52°45′57″ şm. e. 13°15′51″ ş. u.HGYO

Zaksenhauzen həbs düşərgəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Arbeit macht frei
İşləmək azadlıq gətirir
Məhkumlar, 19 dekabr 1938
Zaksenhauzen həbs düşərgəsində məhkumlar tərəfindən istifadə olunan gündəlik geyim

Zaksenhauzen həbs düşərgəsi (alm. Konzentrationslager Sachsenhausen‎) — Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Almaniyanın paytaxtı Berlin şəhərində yaradılmış, 1936–1945-ci illərdə fəaliyyət göstərmiş Nasist həbs düşərgəsi.

Zaksenhauzen düşərgəsi Üçüncü Reyx tərəfindən yaradılan həbs düşərgələrinin idarə mərkəzi olmuşdur. SS birləşmələrinində əsas təlim bazalarınan olan Zaksenhauzen həbs düşərgəsi digərlərinə nisbətən daim daha çox önəmə sahib olmuşdur. 1936-cı ildə yaradılan düşərgədə, müxətlif növ kabinalar və işgəncə otaqları vardı burada İndustie Zentrum adlanan və yalnız xüsusi həkimlərin bıraxıldığı əməliyyat mərkəzləri vardı. Burada məhbuslar üzərində müəyyən təcrübələr aparılır, onların işgəncələrə hansı şəkildə dözümlü olmaları yoxlanılırdı. Zaksenhauzendə qaz kameraları vasitəsilə minlərlə insan öldürülmüşdür.

Zaksenhauzen həbs düşərgəsinin girişində alman dilində Arbeit Macht Frei (işləmək azadlıq gətirir) cümləsi yazılmışdır. 2 may, 1945-ci ildə SSRİ ordusu tərəfindən azad edilən həbs düşərgəsində, 200 mindən çox insan saxlanılmış və onlardan 100 mini müxtəlif xəstəliklərdən vəfat etmişdir. Məhkumlar əsasən düzgün qidalanmama, vərəm və dondurucu şaxtalar səbəbindən vəfat edirdilər. Yuxarıda göstərilən səbəblərdən başqa bir çox insan İndustie Zentrum otaqlarında tibbi təcrüblələr əsnasında öldürülmüşdür.

Nasist mənbələrində Zaksenhauzen düşərgəsində saxlanılan qadınlar haqqında məlumat verilərkən, onların ümumi sayı 2 min şəklində göstərilir. Bu qadınlara Aufseherin adlanan alman qadın nəzarətçilər nəzarət edirdi. Nasist mənbələri düşərgədə saxlanılan hər 10 şəxsə bir SS zabitinin düşdüyü göstərilmişdir. Bir çox Nasist həbs düşərgəsində olduğu kimi bu düşərgədə də məhkumların saxlanılma şəraiti insanlıq normallarından aşağı olmuşdur. Məhkumların təbii ehtiyaclarının ödənilməsinə şərait yaradılmır, 120 məhkuma bir tuael ayrılır, yeməklər vaxtı-vaxtında verilmir, məhkumlar səbəb gösərilmədən döyülür və təhqir olunurdular. Müqavimət göstərənlər isə düşərgənin girişində asılaraq edam olunur və günlərlə burada saxlanılırdı. Bununla digər məhkumlara müqavimətinin mənasız olduğu fikri aşılanırdı.

Üçüncü Reyx 1936-cı ildə Münhen Olimpiadasını keçirən zaman Estervegan həbs düşərgəsindən gətirilən 50 nəfər məhkum tərəfindən Nasist Almaniyasının ilk həbs düşərgəsi inşa olunmağa başlandı. Zaksenhauzen düşərgəsi haqqında Adolf Hitler tam muasir ifadəsini işlətmişdir. Düşərgədə açıldığı ilk gündən etibarən yalnız Homosekusallar və siyasi məhbuslar saxlanılırdı. 1938-ci ilin noyabr ayında baş vermiş Kristal Gecə poqromundan sonra düşərgəyə minlərlə yəhudi məhbus gətirilmişdir. İkinci dünya müharibəsinin başlanmasından az əvvəl 1939-cu ilin sentyabr ayının ortalarında, Alman polisi Berlin şəhərində yaşayan 900 nəfər yəhudini xüsusi əməliyyatla həbs edərək, Zaksenhauzenə gətirmişdir. Gətirilən məhbusların çoxu açlıq və baxımsızlığ səbəbindən bir neçə aydan sonra ölmüşdülər. 1940-cı ildə Almanlar tərəfindən işğal olunan Polşadan minlərlə şəxs dəmiremalı sahəsidə çalışdırılmaq ücün Zaksenhauzen həbs düşərgəsinə gətirilmişdir.

4 aprel, 1941-ci ildə Eyxberq Ruhi Xəstəxanasının baş həkimi olan Fredrix Mannak adlı SS həkimi, 14f13 kod adından istifadə edərək, Zaksenhauzen həbs düşərgəsində saxlanılan məhkumların üzərində bəzi tibbi təcrüblər aparmışdır. Aparılan təcrüblərdə xəstələrin müxətlif əlavələrə neçə təsir göstərdiyi araşdırılırdı. Tibbi təcrübə ücün yaramayan bəzi xəstə məhkumlar isə Alman zabitləri tərəfindən Zaksenhauzen həbs düşərgəsinin qaz kamerlalarına aparılmış və orada öldürülmüşdür.

1941-ci ilin avqust ayında SSRİ ordusunun əsir düşmüş 18 minlik əsgəri Zaksenhauzen həbs düşərgəsinə göndərilmişdir. Əsirlərin düşərgəyə çatmasından bir həftə sonra 13 min əsri güllələnərək öldürülmüşdür. 1944-cü ilin avqust ayında Varşavada başlanan üsyanın nəticəsində almanlar 3.500 nəfər Zaksenhauzen düşərgəsindən olmaqla, ümumilikdə 65 min nəfər polyakı müxtəlif həbs düşərgələrinə göndərmişdilər.

Müttəfiqlərin Almaniyaya doğru yaxınlaşması Zaksenhauzen həbs düşərgəsində vəziyyəti dəyişdirmişdir. Artıq məhbuslara yemək verilmir və digər ehtiyaclarını ödəmək üçün heç bir şərait yaradılmırdı. Məhbuslar arasında ölüm yürüşü adlanan bu dövr təxminən 2 ay çəkmişdir. Bu dövr ərzində gücsüz və xəstə olan məhkumların böyük bir qismi ölmüşdür. Zaksenhauzen həbs düşərgəsində saxlanılan və sağ qalmağı bacaran məhbuslar SSRİ ordusu tərəfindən 2 may, 1945-ci ildə Sakhvern kəndi yaxınlığında azad edilmişdir.