Məzmuna keç

Monqol atalar sözləri



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Acgöz şaman iki qurban yerinə tələsər və ikisinə də gecikər.
  • Adamı dostlarına baxıb tanıyarlar.
  • Adət min illər yaşar.
  • Axmaq həmişə ortaya dürtülər.
  • Axmağın balacası atını tərifləyər, böyüyü özünü.
  • Ağ ipək də geyinsən, kölgən qara olacaq.
  • Ağ yağış olar dağda-daşda, atalar sözü - ağıllı başda.
  • Ağac - kökdən, insan - anadan.
  • Ağacın yarpağı saralar, kökü - yox.
  • Ağıllı adam gördüyündən danışar.
  • Ağıllı bir dəfəyə dişləyər, səfeh iki dəfəyə.
  • Ağıllı da tələyə düşər.
  • Ağılsız dostdan, ağıllı düşmən yaxşıdır.
  • Ağılsız knyazın qulluqçuları da axmaq olar.
  • Ağılsızın tələyə baxdığı yerdə, ağıllı odu gözləyər.
  • Ağlayandan soruşma, güləndən soruş.
  • Alaçiy ət mədəyə zərərdir, alayarımçıq söz - dostluğa.
  • Alanda min pud da azlıq edir, verəndə bir funta da qıymır.
  • Allah adı ilə yamanlıq etmək olar, qanun adı ilə - qanunsuzluq.
  • Ana südü müqəddəsdir.
  • Anam mənim bədənimi doğub, fikrimi yox.
  • Araq hamıya üstün gələr - öz qabından savayı.
  • Araq müdrik adamı da səfeh edər.
  • Arağı içən özünü talayar.
  • Arı əldən qaçırsan tuta bilərsən, sözü əldən qaçırsan - yox.
  • Aşiq qurbağa dənizi üzüb keçəcək.
  • Ata-ana bədəni, müəllim ürəyi yaradır.
  • Ata-ana uşağı sevməyəndə uşaq onlardan da küsür.
  • Ata-anasını soruşurlar - dinmir; sevgisini heç soruşan yoxdur - özü danışır.
  • Atalar sözünün yalanı yoxdur, yağış suyunun duzu yoxdur.
  • Atası olmayan üçün böyük qardaş atadır.
  • Atın qaçmasına daş, aşiqlərin görüşünə dedi-qodu mane olur .
  • Ay işığından qar da ağarar, ağıllı sözdən ağıllı da ağıllanar.
  • Ayağı böyük olanın ayağını həmişə ayaqqabı sıxar; tamahı böyük olan həmişə narazı olar.
  • Bağa minini yumurtlayır - heç dinmir, toyuq birini yumurtlayır - aləmi başına götürür.
  • Balaca daşla da böyüyü əzərlər.
  • Balaca yurdlarda da böyük alimlər doğulur.
  • Balıq əti sümüyündən asan ayrılır.
  • Balıq suyla, insan zəhmətlə yaşayar.
  • Balıq yaşayır suyun sayəsində, insan - adamların.
  • Basılanın kürəyinə-kürəyinə döyərlər.
  • Baş yastığını sürtüb dağıtmaqdansa, yəhər yastığını sürtüb dağıtmaq yaxşıdır.
  • Başa yetməyən arzu, sağalmaz azar kimi əzab verər.
  • Bəd itin dişləri tez xarab olar.
  • Bəxtəvərliklə bədbəxtliyin arası bir addımdır.
  • Bərk qaynayan tez buxarlanar; bərk guruldayan tez üzə çıxar.
  • Bic tülkü quyruğunu hərlədər, bic adam dilini.
  • Bilikli adam əllaməlik etməz, bacaran lovğalanmaz.
  • Bilməyəni hər şey təəccübləndirər, cahili hər təzə şey qorxudar.
  • "Bilmirəm" ən yaxşı bəhanədir.
  • Bir axmağın bir gündə törətdiklərini, min ağıllı bir ilə düzəldə bilməz.
  • Bir az aldatmaqla yalançı olursan; yavaş-yavaş mənimsəyib oğru olursan.
