Məzmuna keç

Lüdviq van Bethoven

Lüdviq van Bethoven
Doğum tarixi 16 dekabr 1770
Doğum yeri Bonn
Vəfat tarixi 26 mart 1827
Vəfat yeri Vyana
Dəfn yeri Vyana mərkəzi qəbiristanlığı, Q38103979
Şəxsi veb-saytı
Vikipediya məqaləsi

Lüdviq van Bethoven - alman bəstəkarı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bir sirri gizləyib ədalətə ziyan yetirməkdənsə, ədalət naminə özüm ziyan çəkməyi üstün tuturam.
  • Daha gözəl olmaq üçün pozulmayan bir qayda yoxdur.
  • Daha üstünü ola bilməz! Musiqi Tanrıya yaxınlaşmaq və oradan insanlığa səslənməkdir.
  • Dünyada misli-bərabəri olmayan varlıq - yaranışın əsl möcüzəsi anadır.
  • Əsl musiqi gerçəyin özüdür.
  • Əsl sənətkar şöhrətpərəstlik hissindən məhrumdur, çünki o bilir ki, sənət hüdudsuzdur.
  • Xoşbəxtliyə şəfqət və mərhəmətlə çatmaq mümkündür.
  • Həyatımın payızı gəlib çatdı. Elə bir bəhrəli ağaca bənzəmək istəyirəm ki, hər tərpənişimdə meyvələrim dolu kimi yağsın.
  • İnsanı fərqləndirən ən ali cəһət onun maneələri dəf etməkdə inadkarlığıdır.
  • İnsanı sadəcə elm və sənət yüksəldə bilər.
  • İnsanın ən yüksək fərqliliyi ən qəddar maneələri aradan qaldırmaqda davamlı olmasıdır.
  • İstedadı və iş sevgisi olan bir şəxs üçün heç bir maneə yoxdur.
  • Komediya bitdi.(ölümündən əvvəlki son sözü)
  • Kədərin ən yaxşı dərmanı səbrdir. Ona görə də mən həmişə səbr köynəyini geyinirəm.
  • Mənim bildiyim yeganə üstünlük rəmzi xeyirxahlıqdır.
  • Musiqi ağıl həyatı ilə hisslərin həyatı arasında vasitəçidir. Musiqi hikmət və fəlsəfədən daha yüksək bir vəhydir.
  • Musiqi insan qəlbindən atəş etməlidir.
  • Musiqi, kişilərin qəlbini alovlandırmalı, qadınların isə gözlərini yaşatmalıdır.
  • Musiqi məşhur bir ehtiyacdır.
  • Musiqinin əsl gücü dinləyicisini bəstəkarın xəyal dünyasına aparmasıdır.
  • Övladlarınıza puldan çox, əxlaq verin.
  • Ruhumu etzaza gətirən musiqi bənzərsiz çiçəklərin açdığı və alaq otlarının cücərə bilmədiyi bir diyara oxşayır; təəssüf ki, bunu anlayan insanlar çox azdır.[1]
  • Sənəti bir şeydən daha çox sevən əsl sənətkar, özündən razı qalmayıb daha da irəliləməyə çalışır.
  • Yalnız sənətinizlə məşğul olmayın, həm də onun sirlərinə daxil olun, çünki o və bilik insanları ilahiliyə qaldıra bilər.

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.321