Yunanıstan coğrafiyası
Yunanıstan coğrafiyası | |
---|---|
Qitə | Avropa |
Region | Cənubi Avropa |
Koordinatlar | 39°00'ş.e, 22°00'ş.u. |
Sahə |
|
Sahil xəttinin uzunluğu | 13,676 km |
Sərhədlər |
1,228 km
Bolqarıstan: 494 km |
Ən yüksək nöqtə | 2,917 m (Olimp dağı) |
Ən alçaq nöqtə | 0 m (Aralıq dənizi) |
Ən böyük çay | Aliakmon(297 km) |
Ən böyük göl | Trixonis (98,6 km²) |
Vikianbarda əlaqəli mediafayllar |
Yunanıstan Avropanın cənubunda, eləcədə Balkan yarımadasının cənubunda yerləşir. Ölkə ərazisinə həm də, Aralıq, Egey və İon dənizində olan adalar daxildir.
Coğrafi mövqeyi
[redaktə | mənbəni redaktə et]Sahəsi 132 min km², o cümlədən adalarının sahəsi 25,1 min km²-dir.[1][2]. Yunanıstanın ərazisi təxminən 35°00′N və 42°00′N enliyi və 19°00′E və 28°30′E uzunluğu arasında yerləşir. Ölkə Bolqarıstan (494 км), Makedoniya (228 км), Türkiyə (206 км) və Albaniya (282 км) ilə həmsərhəddir.
Sahillərini Aralıq, İon, Egey və Liviya dənizinin suları yuyur. Sahil xəttinin ümumi uzunluğu 15000 km-dir. Yunanıstana məxsus 3000 dən çox ada var. Adlar bir neçə arxipelaqda birləşir. Adalar ölkə ərazisinin 20 %-ni təşkil edir.
Yunanıstanın ərazisi üç hissəyə ayrılır:
- Materik Yunanıstanı və bu bölgəyə daxildir:Yunanıstan Makedoniyası (Florina, Pella və s), Trakiya (Radopi, Ksanti və Evros), Epir (Tesprotiya, Preveza, Yanina və s.), Fessaliya (Larisa, Maqnisiya və s.) və Mərkəzi Yunanıstan (Ftiotida, Fokida, Attika və s). Bu bölgəyə həm də İon adalarınıda aid etmək olar;
- Peloponnes — Yunanıstanın ən böyük yarımadası. Bura həm də qədim sivilizasiya mərkəzidir. Ərazi Arkadiya, Lakonika, Messeniya kimi əyalətlərdən ibarətdir. Məşhur Korinf kanalı da, bu bölgədədir;
- Egey dənizinin adaları. Ən böyük adaları Krit (8259 km²) və Evbeyadır(3654 km²). Evbeya körpü ilə materiklə birləşdirilib. Bu adalarla yanaşı Lesbos, Şimali Sporad, Kiklad və Dodekanes adalarını da, misal çəkmək olar.
Relyefi
[redaktə | mənbəni redaktə et]Dağlıq relyefə malidir. Ölkə ərazisinin 80 % -ni dağlar və yaylalar təşkil edir. Hündürlüyü 1200–1800 metr olan dağlar ölkə ərazisinin 25 %-ni təşkil edir. Yunanıstana məxsus landşaftı belə təsvir etmək olar: Meşəsiz qayalı dağlar, əhali sıxlığı yüksək olan vadilər, çox saylı adalar, boğazlar və buxtalar. Qərb bölgəsində əhəng daşlı süxurların geniş yayılması ilə əlaqədər karst çuxurları və mağararaları üstünlük təşkil edir.[3]
Şərq bölgəsi, Pelopnnes, Amvrakikos körfəzi, qərb sahilləri, eləcədə Volos, Lamiya şəhərləri ərazisi düzənlik relyefə malikdir. Yunanıstanin mərkəzi hissəsində Dinar dağlarına aid Pind silsiləsi yerləşir. Şimalda qranit və qneyslərdən təşkil olunmuş relyef formaları üstünlük təşkil edir. Ölkənin ən böyük dağ arası düzənliyi Fessal Yunanıstanın şərqində yerləşir. Ölkənin ən yüksək dağı Olimpdir(2917 m). Kornif körfəzində Parnas zirvəsinin hündürlüyü 2457 metrdir. Hər iki zirvə Pind sisteminə aiddir. Parnas dağı Attiki düzənliyini Beoti düəznliyindən ayırır.
