Məzmuna keç

Antisfen

Antisfen
Doğum tarixi e.ə. 444
Doğum yeri Piraeus
Vəfat tarixi e.ə. 365
Vəfat yeri Afina
Vikipediya məqaləsi

Afinalı Antisfen (e.ə. 444 - e.ə. 365) — qədim yunan filosofu, Kinik məktəbinin yaradıcısı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Arifin heç nəyə və heç kimə ehtiyacı yoxdur: çünki başqalarına məxsus olan hər şey ona məxsusdur.
  • Başqalarından qorxan, fərqinə varmasa da, quldur. [1]
  • Bir neçə pis insana qarşı bir çox pis insanlara qarşı çox pis insanlara qarşı bir neçə yaxşı insanın arasında mübarizə etmək daha yaxşıdır.
  • Cəlladın müstəbiddən bir əsaslı fərqi var: cəlladlar caniləri öldürür, müstəbidlər isə günahsızları.
  • Cins yoxdur, növ yoxdur: “insan” görürəm, amma “insanlığı” görmürəm, “atları” görürəm, amma “at” görmürəm. Ona görə də bu ümumi anlayışlar ümumiyyətlə mövcud deyil.
  • Çox vaxt sevilən olmaq bizim istəyimizdən asılı olmur, amma, nifrətlənməmək həmişə bizim özümüzdən asılıdır.
  • Dövlət o zaman məhv olur ki, o, yaxşı adamları axmaqlardan fərqləndirə bilmir.
  • Dövlətlər pisi yaxşıdan ayırmağı dayandırdıqda məhv olurlar.
  • Düşmənlərinizə laqeyd yanaşmayın: səhvlərinizi ilk görən onlardır.
  • Ədalətli insanı özünüzdən daha çox qiymətləndirin.
  • Fəlsəfə mənə özümlə danışmaq bacarığı verdi.
  • Gözəl həyat yoldaşı - ümumi mülk, çirkin - ərinin cəzası.
  • İnsan işdən əvvəl deyil, işdən sonra gələn həzzlərə can atmalıdır.
  • Kim hikmətə nail olubsa, gərək elmlərə, kitablara maraq göstərməsin ki, kənar şeylərə, fikirlərə qapılmasın.
  • Qocanın nöqsanını demək faydasızdır. Qoca ağacı çıxarıb başqa yerdə əkmək olmaz.
  • Natiq dinləyicinin ölçüsü deyil, dinləyici natiqin ölçüsüdür.
  • Ondan fəlsəfənin ona hansı üstünlüyü qazandırdığını soruşduqda, cavabı belə oldu: “Özümlə söhbət etmək bacarığı”.
  • Sevginin dərmanı kəbindir.
  • Söz döyməyənə kötəyin də təsiri olmaz.
  • Ya başa düşmək üçün ağılla, ya da özünü asmaq üçün iplə ehtiyat toplamaq lazımdır.

İstinadlar

[redaktə]