Zeya çayı
Zeya çayı | |
---|---|
Зея 结雅 ᠵᡳᠩᡴᡳᡵᡳ ᠪᡳᡵᠠ | |
| |
Ölkə | Rusiya |
Mənbəyi | |
• Yüksəkliyi | 1900 m |
Mənsəbi | Amur çayı |
Uzunluğu | 1242km |
Su sərfi | 1.910 m³/s |
Hövzəsinin sahəsi | 233000 km² |
|
|
DSR[rus.] | 20030400112118100022394 |
Vikianbarda əlaqəli mediafayllar |
Zeya (Evenk dilində "ce" — "ülgüç") — Amur çayının hövzəsinə daxil olan iri çay. İstər dərinliyi istərsə gursululuğuna görə çay özünün mənsəbi olan Amurdan böyükdür. Çay bütünlüklə Amur vilayəti ərazisindən keçir. O Blaqoveşensk rayonu ərazisində Amura tökülür. Çayın yuxarı axarları boyunca Zeya qoruğu yerləşir (830 km² ərazidə).
Zeya SES tikilənə qədər gursululuq dövründə tez-tez güçlü daşqınlar baş verirdi. Burada hazırda Kaskad SES fəaliyyət göstərir.
Əsas məlumatlar
[redaktə | mənbəni redaktə et]Çayın uzunluğu 1242 km, su toplama sahəsi 233 000 km² təşkil edir.
Öz başlanğıcını Tonkiy Stanovik adlı yerdən Stanovo silsiləsindən götürür. Başlanğıcdan Selemca çayının töküldüyü əraziyə qədər dağlıq ərazilərdən axır. Bu hissədə dərin dərələrlə hərəkət edir. Selemca cayının töküldüyü yerdən isə artıq düzənliyə çıxır. Çay naviqasiya üçün mənsəbdən Zeya şəhərinin yerləşdiyi əraziyə qədər yararlıdır. Mu məsafə cəmi 650 km təşkil edir. Zeya SES tiikilənə qədər gəmilər hətta Bompaq qəsəbəsinə qədər belə gedə bilirdilər.
Hidrologiyası
[redaktə | mənbəni redaktə et]Çayın qidalanmasının əsasını 50–70 % yağış suları, 10–20% qar suları, 10–30 % yeraltı sular təşkil edir. Çayın ən dərin yeri 60 metr, ən enli yeri isə 4 km-dir. Uzaq şərqdə çayın gursululuq dövrü 20–30 gün davam edir. Bomnak qəsəbəsində çayı orta illik sərfiyyatı (1936–1983)[1]
Qolları
[redaktə | mənbəni redaktə et]Çaya 300000 mənbədən su axır. Bu axınlar arasında 43-nün uzunluğu 100 km-dən çoxdur. Onlar arasında xüsusi ilə Selemca çayı 647 km məsafəyə və 70,900 km² höxzəyə malikdir.
Əsas qolları
[redaktə | mənbəni redaktə et]- 21 km: İvanovka (sol)
- 110 km: Tom (sol)
- 284 km: Selemca (sol)
- 447 km: Tıqda (sağ)
- 485 km: Dep (sağ)
- 588 km: Urkan (sağ)
- 680 km: Qilyayoya (sağ)
- 791 km: Bryonta (sağ)
- 837 km: Mulmuqa (sağ)
- 878 km: Urkan (sol)
- 939 km: Aqri (sol)
- 946 km: Tok (sol)
- 1073 km: Kupuri (sol)
Yaşayış məntəqələri
[redaktə | mənbəni redaktə et]- Zeya şəhəri:
- Nikolayevka;
- Ssnovıy Bor;
- Aleksandrovka;
- Ovsyanka;
- Berezovka;
- Alqaç;
- Çalbaçi;
- Sian;
- Umlekan;
- NovoKiyevski Uval:
- Zaqan;
- Jeltoyrovo;
- Popovka;
- Malçanovo
- Svobodnıy:
- Bardaqon;
- Arqa;
- Novqorodka;
- Bolşaya Sazanka;
- Malaya Sazanka;
- Voronja;
Körpülər
[redaktə | mənbəni redaktə et]- Blaqoveşensk şəhəri yaxınlığında yerləşən avtomobil körpüsü.
- Beloqre kəndində yerləşən dəmir yolu körpüsü.
- Svobodnıyda iki dəmiryolu körpüsü.
- Krasnoyarovda avtomobil körpüsü. (Амурская область)|Красноярово]]
- Zeya avtomobil körpüsü.
- Verxnezeyvsk və Qornıy qəsəbələri arasında dəmiryolu körpüsü.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ UNESCO: Water resources Arxivləşdirilib 2016-03-24 at the Wayback Machine.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Гидроэкологический мониторинг зоны влияния Зейского гидроузла. — Хабаровск: ДВО РАН, 2010. — 354 с. ISBN 978-5-7442-1458-6
- Мина М. В. Материалы по ихтиофауне реки Зеи // Научные доклады высшей школы. Биологические науки. 1962. № 4. С. 33–37.