Axmaqlıq
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adama ağır gələn odur ki, insan ağlının hüdudları var, insan axmaqlığı isə sonsuzdur. Aleksandr Düma (oğul)
- Ağıl üçün heç bir sərhəd yoxdur və axmaqlıq sonsuzdur. Yan Raynis
- Ağıllı adam axmaqlıq edərsə, onda bu, hər halda çox böyük axmaqlıq olar. Yohann Volfqanq Göte
- Ağılsızlıq, şübhəsiz ki, axmaqlıqdan daha yaxşıdır. Dəlilik, mövcud bir zəkanın yox olmasıdır; Axmaqlıq, mövcud olmayan bir zəkanın davam edən yoxluğudur. Ən azından dəlilik keçmişi şanlıdır. Axmaqlığın şərəfli bir tarixi belə yoxdur .. Peyami Safa
- Axmaq öz axmaqlığını heç vaxt boynuna almaz. Ləzgi atalar sözləri
- Axmaqlar utancaq olmur, baxmayaraq ki, utancaqlıq axmaqlığın hər cür növünü qəbul edir. Jan Jak Russo
- Axmaqlıq Allahın bir hədiyyəsidir, amma ondan sui-istifadə edilməməlidir. Otto fon Bismark
- Axmaqlıq arzuladığı şeyə nail olsa da, heç vaxt razı qalmır. Mark Tulli Siseron
- Axmaqlıq dərmanı olmayan qüsurdur. İmmanuel Kant
- Axmaqlıq, dərmanla keçib gedən baş ağrısı deyil. Mixail Zoşşenko
- Axmaqlıq etmək haqqı – şəxsiyyətin müstəqil inkişafının təminatlarından biridir. Mark Tven
- Axmaqlıq iki cür olur: susqun və boşboğaz. Onore de Balzak
- Axmaqlıq - insanı düşünmək zərurətindən xilas etmir. Stanislav Eji Lets
- Axmaqlıq isə ümumiyyətlə bağışlanma tələb etmir. O sanki külək kimidir, heç nədən asılı deyil. Onu olduğu kimi qəbul etmək, onun ziyanında qorunaraq və xeyrində fayda tapmağa çalışaraq yaşamaq lazımdır. Sun Dzı
- Axmaqlıq kiçiklik deyil; axmağın da böyüyü-kiçiyi olur. Əbu Turxan
- Axmaqlıq o qədər keçilməzdir ki, onu axıra qədər tədqiq etmək mümkün deyil. Ondan heç bir səs gəlmir, o hər şeyi həmişəlik udur və geri qaytarmır. Onore de Balzak
- Axmaqlıq və dahilik arasındakı fərq; dahiliyin sərhədləri olmasıdır. Albert Eynşteyn
- Axmaqlıq və müdriklik yoluxucu xəstəlik kimi çox asanlıqla yoluxulur. Ona görə də özünə yoldaş seç. Uilyam Şekspir
- Axmaqlıq, yaxşı qadının xüsusi gözəlliyini təşkil edir. Ən azından, mən çox kişilər tanıyıram ki, arvadlarının axmaqlıqlarına heyran olur və onlarda uşaq günahsızlığının bütün əlamətlərini görürlər. Nikolay Qoqol
- Axmaqlıq yoluxucudur. Nəcib Fazil Qısakürək
- Axmaqlığa görə fəzilətli qadınları saymayaq, çünki məlumdur ki, sevgidə bütün qadınlar ağıllıdır. Onore de Balzak
- Axmaqlıqdan ağır xəstəlik yoxdur. Alman atalar sözləri
- Axmaqlıqdan başqa günah yoxdur. Oskar Uayld
- Axmaqlığın ən böyük dəlili, eyni şeyi dəfələrlə edib fərqli bir nəticə əldə etməyi ümid etməkdir. Albert Eynşteyn
- Axmaqlığın gözü pərdəlidir. Mahatma Qandi
- Axmaqlığın kökləri necə də dərindir! Mark Tulli Siseron
- Axmaqlığın ilk əlaməti abır-həyanın tam olmamasıdır. Ziqmund Freyd
- Alçaltmaq səhvdir, çünki axmaqlıq bir qüsurdur, amma elələri var ki axmaqlığı qüsursuzdur. Paulo Koelyo
- Almaniya ilə Rusiya arasında müharibə böyük axmaqlıqdır. Məhz buna görə, o, mütləq baş verəcək. Otto fon Bismark
