39°31′42″ şm. e. 46°50′58″ ş. u.HGYO

Ziyarət (dağ, Xocavənd)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ziyarət
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2480 m
Yerləşməsi
39°31′42″ şm. e. 46°50′58″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
Ziyarət xəritədə
Ziyarət
Ziyarət
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ZiyarətXocavənd rayonu ərazisində dağ. Qarabağ silsiləsinin cənub-şərqindədir. Hündürlüyü 2480 m. Alban tarixçisi Movses Kalankatlının “Alban tarixi” əsərində Dizapayt kimi adı çəkilir. Kalankatlınin yazdiğına görə, Maskut hökmdarı Sanatrukun 337-ci ildə öldurtdüyü ilk alban yepiskopu Qriqoris burada dəfn edilmişdir. Onun dəfn edildiyi məbəd azərbaycanlılar arasında Ağoğlan piri kimi məşhurdur. Dağ bu məbədə görə Ziyarət dağı adlanmışdır.[1]

  1. Ziyarət (dağ, Xocavənd) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.