  • Bir dəfə aldadan, yüz dəfə də yalan deyər.
  • Bir eşqin göz yaşı min landan qiymətlidir. (Lan - qədim qızıl pul)
  • Bir qorxaq at bir ilxını hürküdər.
  • Bir payız üç bahardan yaxşıdır.
  • Bir ovuc düyü - min qırmancdan süzülən qandır.
  • Bir uşağa da qane ol, az gəlirə də qane ol, təkcə elmə acgöz ol.
  • Birduya ümman içində su azlıq edər. (Birdu - əfsanəvi acgöz)
  • Bıçaqla adamsız yerdəöldürərlər, sözlə - adam içində.
  • Borcun yoxsa, dövlətlisən, canın sağlamdırsa - xoşbəxt.
  • Boş vəd yalın ayağa geyilmiş ayaqqabı kimidir.
  • Boşboğazın dili işlər, zəhmətkeşin əli.
  • Böhtanla adamı günün günorta çağı öldürərlər.
  • Böyük çay da qışda donur; müdrik adamın da ağlı qocalıqda zəifləyir.
  • Böyük göllər də öz sahilindən çıxmır.
  • Böyük qardaş ağıllıdırsa, yəqin kiçik də fəhmlidir.
  • Buludlar yığışar - yağış yağar. adamlar yığışar - qüvvət artar.
  • Bürhanı da atırlar - özgəsinin olanda. (Bürhan - büt, allah)
  • Bürhana yalvarınca, buzovu böyütmək yaxşıdır.
  • Cahillərin ağıllı adamları görməyə gözü olmaz.
  • Canavarı hamı tanıyır, ancaq canavar hamını tanımır.
  • Canavarın toxu oturar öz gen dərəsində, acı düşər tuthatuta.
  • Cavan olanda dişlər ağ olur, qoca olanda - saçlar.
  • Cavanın güc qoyduğu yerə, qoca çalışar ağıl qoysun.
  • Cavanlıqda dözümlü olan qocalıqda xoşbəxt olar.
  • Çandmandan ağıl yaxşıdır. (Çandman - arzuları guya yerinə yetirən əfsanəvi daş).
  • Çayın mənbəyi - bulaq, ailənin mənbəyi - anadır.
  • Çəpişin buynuzu çıxanda anasını da buynuzlar.
  • Çinovnik - qanuna, lama - Buddaya, qarğa - qurda istinad elər. (Lama - Budda rahibi).
  • Çirkli su da alovu söndürə bilər.
  • Çoban da alim bilməyəni bilə bilər.
  • Çox danışmaq xeyir gətirməz.
  • Çox danışmaqdan xeyir yoxdur, susmaqdan - zərər.
  • Çox tanışı olan genişdir - çöl kimi. Olmayan kiçikdir - əl kimi.
  • Çöl heyvanını fəndlə tuturlar, atı - kəməndlə.
  • Dağ nə qədər yüksək olsa da, geri çəkilmə: getsən, keçərsən; iş nə qədər böyük olursa olsun, təslim olmayın: bir dəfə bunu etməyə başlasanız, bunu edəcəksiniz.
  • Dağda pələng oynayanda, ulağı at axurunun da yanında titrətmə tutar.
  • Dağı - ağaclar, dövləti alimlər bəzəyər.
  • Dağı görməmiş ətəyini yığır əlinə, suyu görməmiş çəkməsini çıxarır.
  • Dağlara qar yük olar, insana - illər.
  • Deyirsən dil ağrıyır, susursan - ürək.
  • Dəli susa bilsəydi, onu müdrik hesab edərdilər.
  • Dərd görməyən, səadətin qədrini bilməz.
  • Dərdini göyə deyəsən - uzaqdır, yerə deyəsən - kardır.
  • Dərin çaylar sakit olur, bilən adam - başıaşağı.
  • Dilin ucu yumşaqdır, amma sancır.
  • Diridən ayrılmaq ölüdən ayrılıqdan daha pisdir.