- Amma, görünür ki, axmaqlıq etmək gənclərin, onların ağılsızlığını pisləmək isə həyatı bahasına əldə edilmiş təcrübəyə malik yetkin insanların qismətidir. Daniel Defo
- Az bilib çox danışmaq axmaqlıq əlamətidir. Seyid Əzim Şirvani
B
[redaktə]- Başqasının səhvinə görə özünü cəzalandırmaq axmaqlıqdır. Oşo
- Bədbinlik həmişə mənə sofizm, eyni zamanda axmaqlıq və əlavə olaraq pis maneranın axmaqlığı kimi görünürdü... Mən həmişə bədbinə demək istəyirəm: “Əgər dünya sənin ürəyincə deyilsə, o zaman öz narazılığınla lovğalanma, dünyadan əl çək və başqalarına mane olma” Lev Tolstoy
- Bəzən bütün zəruri keyfiyyətlərə malik olmalarına baxmayaraq, hökmdarlar torpaqlarını axmaqlıq üzündən deyil, həqiqətə daha yaxın olmaq üçün tərk edirlər. Çanakya/Hökmdar
- Bəzən susmaq lazım olurmuş, bəzən bomboş baxmaq lazım olurmuş həyatın yalanlarına. Anlamağa çalışmaq axmaqlıq! Sunay Akın
- Bir kəsə inanmaq yaxşıdır, heç kəsə inanmamaq - axmaqlıq. Alman atalar sözləri
- Bir qadına zaman-zaman öz fikirlərini dəyişdirmək lazımdır. Onlar eyni yemək masasından, əl-üz yuyandan, tikiş maşınından bezirlər. Onlara, heç olmasa, hər hansı bir müxtəliflik verin - bir az səyahət, bir az istirahət, bir az ev təsərrüfatının faciələri ilə qarışıq axmaqlıq, ailə səhnəsindən sonra bir qədər nəvaziş, bir az da həyəcan.Sizi əmin edirəm ki, belə olsa, hər iki tərəf məmnun qalacaq. O.Henri
- Bir şey ki, qaçılmazdır, ondan qaçmaq axmaqlıq olardı. Sührəvərdi
- Birinci dəfə bağışlamaq müdriklik, ikinci dəfə bağışlamaq rəhmlilik, üçüncü dəfə bağışlamaq axmaqlıqdır. Al Paçino
- Bu uzaq nöqtədən Yer xüsusi maraq doğurmaya bilər. Amma bizim üçün fərqlidir. Bu nöqtəni bir daha nəzərdən keçirin. Ora bura, o ev, o bizik. Onun üzərində sevdiyiniz hər kəs, tanıdığınız hər kəs, indiyə qədər eşitdiyiniz hər kəs, indiyə qədər olan hər bir insan öz həyatını yaşadı. Sevincimizin və iztirabımızın məcmusu, minlərlə inamlı dinlər, ideologiyalar və iqtisadi doktrinalar, hər ov və ovçu, hər qəhrəman və qorxaq, sivilizasiyanın hər yaradıcısı və məhvedicisi, hər bir kral və kəndli, hər sevgi dolu gənc cütlük, hər ana və ata, ümidli uşaq, ixtiraçı və kəşfiyyatçı, hər bir əxlaq müəllimi, hər korrupsioner siyasətçi, hər bir “super ulduz”, hər bir “ali lider”. Yer böyük bir kosmik arenada çox kiçik bir mərhələdir. Bütün o generallar və imperatorlar tərəfindən tökülən qan çaylarını düşünün ki, onlar şöhrət və zəfər içində bir nöqtənin bir hissəsinin ani ustası ola bilsinlər. Bu pikselin bir küncünün sakinlərinin başqa bir küncün çətin ki, fərqlənən sakinlərinə baş çəkdikləri sonsuz qəddarlıqları, onların nə qədər tez-tez anlaşılmazlıqlar etdiyini, bir-birlərini öldürməyə nə qədər həvəsli olduqlarını, nifrətlərinin necə qızğın olduğunu düşünün. Duruşlarımız, təsəvvür edilən öz əhəmiyyətimiz, Kainatda hansısa imtiyazlı mövqeyə malik olduğumuza dair aldanışımız bu solğun işıq nöqtəsi ilə mübahisə edir. Planetimiz böyük kosmik qaranlıqda tənha bir ləkədir. Bizim qaranlıqda, bütün bu genişlikdə bizi özümüzdən xilas etmək üçün