Zvorıkin binası
Zvorıkin binası | |
---|---|
rus. Дом Зворыкина | |
47°13′29″ şm. e. 39°42′41″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Rostov-na-Donu |
Tikilmə tarixi | 1914 |
Memar | V. V. Popov |
Vikianbarda əlaqəli mediafayllar |
Maksimov binası - Rostov-na-Donu şəhərinin ərazisində, Puşkinskaya küçəsində yerləşən bina. Bina mühəndis Vasili Popovun layihəsi əsasında 1914-cü ildə inşa edilmişdir. İnqilaba qədər binada binada general-mayor İvan Nikolayeviç Zvorıkin[1] yaşamışdır. 1923-1926-cı illər ərzində binada sovet dramaturqu Vladimir Mixayloviç Kirşon yaşayıb-yaratmışdır. Bina regional əhəmiyyətli mədəni irs abidələri siyahısına daxildir[2].
Tarixi
[redaktə | mənbəni redaktə et]Bina 1914-cü ildə arxitektor Vasili Popovun layihəsi əsasında inşa edilmişdir. Binada bir müddət İvan Nikolayeviç Zvorıkin yaşamışdır. Sovet hakimiyyəti qurulduqdan sonra bina milliləşdirilmişdir. Burada müxtəlif kontorlar, müəsissələr yerləşdirilir. Bir hissəsi isə yaşayış yeri kimi istifadə edilir. Dekor işlərinin bir qismi tamamən binadan götürülmüşdür.
1923 - 1926 illərdə binada sovet dramaturqu Vladimir Mixayloviç Kirkov yaşamışdır. Onun yaşadığı mənzil 10 nömrəli olmuş və bir başa küçəyə pəncərə açılırdı. Onun həyat yoldaşı Rita Korn-Kirşon belə nəql edirdi: «Elə də böyük olmayan, təmiz otaqda bir stol, iki stul və bir yataq vardır. Stolun üzərində bir dağ kitab vardı, həmişə təzə jurnallar vardı.».
2000-ci illərdə binanın ikinci mərtəbəsini Rostov vilayəti qubernatoru Vladimir Fyodroviç Çub alır. O, burada ailə ilə birlikdə qalırd[3]. Bina bərpa edilmiş və yeni italyan lift quraşdırılmışdır.
Arxitektura
[redaktə | mənbəni redaktə et]Üçmərtəbəli bina məhəllənin künç hissəsində qərarlaşır. Onun fasadı Puşkinski küçəsinə baxır. Bina modern stilində inşa edilsə də üzərində neoqotika çizgiləri vardır. Binanın fasadı attika elementləri ilə bəzədilmişdir. Əsas giriş atıçılıq hədəfinə bənzəyir. Vaxtı ilə üzərində olan cəngavər heykəlcikləri 1960-cı il restavrasiyası zamanı sökülmüşdür. Hər seksiyada pilləkən və lift vardır.
Memorial lövhə
[redaktə | mənbəni redaktə et]1962-ci ildə binanın ön fasadında xarirə lövhəsi yerləşdirilmişdir. Burada yazılırdı: году на "/>:
Bu evdə 1923—1926 illər ərzində məşhur sovet dramaturqu Vladimir Mixayloviç Kirşon yazıb-yaratmış və yaşamış, o Rostov yazıçılar cəmiyyətinin yaradıcılarıbdan biri olmuşdur. |
İkinci lövhə isə 1997-ci ildə Fyodr Viktorov Timoleviçin şərəfinə yerləşdirilmişdir. Lövhədə yazılır:
Bu evdə (1932—1964) məşhur don folklorşunası, alim, yazıçı Fyodr Viktorov Timoleviç yaşamışdır |
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Мария Бондаренко. "Жив еще Ростов купеческий". Независимая газета. 2008-04-21. 2013-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-18.
- ↑ "Rostov-na-donu". Rostov vilayyətinin rəsmi saytı. 2013-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-18.
- ↑ "Избушка для губернатора". газета «Южный репортёр». 2013-10-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-18.