  • Dirsək yaxındır - dişləyə bilmirsən, qulaq yaxındır - görə bilmirsən.
  • Doğru, dovşandan zəif də görünsə, dağ boyda yalana üstün gələr.
  • Doldurulmamış silahdan da iyirmi adam qorxar.
  • Dostluq eləyirsən - qocalınca elə.
  • Dostluğun başlanğıcında yağ var, düşmənçiliyin başlanğıcında - qan.
  • Dostu el olanın dövləti bol olar.
  • Dövlət kağızı - möhüründən, at - dişindən, adam - danışığından tanınar.
  • Dumanın dağılmağı qurdun ürəyindən deyil.
  • Duz acı olsa da, xörəyi dada gətirir.
  • Dünənki yumurta bu gün artıq cücədir.
  • Dünya geniş olmağına genişdir, amma çəkmələr sıxanda ayaqlar üçün darlıq olur.
  • Dünyada üç şey təhlükəlidir: bıçaq uşaq əlində, hakimiyyət axmaq əlində və tərif yaltaq dilində.
  • Dünyada üç yazıq var: taxtdan salınmış hakim, var-yoxdan çıxmış varlı və dəlilər içinə düşmüş ağıllı.
  • Düşünülmüş plan asan yerinə yetirilir, düşünülməmiş asan pozulur.
  • Düz - əyrini araba ilə də qovub tuta bilər.
  • Düz ilə əyrinin arası dörd barmaqdır.
  • Ehtiras ləkə kimidir.
  • Ehtiyac məcbur edər, qanunu da adlayıb keçərsən.
  • Ehtiyat - təcrübədən doğur.
  • Eşitdin - demə, dedin - danma.
  • Etiqadı olmayana qulaq asma.
  • Ev içində odu güd, el içində - dilləri
  • Əli çomaqlını itlər xoşlamaz.
  • Əlini çox bağlı saxlayan heç nə almaz.
  • Ən ağır yükü sonuncu dəvə daşıyır.
  • Ən böyük sərvət bilikdir. Orta - çoxlu uşaq. Ən kiçik - çoxlu mal-qara.
  • Ərlə arvad eyni yastıqda yatsalar da, xəyalları fərqlidir.
  • Əsl təcrübə acı təcrübədir.
  • Əvvəlcə sən özün kömək elə, sonra qoy sənə kömək eləsinlər.
  • Əyri həmişə kölgəli gəzər.
  • Fağır adamın ağası çox olar.
  • Gedərsən - uca dağı da aşarsan; başlarsan - ağır işi də görərsən.
  • Gördüyünü danışan axmaq, bildiyinə susamış müdrikdən yaxşıdır.
  • Göz yaşını siləndə gözünü çıxartdı.
  • Gözün ola-ola kor ola bilərsən, Qulağın ola-ola kar ola bilərsən.
  • Güclə sevdirmək olmaz.
  • Güçlü qəhqəhə çəkir, zəif şikayətlənir.
  • Güclülərlə mübarizə aparmaq, varlıları məhkəməyə vermək çətindir.
  • Güclüyə cəmlə üstün gələrlər.
  • Gülən hər kəs dost deyil, hirslənən hər kəs düşmən deyil.
  • Günah unudulacaq, amma dərs qalacaq.
  • Günahkar hər sözdən səksənər.
  • Günahkara vəz oxuyurlar, xatakardan bir çəm tapıb yan keçirlər.
  • Günün yaxşı keçəndə qohumun çox olur, pis keçəndə - düşmənin.
  • Güzgüyə bax, bəzən, adamlara bax, düzəl.
  • Heyvanı gül içinə buraxarsan - baxmaz, ötər; nadana gözəllikdən danışarsan - vaxtın itər.
  • Həddən artıq sadədillik cinayətə də gətirə bilər.
  • Hədəfə görə yayı çək.
  • Həqiqət qüvvətdir.
  • Hər fikrindən keçəni demə.
  • Hər gülən dost deyil, hirslənən hər kəs düşmən deyil.
  • Hər həmrah yoldaş olmaz.
