Məzmuna keç

bu

Wiktionary saytından
  • azərbaycanca: bu
  • Əski əlifba: بو

Mənalar :[1]https://web.archive.org/web/20160314028635/https://azerdict.com/izahli-luget/bu

    1. Zaman və ya məkan daxilində bilavasitə göz qabağında olan şeyi göstərir, həm də ismə konkretlik verir (o müqabili). O bu evdə yaşayır. Bu kitabı oxudum. Bu şeylər kimindir? – [Qoca:] Bilin ki, bu şəhərin hər daşına bir iyidin qanı tökülüb. M.Hüseyn.
    2. Qoşa olan iki şeyin birincisini göstərir (o biri müqabili). Çayın bu sahilində. Meydanın bu tərəfində. – Qəmər xanım .. astanadan bu taya adladı. M.İbrahimov. [Ayaz:] Bu dəfəlik məni yerə vurma, Elman əmi. Ə.Məmmədxanlı.
    3. İs. mənasında. Haqqında danışılan, göz qabağında olan hadisə, şey. Bu mümkün deyil. Bu bizim tanış idi. Bu necə olmuşdu? ◊ Bu biri – başqa, digər. Atasının səsini eşidib Xalıq bu biri otağa yüyürdü. S.Rəhimov. Bununla belə – baxmayaraq. Bununla bərabər – eyni zamanda, yanaşı olaraq.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]