Almanlar
Görünüş
Almanlar (alm: die Deutschen) — qədim germanlardan əmələ gələn xalq, Almaniya, Avstriya, İsveçrə və Lixtenşteynin əsas əhalisi. Ümumi sayları təxminən 140 milyondur.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Almanlar ariya irqindən olan birini axtarırdılar. Mən isə türk idim. Məhəmməd Əmin Rəsulzadə
- Almanlar meqaloman belçikalıdırlar... Prussiyalı, babasının kim olduğunu unutmuş slavyandır.. Konrad Adenauer
- Almanlar Məhəmməd peyğəmbərin dediklərinin beş faizini Almaniyaya gətirməklə peyğəmbərin vətənini min il qabaqladılar. İnkişaf budur. Yohann Volfqanq Göte
B
[redaktə]- Başqa millətlərin bolluq içində yaşaması və ya aclıqdan ölməsi - məni yalnız mədəniyyətin qorunması üçün kölələrə nə dərəcədə ehtiyac duyduğum maraqlandırır... Dünyada heyvanlarla yaxşı rəftar edən yeganə almanlar bizik. Biz bu heyvanlarla da ləyaqətlə rəftar edəcəyik. Halbuki, onların qayğısına qalmaq, onlara hər hansı ideallar aşılamaq və bununla da övladlarımızın, nəvələrimizin onlarla rəftarını daha da çətinləşdirmək öz qanımıza qarşı cinayət olardı. Henrix Himmler
- Biz almanlar yalnız qıza pərəstiş edirik və bizim şairlər yalnız onu tərənnüm edir, fransızlarda əksinədir, yalnız ərdə olan qadın həyatda və incəsənətdə sevgi predmeti olur. Henrix Heyne
- Bu ölülərin hamısı insanlardır, bu ölülərin hamısı mənim kimi nəfəs alırdı, bu ölülərin hamısının atası, anası, sevdikləri qadınlar, kök saldıqları bir torpaq parçası, sevinclərindən və kədərlərindən danışan üzləri var idi. İşığı və göyü görən gözlər. Bu saatda kor olduğum üçün kor olduğumu, bu saatda nəhayət bütün bu ölülərin, fransızların və almanların qardaş olduğunu və mənim onların qardaş olduğumu bilirəm. Ernst Toller
Ə
[redaktə]- Əgər nisbilik nəzəriyyəsi təsdiqlənərsə, onda almanlar mənim alman, fransızlar isə dünya vətəndaşı olduğumu deyəcəklər; əgər mənim nəzəriyyəm təkzib olunarsa, fransızlar məni alman, almanlar isə yəhudi elan edəcəklər. Albert Eynşteyn
F
[redaktə]- Futbol sadə bir oyundur. 22 adam 90 dəqiqə bir topu qovalar və sonunda həmişə Almanlar qazanar.[1] Qeri Lineker
H
[redaktə]- Hitler gələr və gedər, amma Almaniya və Alman xalqı qalacaq. İosif Stalin
M
[redaktə]- Mən almanlar barəsində pis yox, əksinə daha yaxşı fikirdəyəm. Amma onlardakı bir böyük çatışmamazlığı qəbul edə bilmirəm. Onlar həddindən artıq çoxdurlar. Volter
- Müxtəlif millətlərin arasında bir-birini qanmaq və qandırmaq üzrə ümumi olaraq türk dili işlənir. Türk dili burada (Urmiyada) beynəlmiləl bir dildir. Onu hər kəs biliyor. Erməni, kürd, rus, fransız, ingilis, fars, aysor, alman hamısı türkcə danışar. Bu. qədər müxtəlifül-cins bir heyətin hamısı ilə danışa bilirəm. Türkəm, bu cəhətdən özümü xoşbəxt hiss ediyoram.[2][3] Məhəmməd Əmin Rəsulzadə
R
[redaktə]- Roma imperatoru V Karl deyir ki, Tanrı ilə ispan, dostlarla fransız, düşmənlə alman, qadınla italyan dilində danışmaq yaxşıdır. Ancaq əgər o rus dilinə bələd olsaydı, təbii ki, rus dilini də bu sıraya əlavə edərdi. Çünki rus dilində ispan dilinin əzəmətini, fransız dilinin canlılığını, alman dilinin möhkəmliyini, italyan dilinin zərifliyini, üstəlik, şəkillərdəki yunan və latın dillərinin zənginliyini, yığcamlığını tapmaq olar. Mixail Lomonosov
S
[redaktə]- Sovet xalqı ilə alman xalqı arasında münasibətlərin islahatı Almaniyanın sovet zonasının hakimiyyət orqanlarının apardığı xətt üzrə mümkün deyil. Həmin zonadakı almanlar onları bu qədər qeyri-insani şəkildə pozanlara nifrət və xor baxmağa başladılar. Və bu sistemi dəstəkləyənlərə qarşı da oxşar hisslər olmalıdır. Sərhədin bağlanması misli görünməmiş iflasın etirafıdır. Almaniyanın o hissəsində yaşamaq məcburiyyətində qalan insanların fəhlə və fermerlər cənnətini tərk etmələrinin qarşısını ancaq fiziki güc tətbiq etməklə almaq olar. Sovet və alman xalqları arasında münasibətləri yeni təməl üzərində qurmağın yalnız bir imkanı var: alman xalqına öz iradəsini azad və təsirsiz şəkildə ifadə etmək yolu ilə formalaşdırmaq hüququ geri qaytarılmalı, yer üzündə heç bir xalqa verilməməlidir. Konrad Adenauer
Ş
[redaktə]- Şərqin alman olmayan xalqları üçün ali təhsil ləğv edilməlidir, dördillik məktəblər kifayət qədərdir. Bu məktəblərdə onlara sadə sayma, məsələn, beş yüzə qədər, bir adın yazılışı və almanlara itaət etmə, həm də layiqli və vicdanlı uşaqlar olmaq öyrədiləcək. Onlara oxumağı öyrətmək lazım deyil. Henrix Himmler
Y
[redaktə]- Yəhudi olmaq istəyirdim. Sonra bildim ki, əslində nasistəm, çünki ailə üzvlərim alman idi. Mən nə deyə bilərəm? Hitleri başa düşürəm, amma düşünürəm ki, pis işlər görüb. Sonda sığınacağında oturduğunu təsəvvür edə bilərəm. Yaxşı adam deyiləcək biri deyil, amma mən onu bir az başa düşürəm və bir az da ona yazığım gəlir. Ancaq İkinci Dünya Müharibəsini dəstəkləmirəm və yəhudilərə də qarşı deyiləm. Lars fon Trier
İstinadlar
[redaktə]- ↑ ‘At the end the Germans always win’
- ↑ Urmiyə. 15 iyun Məhəmməd Əmin "Tərəqqi" qəzeti. № 144. 30 iyun 1909
- ↑ Məhəmməd Əmin Rəsulzadə əsərləri I cild 1903-1909