başqa yerdən kömək gələcəyinə işarə yoxdur. Yer bu günə qədər həyatın yaşadığı yeganə dünyadır. Ən azından yaxın gələcəkdə növlərimizin köçə biləcəyi başqa heç bir yer yoxdur. Ziyarət, bəli. Razılaşın, hələ yox. İstəsək də, istəməsək də, bu an üçün Yer bizim dayandığımız yerdir. Astronomiyanın alçaldıcı və xarakter formalaşdıran bir təcrübə olduğu deyilir. Bəlkə də kiçik dünyamızın bu uzaq görüntüsündən daha yaxşı insan təkəbbürünün axmaqlığının nümayişi ola bilməz. Mənə görə, bu, bir-birimizlə daha mehriban davranmaq və indiyə qədər tanıdığımız yeganə ev olan solğun mavi nöqtəni qorumaq və əzizləmək bizim məsuliyyətimizi vurğulayır. Karl Saqan
Ç
[redaktə]- Çox vaxt ucuz müdriklik zəngin axmaqlığın köləsi olur. Uilyam Şekspir
D
[redaktə]- Danışıb axmaqlığınızı ortaya qoymaqdansa, danışmayın. Heç olmasa insanların şübhələri aradan qalxsın Avraam Linkoln :ABŞ-ın 16-cı prezidenti)
- Dünyada axmaqlıq qədər ucuz olan və dövlətə baha başa gələn ikinci bir şey tapmaq çətindir. Solon
E
[redaktə]- Etdiyimiz çox şeyin çox axmaqlıq olduğunu öyrənmədən müdrikləşməyəcəyik. — Fridrix Avqust fon Hayek
Ə
[redaktə]- Əgər axmaqlıq böhtan və dedi-qodulara yol açmasaydı, onlar bu qədər güclü olmazdı. Aleksandr Düma
- Əgər mənasız bir şıltaqlıq ümumdünya çevrilişlərə səbəb olursa və ən ağıllı insanları axmaqlıqlar etməyə məcbur edirsə, o halda, bu şıltaqlıq dərk edilsə və xeyirxahlığa yönəldilsəydi, o zaman nə baş verə bilərdi? Nikolay Qoqol
- Ən pis olan odur ki, bəzən bir çox axmaqlıqlar böyük məmnuniyyət yaşadır. Cerom Selincer
- Ən pis yoxsulluq axmaqlıqdır. [1] Əli
F
[redaktə]- Fikirlərdə inadkarlıq, axmaqlığın ən düzgün əlamətidir. Onore de Balzak
G
[redaktə]- Gələcəyin elmi üçün bu dövrün axmaqlığı onun müdrikliyi qədər dəyərlidir. Stanislav Eji Lets
- Gəlməyəcəyini bilə-bilə gözləmək axmaqlıq deyil, eşqdir. Nazim Hikmət
- Gözəllik bizə ona görə lazımdır ki, kişilər bizi sevsin. Axmaqlıq bizə ona görə lazımdır ki, biz kişiləri sevək. Koko Şanel
H
[redaktə]- Hamıdan ağıllı olmağı arzulamaqdan daha böyük axmaqlıq ola bilməz. Fransua de Laroşfuko
- Heç nəyə heyrətlənməmək ağıl yox, axmaqlıq əlamətidir. Fyodor Dostoyevski
- Heç vaxt Rusiyaya qarşı getməyin. Sizin, hər hansı bir hiylənizə o, ağlasığmaz və sizin üçün son dərəcə təhlükəli olan axmaqlıqla cavab verəcək.[2] Otto fon Bismark
- Hətta dahiliyin də sərhədləri var, axmaqlıq isə heç bir sərhəd tanımır. Aleksandr Düma
- Həyata necə başlayırsan başla, sonda əlində qürur və axmaqlıq qalır. Halbuki həyatdan nələr istəmişdik… Virciniya Vulf
- Həyatda xəstəlik və axmaqlıq qədər baha başa gələn başqa bir şey yoxdur. Ziqmund Freyd
- Həyatda uğur qazanmaq üçün ya ağıllı olmalısan, ya da başqalarının axmaqlığından bəhrələnməyi bacarmalısan. Jan de Labrüyer
X
[redaktə]- Xüdbinlik axmaqlığın ən bariz nümunəsidir. Şervud Anderson
İ
[redaktə]- İki şeyin sonsuz olduğunu bilirəm: kainat və insanın axmaqlığı. Birincisindən çox da əmin deyiləm. Albert Eynşteyn
L