  • Hər kəsin iki gözü, hökmdarın on min gözü var.
  • Hər şeydən çətin elin ürəyini fəth eləməkdir.
  • Həyat min lanadır, yaşaya bilmək - on min lana.
  • Xalq arasında olan axmaq evdə oturan müdrikdən yaxşıdır.
  • Xeyir olan yerdə - süd, şor olan yerdə - qan.
  • Xeyirxah həmişə sakit olar, bədxah narahat.
  • Xeyirxahı çox vaxt ağılsız bilirlər.
  • Xeyri olsa özünü də satar.
  • Xəncər bədəni yaralar, söz ürəyi.
  • Xəsis acgöz olar, kinli - inadkar.
  • Xəsisin dostu olmaz.
  • Xəsislik və hərislik qara köpəyin xörəyidir.
  • İlanın çölü alabəzəkdir, insanın - içərisi.
  • İnsan dostluqda tanınar, həqiqət müqayisədə.
  • İnsan son nəfəsə kimi ümidini itirmir.
  • İşi səhərə qoymaq axmaq adətdir.
  • İt - yiyəsinə arxayın olur, quş özünə.
  • İti də qoruyurlar - özlərinin olanda.
  • İynə hara, sap da ora.
  • Kasıbın həmişə bir ayaması olar.
  • Kəhərin dırnağı, kişinin iradəsi möhkəm olmalıdır.
  • Kənara inanır, yaxından şübhələnir.
  • Kəndir nazilən yerindən qırılar.
  • Kim ki, qallac olar, ac olar.
  • Kimin dostu varsa, geniş bir çöl kimidir, kimin dostu yoxdursa, kiçik bir əl kimidir.
  • Kimin ki, dişləri itidir, o, öz xeyrini də yeyər.
  • Kişi yeddi dəfə yıxılar, səkkiz dəfə qalxar.
  • Kor köpək haya qaçar.
  • Kora fanar nə lazım.
  • Korun günü yoxdur , sərxoşun vaxtı yoxdur.
  • Köçəndən sonra qonşularınızı, öləndən sonra arvadınızı qiymətləndirməyə başlayırsınız.
  • Köhnə ilin yaxşı olub-olmadığını ancaq təzə ildə görmək olar.
  • Köksündə yanğın da olsa, tüstünü burnundan buraxma.
  • Köpəyin qarnını doyuzdurmaq asandır, nəinki noyonun. (Noyon - knyaz, böyük feodal - məmur).
  • Körpəyə südgərəkdir, həyata - həqiqət.
  • Külək əsər hər tərəfə, həqiqətsə bir tərəfə.
  • Küləyin axırı yağışla, zarafatın axırı savaşla qurtarır.
  • Kürkü yağış korlar, dostluğu rişxənd.
  • Qadınlar və kişilər eyni yastıqda yatırlar, lakin fərqli yuxular görürlər.
  • Qarışqa öküzün buynuzuna dırmandı, elə bildi ki, dağa çıxıb.
  • Qarın doya bilər, maraq heç vaxt.
  • Qarnı doydurmaq olar, gözü -yox.
  • Qazlar qaqqıldaşır - yay gəlir, qarğılar qaqqıldaşır - yay gedir.
  • Qəzəb gələn yerdə susmaq yaxşıdır.
  • Qəzəbli, xoşbəxt olmaz.
  • Qığılcım tüstülənməz.
  • Qış küləyi qar gətirər.
  • Qıymırsan - vermə, verdin - minnət qoyma.
  • Qızıl pas atmaz.
  • Qocalar gələr - hikmət artar, cavanlar gələr - qüvvət artar.
  • Qocaların sözündəki - ağıl, məsəllərindəki - nəsihət.
  • Qolu güclü olan birinə üstün gələr, ağlı güclü olan çoxuna.
  • Qonaq az müddət qalsa da, çox şey görüb qayıdır.
  • Qonşunun qədri - ayrılandan sonra, arvadın qədri öləndən sonra bilinir.
  • Qorxaq adam yaxşı işdən də yan keçər.
