Məzmuna keç

Jozef Konrad

Jozef Konrad
Doğum tarixi 3 dekabr 1857
Doğum yeri Terekhove, Berdychiv
Vəfat tarixi 3 avqust 1924
Vəfat yeri Bishopsbourne, Kent qraflığı
Dəfn yeri Canterbury City Cemetery
Vikipediya məqaləsi

Jozef Konrad (1857-1924) - ingilis yazıçısı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıllı insan hər şeyin yolunu tapır.
  • Allah kişilər üçün, din isə qadınlar üçündür.
  • Dəniz qadın ürəyinə bənzəyir
  • Güc başqalarının zəifliyindən doğan şansdan başqa bir şey deyil.
  • Həyat sadəcə vaxt itkisidir.
  • Həyatı yarı bağlı gözlərlə, donuq qulaqlarla və yuxulu düşüncələrlə necə keçdiyimiz inanılmazdır.
  • Xəyanət etmək. Böyük sözdür. Xəyanət nə deməkdir? Bir insanın yurduna, dostlarına, sevgilisinə xəyanət etməsi anlamındadır. Əslində insanın xəyanət edə biləcəyi tək bir şey vicdanıdır.
  • İdeya uğrunda mübarizə etmək böyük və şərəfli işdir.
  • İnsan heyrətamizdir, amma şah əsər deyil.
  • İnsanı həm dostları, həm də düşmənləri qiymətləndirməlidir.
  • Qadın olmaq əsasən çətindir, çünki əsasən kişilərlə məşğul olmalısan.
  • Qəlbi gənc ikən ümid etməyi, sevməyi və həyata güvənməyi öyrənməyən insanın vay halına!
  • Rəssam, istər xarakter yaratsın, istər bir hiylə yaratsın, istərsə də mürəkkəb vəziyyətdən çıxış yolu tapsın, hərəkət adamıdır.
  • Şərin fövqəltəbii mənbəyinə inanmağa ehtiyac yoxdur: insanların özləri hər hansı bir iyrəncliyə kifayət qədər qadirdirlər.
  • Tanrı kişilər üçün, din qadınlar üçündür.
  • Təcrübəsiz bir insanın əsas əlaməti xoşbəxtliyə inanmasıdır.
  • Təmiz vicdan əla yuxu dərmanıdır.
  • Yalnız heç bir şey etməyənlər səhv etməzlər.
  • Yalnız iş bizə özümüzü kəşf etmək imkanı verir.
  • Yaşlı və ya gənc, hamısı pulu sevir.

İstinadlar

[redaktə]