Yusif Məcidzadə
Yusif Məcidzadə | |
---|---|
یوسف مجیدزاده | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz |
Vətəndaşlığı |
İran Fransa |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | Arxeologiya |
Elmi dərəcəsi | |
İş yeri | Tehran Universiteti |
Tanınır | Ciruft mədəniyyəti barədə araşdırmalarına görə |
Yusif Məcidzadə (fars. یوسف مجیدزاده) (24 fevral 1938, Təbriz) — İran azərbaycanlısı arxeoloq və Özbəki, Qəbristan və Ciruft qazıntılarınnı rəhbəri və Tehran Universitetinin keçmiş müəllimi.[1][2]
Həyatı
[redaktə | mənbəni redaktə et]1938-ci ildə Təbriz şəhərində anadan olmuşdur.
İran İslam İnqilabından Tehran Universitetindəki müəllimlik vəzifəsindən istefa vermiş və Fransaya köçmüşdür. Hal-hazırda da orada yaşayır.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Arxeoloq olan Yusif Məcidzadə İranda Özbəki, Qəbristan və Ciruft arxeoloji qazıntılarına rəhbərlik etmişdir. İranın ən məşhur arxeoloqlarındandır.
Ciruft mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Ciruft mədəniyyəti və ya Ciruft kültürü- Erkən tunc dövrünə (e.ə. 3-cü minillik) aid arxeoloji mədəniyyəti olaraq qarşıya qoyulmuşdur ki, indiki İranın Sistan və Bəlucistan və Kirman ostanlarında yerləşir.[3] Bu mədəniyyətdə aparılan arxeoloji qazıntılara Yusif Məcidzadə rəhbərlik etmişdir. Bu qazıntılar və aparılan araşdırmaların yekunu kimi Ciruft: Şərq sivilizasiyasının beşiyi əsərini yazmışdır.[4]
O, Kermanda keçirilən seminarda bu mədəniyyət barədə bu sözləri demişdir:[4]
Ciruft sivilizasiyasının tarixi miladdan 2700 il əvvələ gedib çıxır. III minillik arxeoloqların çox axtardığı, lakin tapa bilmədiyi sivilizasiya zəncirinin itkin halqasıdır. Biz Mesopotamiya mədəniyyətini inkar etmirik, lakin tək fərq ondadır ki, Mesopotamiya mədəniyyəti davamlı olmuşdur. Ciruft mədəniyyəti isə inkişaf etmiş və sonra təbii səbəblərə görə çökmüşdür. |
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Qəbristan təpəsində qazıntılar: birinci iki mövsüm — 1970 və 1971
- Lapis lazuli və Böyük Xorasan yolu
- Ciruft: Şərq sivilizasiyasının beşiyi
- Ciruft: Erkən Şəq sivilizasiyası
- La découverte de Jiroft
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Yusef Majidzadeh
- ↑ "Majidzadeh tells archaeologists to use Proto-Iranian instead of Proto-Elamite". 2022-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-12.
- ↑ "Jiroft is the ancient city of Marhashi: U.S. scholar". 2021-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-12.
- ↑ 1 2 "Jiroft and "Jiroft-Aratta" A Review Article of Yousef Madjidzadeh, Jiroft: The Earliest Oriental Civilization" (PDF). 2021-01-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-11-12.