  • Qorxaq on dəfə ölür, qorxmaz bir dəfə.
  • Qorxaq özünü də batırar, özgələrini də.
  • Qorxaq yolu yarıdan qayıdar.
  • Qorxağa elə gəlir ki, dağlar da titrəyir.
  • Qorxursan eləmə, elədin qorxma.
  • Qotur at həmişə quyruğunu yellər, günahkar adam ətrafa baxınar.
  • Qoyunun quzusu bir-bir olur, axırda sürü düzəlir; it neçəsini küçükləyir, hamısı da dağılışıb gedir.
  • Qul günahkar olar.
  • Qurbağa nə qədər tullana, bataqlıqdan uzağa getməyəcək.
  • Qurd quzu üçün nəsə, varlı da kasıb üçün odur.
  • Qurdun ağzı həmişə qanlı olar.
  • Qurdun sıçramağı möhkəm olar, insanın - sözü.
  • Quru ağacın meyvəsi olmaz, boş sözün - xeyri.
  • Qurumuş gölün sonası olmaz, hərdəmxəyal adamın - dostu.
  • Quru qurbağasının dənizdən xəbəri olmaz.
  • Quyuda balıq olmaz.
  • Qürbət elə verilən qız qayalara atılan ox kimidir.
  • Lap sabah ölsən də, bu gün öyrən.
  • Meymuna da qulaq as, əgər düz danışırsa.
  • Məhəbbət olan yerdə qayğı da var.
  • Məhəbbətin özü ürəkdə, kədəri üzdə olar.
  • Məhəbbətini gizlə, biliyini göstər.
  • Məni aparan eşşək məni təpikləyən atdan daha dəyərlidir.
  • Misə nə qədər qızıl çəkəsən, elə mis də qalacaq.
  • Mismar bilir ki, çəkic necə vurur.
  • Münəccim cavan olsa yaxşıdır, həkim - qoca.
  • Namuslunun xasiyyəti möhkəm, sözü də düz olur.
  • Nə qədər ki, atan var - adamlarla tanış ol; nə qədər ki, atın var - ətrafla.
  • Nə qədər tezdən dursan, o qədər çox görərsən: nə qədər gec yatsan, o qədər çox eşidərsən.
  • Noyona ancaq onun köç yerində hörmət edərlər, alimə - hər yerdə.
  • O adam ağıllıdır ki, elədiyi səhvlər yadındadır.
  • O müdrikilər yaxşıdır ki, axmaqlarla dostluğu bacarırlar, o axmaqlar yaxşıdır ki, müdriklərə arxalanmağı bacarırlar.
  • Od yağla sönməz, giley-güzar acılamaqla qurtarmaz.
  • Oxunu atıb, yayını gizləyir.
  • Oxuyursansa, yorulma, öyrədirsənsə, qorxma.
  • Onun kölgəsindən başqa dostu yoxdur, quyruğundan başqa bəzəyi.
  • Onun sözü azdırsa da, işi çoxdur.
  • Öküz batanda yiyəsi də güclü olar.
  • Ölən inək haqqında həmişə deyirlər ki, südü çox verərdi.
  • Ölməyin yox, yaxşı adın dərdini çək.
  • Ölüm gələndə min Budda belə kömək etməyəcək.
  • Ölüm qabağı göz daha diqqətli olur.
  • Ölümdən qorxursansa, yaşamağa dəyməz.
  • Ömrü qızıl üçün itirməyə dəyməz.
  • Öz eybini bilənin ağlı nurludur.
  • Özgə evdə tox olmaq olar, rahat - yox.
  • Özü bir iş görməyən, özgələri öyrətməyi xoşlar.
  • Payızda da kökəlməyən, arıq qalar.
  • Pələng də oddan qorxur.
  • Pələngin quyruğundan yapışma, yapışdın - buraxma.
  • Pis adamın yaddaşı taxtadan olar, yaxşınınki - qranitdən.
  • Pis barışmaqdansa, yaxşıca savaşmaq yaxşıdır.
  • Pis hava keçir, pis qoxu qalır.
