Məzmuna keç

Toz

Toz — orqanik və ya mineral mənşəli xırda bərk hissəcik. Tozlar - orta diametrli mikro hissəciklərə və diametri 0.1 mm. olan makro hissəciklərə bölünür. Hər hansı bir materialı toz halına keçirtdikdə daha toz hissəcikləri, yəni diametri 0.1-5 mm-ə çatan toz hissəcikləri yaranır. Rütubət təsir etdikdə toz adətən palçığa çevirilir.

Tozlu yol



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Cəvahir toz-torpağa batsa da yenə qiymətini itirməz, toz-torpaq göyə qalxsa da yenə qiymətə minməz. Tərbiyəsiz istedad heyifdir, istedadsız tərbiyə isə mümkün deyildir. Kül oddan əmələ gəldiyi üçün ali əsli-nəsəbi vardır, lakin özündə hünər olmadığından torpağa bərabərdir; şəkərin qiyməti qamışdan əmələ gəldiyi üçün deyil, təbiətində şirinlik olduğu üçündür. Sədi Şirazi
  • Eşşək tozda ağnayanda həvəsi gələr. Azərbaycan atalar sözləri/E
  • Evin iki arvadı olanda toz-torpağı dizdən olar Fars atalar sözləri
  • Ey qardaşlar, həyatın qədrini biliniz, oyanınız, hərəkət ediniz, qapı-bacalarınızı açınız, evinizə işıq düşsün, üfunətli və ağır havası dəyişilsin. Gözlərinizin tozunu silib diqqət ilə ətrafa baxınız, hər kəs işləyir, çalışır, həyatdan nəfbərdar olur. Firidun bəy Köçərli
  • Əmin olanda ki, Allahın tozu-torpağı Sizin bütlərinizdən daha əzəmətlidir, onlar xıncım-xıncım olub toza-torpağa çevrilir. Rabindranat Taqor
  • Əşyalar toz yığır. Əşyalara sərf etdiyiniz zaman və pul bir gün sizi məhv edəcək. Evinizdə əşyaların sayı nə qədər az olsa, bir o qədər azad olacaqsınız. Ağıl ilə alın. Barie Davenport
  • Göz yaşları, toza batmış qaba ürəyimizin tozunu yuyan yağışdır. Çarlz Dikkens
  • Havar sənin evində, davar sənin evində. Daş vurusan toz qopur, nə var sənin evində? Azərbaycan atalar sözləri/H
  • Həyat yolunda toz qaldırmayın. Pifaqor
  • Həyatda ya tozu tüstüyə qatarsan, ya da tozun tüstüsünü udarsan. Oldos Haksli
  • İndi mənim xoşbəxtliyimə kölgə salan yeganə bulud, – qoca qarının və soğanla dolu arabanı çəkən eşşəyin qaldırdığı toz bulududur. (Bilirəm ki, bu cür gözəl bir gündə arabanın nektar və ambroziya ilə, heç olmasa, üzüm və şaftalı ilə dolu olması daha yaxşı olardı, amma mən düz danışan adamam: bu, sadəcə soğan idi.) Amma artıq toz yatır və budur yenə arxamda – bütöv bir Fransa, qarşımda İtaliya, sağımda – Aralıq dənizi, solda – Alp dağları, üzərimdə isə yaqut qübbə. Və beşi də olduqca yaxındır; onlar elə sakit və elə yaxındılar ki, əlimi uzatsam onlardan istədiyim birini seçib hədiyyə olaraq sizə göndərə bilərəm. Amma hətta əgər poçt orqanları bildirməsə də ki, onların göndərilməsi müşkül məsələdir (yenə rəsmiyyətçilik – idarələrin lənəti), onların gözəlliyi yolda itəcək və sizə çatanda yekə, heybətli və qorxunc bir şey olacaqlar. Odur ki, mən sizə xatirə üçün yalnız bu yabanı rozmarin şaxəsini göndərirəm. Amma yenə də qoca qarıya acığım tutur. O, öz eşşəyi ilə özümə danışdığım nağılın düz ortasında peyda oldu və hər şeyi korladı. Bəs siz heç özünüzə nağıl danışırsınız? Yoxsa, siz tamam böyümüsünüz? Qırılmış dostluq
  • İnsanlar bəzən özlərindən böyük saydıqlarının dalınca birnəfəsə qaçanda əvvəlcə onların tozunda boğulur, sonra da təngnəfəs olub ayaqları altına yıxılırlar. Rahid Ulusel
  • Kiçiklərlə şitlik edib zarafatlaşmaq böyüklüyü hörmətdən salmaq, rüsvayçılıq tozu qaldırmaqdır. Əbdürrəhman Cami
  • Kitablar insan düşüncəsinin incilərini toplayaraq nəsillərə ötürür. Bir ovuc toz halına gələcəyik, ancaq dəmir və daş abidələri kimi kitablar əbədi olaraq qorunur. Musa Aybək
  • Qadın elə bir məxluqdur ki!.. Onun gözləri elə bir sonsuz dövlətdir ki, oraya daxil olan insanın izi-tozu da qalmayacaq! Nikolay Qoqol
  • Qadın üzərinə yazı yazarkən qələmi göy qurşagına batırıb, mürəkkəbi kəpənək qanadlarının tozu ilə qurulayacaqsınız. Deni Didro
  • Mahudçular parçanı çırpıb tozdan təmizlədikləri kimi, gimnastika da orqanizmi təmizləyir. Hippokrat
  • Məbədin müqəddəs kədərinin bir addımlığında toz içərisində oturmaq üçün uşaqlar qaçışırlar, Allah onların oynamasına baxır və ruhaniləri unudur... Rabindranat Taqor
  • Musiqi insan qəlbindəki gündəlik həyatın toz-torpağını silib-süpürür. Bertold Averbax
  • Şər küləyə atılan ən yaxşı toz kimi geri qayıdır. Qautama Budda
  • Ürəyim oxunmamış, tozlu rəflərdə unudulmuş kitab kimidir. Yusuf Tandoğan

Mənbə

[redaktə]
  • Dünya xalqlarının atalar sözləri, Bakı,2015

İstinadlar

[redaktə]