə çalışırdısa da, olmurdu, tez-tez çaşırdı. H.Seyidbəyli. Hər dəfə udqunub nəfəs almağa cəhd etdikcə [Əlləzoğlu] qızarıb pörtür, nazik boğazının damarları şişib, barmaq yoğunluğunda olur. İ.Hüseynov. // Məqsəd. Cəhdin nədir?

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]