  • Pis müəllimin pis də şagirdləri olar.
  • Pis nişançı oxu günahkar bilər, pis hakim - xalqı.
  • Psi ustanın karastısı çox olar, faydası - az.
  • Pis yol yolsuzluqdan yaxşıdır, pis qohum - qohumsuzluqdan.
  • Pisin yadında yaxşılıq qalmır, ancaq yaxşı pisi yaddan çıxarmır.
  • Pişik də təzə balıq yeməyi sevir, amma çaya girmir.
  • Polad poladlığı ilə oddan qorxur, çay çaylığıyla sahilə yatır.
  • Pul və gözəllik olan yerdə doğrunu yalandan ayıra bilməzsən.
  • Riyakarlıqla gülməkdənsə, qaşqabaqlı olmaq yaxşıdır.
  • Ruhun möhkəmliyi qabırğanın möhkəmliyindən əfzəldir.
  • Sabah öləcək olsanız da öyrənin.
  • Sakit itdən qorx, hürən it qapmaz.
  • Sağlardan ayrılmaq, ölülərdən ayrılmaqdan ağırdır.
  • Sağsağan qardi quşu deyil. (Qardi - əfsanəvi böyük quş).
  • Sevgi daxildən, qəm çöldən gəlir.
  • Sevməyən qadının dodağı soyuq olar.
  • Səfeh baş ayağın düşmənidir.
  • Səhər gördüyün işi gecə yoxla.
  • Səni qoy illər əzsin, amma qoyma dərd əzə.
  • Sərxoşun ağlı kor olar.
  • Sərvət gözəldir, amma azadlıq daha da gözəldir.
  • Silahsıza hər cür vəhşi qorxuludur.
  • Sıldırımın başında ağac olmaz, lovğanın başında - ağıl.
  • Sonbeşik həmişə o birilərindən zəif olar.
  • Söyüş - gözün içinə, tərif - gözdən uzaqda.
  • Sözlə izah etmədiyini, çubuqla izah etməyəcəksən.
  • Sözlər bəzən qayaların arasında əks-səda kimidir.
  • Sözü ehtiyatla de, işi cəhdlə gör.
  • Sözü üzə deyən xəstəliksiz ölür.
  • Sözü yadında saxlayan ağıllı, nağılı yadından saxlayan isə müdrik olur.
  • Su adamına su hədiyyə aparır.
  • Su başdan bulanıq olsa, ayaqdan da bulanıq olacaq.
  • Su içmək istəməyən öküzün başından basmaq nahaqdır: düzə qulaq asmayanı inandırmaq nahaqdır.
  • Susan adam həmişə haqlı çıxacaq.
  • Susan axmaq çox vaxt ağıllı kimi qələmə verilir.
  • Susmaq da bir vergidir.
  • Suya düşəndə gülmə.
  • Şərəfi itirməkdən, beli qırılmaq yaxşıdır.
  • Şərəfli məğlubiyyət şərəfsiz qələbədən yaxşıdır.
  • Şir vüqarı tülkü sifətinə yaraşmaz.
  • Şirini acı eləmək asandır, acını şirin eləmək çətin.
  • Tez yemək - mədəyə zərər verir; tez varlanmaq - həyata zərər verir.
  • Tezdən duran adamın günü uzanar.
  • Təcrübəniz olanda mükafat qazanmış kimi sevinin.
  • Tək olanda özünə, el içində sözünə diqqət et.
  • Təklikdə fikrini ölç-biç, adam içində - sözünü.
  • Tələsənin yolunda kol-kos çox olar.
  • Tən olmayan yük dəvə üçün əzabdır, tən olmayan məhəbbət - ürək üçün.
  • Tənbəl adam qorxaq olar.
  • Tənha qarğa qış yuxusuna getməz.
  • Tərif gələndə çaşma, töhmət gələndə coşma.
  • Tox - evdən ötrü darıxmaz, evli - anadan ötrü.
  • Tüksüz baş böyük görünər.
  • Ulduzlar görünəcək - göyü bəzəyəcək, bilik görünəcək - ağlı bəzəyəcək.