[redaktə]- Lovğalanmaq –özünə inamsızlıq əlamətidir. Kobudluq isə acizlik əlamətidir. Onların xeyirli olmasına ümid etmək isə - axmaqlıq göstəricidir. Sun Dzı
M
[redaktə]- Mən bir qadın kimi mənə aşiq olan kişiləri qəbul etmirəm. O axmaqlıq edir və təhlükəli olur. Məni qadın kimi sevən, yaxud özünü aşiq kimi göstərən kişilərlə hər cür əlaqəni kəsirəm. Birincisi ona görə ki, onlar məni bezdirir. İkincisi, onlardan hər an adama cuma biləcək quduz itlərdən qorxduğum qədər qorxuram. Ona görə də mən onları sağalana qədər mənəvi karantində saxlayıram. Gi de Mopasson
- Mükəmməl gözəllik demək olar ki, həmişə soyuqluqla, yaxud axmaqlıqla qeyd olunub. Onore de Balzak
- Müqayisə ölçüsü olmadan bir şeyin böyük və ya kiçik olmasını mühakimə etmək axmaqlıq və düşüncəsizlikdir. Edqar Allan Po
N
[redaktə]- NATO Libyaya müdaxilə etməlimidir? Belə axmaqlıq olarmı? NATO-nun nə işi var Libyada?[3] Rəcəb Tayyib Ərdoğan
Ö
[redaktə]- Öz axmaqlığını görmürsənsə-axmaqsan, görürsənsə-ağıllısan, görüb qarşısını alırsansa-dahisən Volter
R
[redaktə]- Rap musiqi yalnız kompüterləşdirilmiş bir axmaqlıq. Top of the Pops-u dinləyirəm və üç mahnıdan sonra birini öldürmək istəyirəm. Corc Harrison
- Rusiyaya qarşı heç vaxt bir şey düşünməyin, çünki o sizin istənilən hiyləgərliyinizə gözlənilməz axmaqlığı ilə cavab verəcəkdir. Otto fon Bismark
S
[redaktə]- Səhər plan qurur, gündüzlər isə axmaqlıq edirəm. Volter
- Səni sevirəm” sözlərindən ömrünü uzatmaq istədi və indi ən kiçik risk də axmaqlıq kimi görünürdü. Corc Oruell
- Siz çoxlu qısa ağılsızlıqları sevgi adlandırırsınız. Və sizin nikahınız böyük və uzun axmaqlığı ilə çoxlu qısa axmaqlıqlara hüdud qoyur. Fridrix Nitsşe
- Susmaq heç də ağılın olmasını sübut etmir, amma axmaqlığın olmamasını həmişə sübut edir. Pyer Büast
- Süni təvazökarlıqdan aldadıcı heç nə yoxdur. Onun altında çox vaxt başqalarının fikirlərinə laqeydlik və bəzən də maskalanmış lovğalıq gizlənir. Məncə mən heç vaxt müdriklik və xeyirxahlığa lağ etməmişəm. Axmaqlıq və ədabazlıq, şıltaqlıq və məntiqsizlik mənə gülünc görünür. Və buna müyəssər olanda onlara gülürəm də. Ceyn Ostin
Ş
[redaktə]- Şöhrətpərəstlik və axmaqlıq ayrılmaz dostlardır. [4] Pyer Bomarşe
- Şöhrətpərəstliklə möhkəmlənməyən axmaqlıq heç bir nəticələr vermir. Corc Bernard Şou
T
[redaktə]- Təkəbbür axmaqlığın ən bariz nümunəsidir. Samuel Şipman
- Təvazökarlıq axmaqlığın ən ali formasıdır. Oskar Uayld
V
[redaktə]- Vахtı bоş kеçirmək, ахmаqlıqdır (Azərbaycan atalar sözləri)
Y
[redaktə]- Yalnız axmaqlıq edənlər axmaqdır. Forrest Qamp (film)
- Yersiz danışmaq axmaqlıq olduğu kimi, yeri gələndə danışmamaq da axmaqlıqdır. Sədi Şirazi
- Yenə də bu, bir növ diktator olacaq bir adam deyil ... Bunun axmaqlıq olduğuna inanır. Artıq ölkəmizdə hər hansı bir diktatura qurmaq mümkün deyil. (V. V. Putin haqqında) Mixail Qorbaçov
Z
[redaktə]- Zəkanın arxasında qaçmayın, axmaqlığı tutarsınız. Şarl Lui Monteskyö
- Ziyalı insan bəzən öz axmaqlığı ilə vaxt keçirmək üçün çoxlu içki içir. Ernest Heminquey