Tənbəllik
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
C
[redaktə]- Cavanlıqda tənbəllik edən qocalanda cındır geyər. Madaqaskar atalar sözləri
Ə
[redaktə]- Əmək sevincdir, tənbəllik isə ağır bəla. Abay Kunanbayev
G
[redaktə]- Gecə içilən içki səhərisi tənbəllik və yorğunluqla üzə çıxır. Onore Mirabo
İ
[redaktə]- İşləmək çörək, tənbəllik qıtlıq gətirər. Alman atalar sözləri
T
[redaktə]- Tənbəllik anadır, oğlu oğurluq, qızı aclıq. Viktor Hüqo
- Tənbəllik azar artırar, işləmək canı saf eylər. Azərbaycan atalar sözləri/T
- Tənbəllik bütün eyiblərin anasıdır. Rus atalar sözləri
- Tənbəllik çox zaman səbrlə qarışdırılır. Fransız atalar sözləri
- Tənbəllik dünyada ən böyük israfdır, həyat israfı. Ceremi Teylor
- Tənbəllik hər şeyi çətinləşdirir. Bencamin Franklin
- Tənbəllik ilə ətalət bir-birilə evləndi, iki uşaqları oldu: birinin adı yoxsulluq, digərinin adı məhrumiyyət. Ərəb atalar sözləri
- Tənbəllik o qədər yavaş hərəkət edir ki, yoxsulluq çox keçmədən gəlib ona çatır. Bencamin Franklin
- Tənbəllik ölümün kiçik qardaşı, səfillik isə həyatın böyük düşmənidir. Namiq Kamal
- Tənbəllik yoxsulluğun anasıdır. Assuri atalar sözləri
- Tənbəlliyin dalınca xəstəlik gələr. Amxar atalar sözləri