  • Uşağa bıçaq vermək olmaz, dəliyə - hakimiyyət.
  • Uşağı tanımaq istəyirsənsə - oyununa bax, böyüyü tanımaq istəyirsənsə - işinə.
  • Uzağın suyu ilə yaxının odunu söndürə bilməzsən.
  • Üzə gülənin hamısı dost deyil, qaşqabaq sallayanın hamısı - düşmən.
  • Vaxt olar şiri də qarışqalar yeyər.
  • Varlananda öyünmə, kasıblayanda ümidsiz olma.
  • Varlı qocaldıqda yaman olar.
  • Varlı o kəsdir ki, çoxlu yaxşılıq edib; ondan varlı o kəsdir ki, çoxlu uşağı var; onlardan da varlı o kəsdir ki, çoxlu biliyi var.
  • Vasvası ilə dostluq çox çəkməz.
  • Vəd ilə layla çalır, şirin sözlə yatırırlar.
  • Vəfasız dost açıq düşməndən qorxuludur.
  • Vətəndə hətta qaba kətan yumşaqdır, amma yad ölkədə hətta ipək də kətandan yumşaq deyil.
  • Vurulmamış heyvanın dərisini tərifləmə.
  • Yaxınlaşmağa bir gün bəsdir, dostlaşmağa min gün gərək.
  • Yaxşı adamın dalınca yaxşı söz də gəzər, yaman söz də.
  • Yaxşı adamla savaşma, pis adama yanaşma.
  • Yaxşı adı asan itirərsən, yaman addan çətin qurtararsan.
  • Yaxşı bəslənən quzunun quyruğu sərt, ac öküzün buynuzları yumşaqdır.
  • Yağış suyunda qum olmaz, atalar sözündə - yalan.
  • Yalan oğurluqdan yaxşı deyil.
  • Yaman gündə ürəyi bərk ol, yaxşı gündə ürəyi yumşaq.
  • Yamanlıq da on gündən çox çəkmir.
  • Yavaş gedərsən - mənzilə yetərsən.
  • Yavaş-yavaş aldadaraq yalançı olursan; Yavaş-yavaş mənimsəyib oğru olursan.
  • Yayda avara gəzmə ki, dzutda itirməyəsən. (Dzut) - qışın elə soyuq vaxtıdır ki, onda yemsizlikdən heyvanlar çox tələf olur)
  • Yazla payız yayı sıxışdırır, gümüşlə qızıl - qanunu.
  • Yazmaq üçün bilik, məqsədə çatmaq üçün cəhd lazımdır.
  • Yeddi düşün, bir danış.
  • Yəhər ata bəzəkdir, qadın - evə.
  • Yəhər atın bəzəyidir, arvad ömür bəzəyidir.
  • Yeməksiz bir sutka da qalmaq olar, çaysız bir saat qalmaq olmaz.
  • Yeməyin yaxşısını camaata ver, paltarın yaxşısını özün gey.
  • Yenisini başa düşmək istəyirsənsə, köhnəni öyrən.
  • Yer üçün şeh necədirsə, bəxt də həyat üçün odur.
  • Yeriyən axmaq, yatan ağıllıdan yaxşıdır.
  • Yonulmuş daşı - dağlarda, sözü ağılda gəz.
  • Yuxarıda olursan - həsəd aparırlar, aşağıda olursan - ayaqlayırlar.
  • Yurd - tono, ailə - valideyn, dövlət - elm üzərində dayanır. (Tono - yurdun yuxarı dayağı olan dairəşəkilli ağac, tüstü çıxmaq üçün yer).
  • Yüz manatın olmaqdansa, yüz dostun olsa yaxşıdır.
  • Zəhərli ilanlar nazik də olur. yoğun da.
  • Zəhmətkeşin təri axar, qarınqulunun ağzının suyu.
  • Zəiflik kobudluqdan, haqlı haqsızdan güclüdür.
  • Zəngin insanlar heç vaxt qohumlarını sevmirlər.

İstinadlar

[redaktə]