Heraklit
Görünüş
Heraklit | |||
Doğum tarixi | e.ə. 535 | ||
Doğum yeri | Efes | ||
Vəfat tarixi | e.ə. 470 illər | ||
Vəfat yeri | Efes | ||
|
Efesli Herklit - (e.ə. 544–483) — Sokratdan əvvəlki qədim yunan filosofu. Onun 120-yə yaxın etibarlı sitat saxlanılan yeganə əsəri “Təbiət haqqında” əsəridir.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıllı olmaq ən böyük fəzilətdir. Hikmət haqqı danışmaq və onun fitrətinə uyğun davranmaqdır.
- Allah gecə və gündüz, qış və yay, müharibə və sülh, bolluq və aclıqdır.
- Allah üçün hər şey gözəl, yaxşı və ədalətlidir; insanlar isə bəzi şeylərin ədalətsiz, bəzilərinin isə ədalətli olduğunu düşünürlər.
B
[redaktə]- Bir çaya iki dəfə girmək olmaz.
- Böyük nəticələr böyük ambisiyalar tələb edir.
Ç
[redaktə]- Çayda eyni suda iki dəfə yuyuna bilməzsən, üzərindən axan sular yeni sulardır.
- Çox məlumatlı olmağın ağıllı olduğunu göstərməz.
- Çox öyrənmək dərk etməyi öyrətmir.
D
[redaktə]- Dəyişməyən tək şey, dəyişiklikdir.
- Düşünmək böyük fəzilətdir, hikmət isə həqiqəti söyləməkdə və təbiəti dinləyib ona uyğun davranmaqdadır.
E
[redaktə]- Ehtiraslarla savaşmaq çətindir, çünki qarşılığını ruhlarla ödəyirsən.
Ə
[redaktə]- Ədalət yalan uyduranları və yalançı şahidləri yaxalayacaq.
- Ədalətsizliyin qarşısını yanğından daha tez almalıyıq.
- Əgər ədalətin özü olmasaydı insanların ədalətin adını bilməzdi.
- Əgər gözlənilməzliyi gözləmirsinizsə, onu tapa bilməyəcəksiniz, çünki ona axtarış və ya cığırla çatmaq olmaz.
- Ən gözəl harmoniya fərqliliklərdən yaranır.
- Ən yaxşı insanlar bir məqsəd, fanilərin əbədi şöhrəti üçün hər şeydən imtina edirlər; lakin insanların çoxu mal-qara kimi özlərini doydururlar.
G
[redaktə]- Görünməyənlərin əlaqələri görünənlərdən daha güclüdür.
- Gözlənilməz olanı gözləmədikcə, onu tapa bilməyəcəksən.
- Gözlər qulaqlardan daha dəqiq şahiddir.
H
[redaktə]- Haqq anlayışını haqsızlıq anlayışı olmasaydı bilə bilməzdik.
- Hər şey axır, hər şey dəyişir.
- Hikmət hər şeyi idarə edən və əhatə edən ağıl birliyidir.
X
[redaktə]- Xalq qanunları, öz qalası kimi, qoruyucu divarı kimi müdafiə etməlidir.
- Xəstəlik-sağlamlığın, şər xeyirin, aclıq toxluğun, yorğunluq istirahətin ləzzətini bildirir.
- Xoşbəxtlik bədən həzzlərindən ibarət idisə, yeməyə noxud tapanda öküzləri xoşbəxt adlandırmalıyıq.
- Xoşbəxtlik maddi sevinclərdən ibarət olsaydı, çayıra qaçan öküzləri xoşbəxt saymaq lazım idi.
İ
[redaktə]- İki dəfə bir axara girmək olmaz.[1]
- İnsan azadlığı hər bir nemətdən yüksəkdir.
- İnsan həyatı ilə ölür, ölümü ilə yaşayır.
- İnsanın xarakteri onun taleyidir.
- İnsanın ürəyinin istəyi ilə mübarizə aparmaq çətindir; çünki nəyə sahib olmaq istəyirsə, canının bahasına alır.
- İnsanların xarakterləri onların qədərləridir və insanlar layiq olduqları həyatları yaşayarlar.
K
[redaktə]- Kişinin xasiyyəti onun qoruyucu ilahiliyidir.
M
[redaktə]- Müdrik, bilikli olmaq üçün gözü və qulağı açmaq kifayət deyil, dərin ağıl lazımdır.
- Müharibə azad olmağa layiq olanları azadlığa çıxarır, kölə olmağa layiq olanları isə kölə edir. Müharibə hər şeyin ağası, hər şeyin şahıdır.
N
[redaktə]- Nəfsi mədəniyyətsiz olan insanların gözləri və qulaqları yoxsul şahiddir.
Ö
[redaktə]- Özbaşınalığın qarşısını yanğından daha tez almaq lazımdır.
P
[redaktə]- Paxıllığımız həmişə paxıllıq etdiyimiz insanların xoşbəxtliyindən daha uzun sürür.
T
[redaktə]- Təəssübkeşlik müqəddəs xəstəlikdir.
V
[redaktə]- Vaxt uşaqların gözəl oynadığı bir oyundur.
Y
[redaktə]- Yaxşı xarakter bir həftədə, bir ayda formalaşmır. Az-az, gündən-günə yaranır. Yaxşı xarakter inkişaf etdirmək üçün uzun və səbirli səy lazımdır.
Mənbə
[redaktə]- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
İstinadlar
[redaktə]- ↑ Aydın Əlizadə. Antik fəlsəfə tarixi. Bakı,2016. səh.23