Zauerbraten
Zauerbraten | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
Alman mətbəxi | |
Mənşəyi | |
Tərkibi | |
Əsas |
Zauerbraten— bir neçə gün sirkə və digər inqredientlərin olduğu qarışıqda saxlanılan mal ətindən hazırlanır.[1][2][3] Müxtəlif regional növləri olan Zauerbraten alman mətbəxinin tanınmış milli yeməyidir.[4]
Hazırlanması
[redaktə | mənbəni redaktə et]İlkin olaraq çiy mal əti bir neçə gün sərin bir yerdə sirkə, su və ya çaxır, soğan, kartof, ədviyyatlar, dəfnə yarpağı, mixək, istiotdan ibarət qarışıq içərisində saxlanılmaqla marinə edilir. Daha sonra isə ət həmin qarışıqdan çıxarılaraq qızardılır. Qızardılarkən marinə etmək üçün istifadə edilən qatışıqdan ətin üzərinə əlavə edilir. Son olaraq ətə sous vurulur və salat, knödel və başqa qarnir ilə servis edilir.[3][4]
Növləri
[redaktə | mənbəni redaktə et]Zauerbratenin Rayn, Baden, Şvab, Frank, Saksoniya, Drezden, Vestfallen və Turqau kimi müxtəlif məşhur növləri var. Zauerbraten kimi mal və at ətindən savayı bəzən donuz, dovşan və ya ovlanmış vəhşi heyan əti də servis edilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Pierer's Universal-Lexikon (alm. ) https://web.archive.org/web/20220629052254/http://www.zeno.org/Pierer-1857/A/Sauerbraten#page/n494/mode/1up (#bare_url_missing_title). Archived from the original on 2022-06-29.
- ↑ Henriette Davidis. Praktisches Kochbuch für die gewöhnliche und feinere Küche. Bilefeld. 1849. səh. 175.
- ↑ 1 2 Hermann Grüner. Der junge Koch. Laypsiq: Pfanneberg. 1993. səh. 381. ISBN 3-8057-0386-4.
- ↑ 1 2 "Nostalgie für Gourmets" (alm. ). zeit.de. 25 iyun 2011 tarixində arxivləşdirilib.