Peloponnes — Kornif bərzəxi vasitəsi ilə materikə birləşir. Peloponnes dağı Pind dağlarının davamıdır. Yunan Makedoniyası və Trakiya Egey dənizinin çimal sahillərini əhatə edir. Alyakmon, Vardar, Struma, Mesta, çayları öz başlanğıcını Balkan yarımadasından götürür. Egey dənizinin şimalında həm də, Xalkidiki yarım adası var. Kassandra, Sitoniya və Ayon-Oros yarım adalarıda onun hissələridir. Ayon-Oros dağıda burada yerləşir(2033 m).[2]
Adaları
[redaktə | mənbəni redaktə et]Yunanıstanın tərkibinə irili xırdalı 3000 dən çox ada daxildir. Krit və Evebya kimi böyük adalarla yanaşı, kiçik Patmos, Xrisi adalarıda mövcuddur. Adalar ölkə ərazisinin 20 % -ni təşkil edir. Bütün adaları bir neçə qrupa bölmək olar:
- İon adaları — Yunanıstanın qərbində, İon dənizində yerləşir. Ən böyük adası — Kefaliniya adasıdır.
- Şimali Egey adaları — Egey dənizinin şimalında, Türkiyə sahilərinin yaxınlığında yerləşir. Ən böyük adası Lesbosdur.
- Şimali Sporad və Evbeya adası — Yunanıstanın şərq sahilərində yerləşir.
- Kiklad — Egey dənizinin mərkəzində yerləşir. Qədim Kiklad mədəniyyətinin mərkəzidir. Bu qrup adaların ən böyükləri Andros, Naksos, Mikonos, Santorin dir.
- Додеканес — adalar qrupu Egey dənizinin cənubunda yerləşir. Bu ərazi ölkənin əsas turizm mərkəzlərindən biri hesab olunur. Ən böyük adası Rodosdur.
- Krit — ölkənin ən böyük adası. Qədim Krit sivilizasiyasının mərkəzi. Ətrafda bir çoxlu kiçik adalar yerləşir. Cənubdan adaları Liviya dənizi əhatə edir.
Faydalı qazıntıları
[redaktə | mənbəni redaktə et]Yunanıstan ərazisində ən geniş yayılmış faydalı qazıntı — qonur kömürdür. Qonur kömür ölkənin əsas yanacaq mənbəyi hesab olunur. XX əsrin sonlarında Egey dənizində çox böyük olmayan neft və təbii qaz yataqları aşkar edilmişdir.
Yunanıstanın əsas faydalı qazıntısı filiz faydalı qazıntıları hesab olunur. Ölkə ərazisində daha çox dəmir filizi, marqans filizi, nikel, xrom, mis və polimetal filizləri üstünlük təşkil edir. Attikada, Lavrion yaxınlığında gümüş və qurğuşun yataqları mövcuddur. Trakiya bölgəsində isə sulfid və nikel filizləri yataqları aşkar edilib.
Naksos adasında dünyanın böyük bölöv(korund və maqnititin qarışığı)) yataqları var. Nisros və Santorin adalarında bpyük pemza ehtiyatları var. Adaların vulkan mənşəli olması ərazidə bu mineralın yaranmasına səbəb olmuşdur.
Bundan başqa Yunanıstanda bir çox tikinti materialları çıxarılır. Daha çox mərmər, qranit, əhəng daşı və qum daşı geniş yayılıb. Mütəxəssislərin fikirinə görə ölkədə 650 milyon ton boksit ehtiyatları mövcuddur.
İqlimi
[redaktə | mənbəni redaktə et]Yunanıstan iqlimi üç tipə bölünür: Aralıq dənizi iqlimi, Alp dağlıq qurşağı iqlimi və mülayim iqlim. Hər bir iqlim Yunanıstanın müəyyən ərazisinə təsir edir. Pind dağlıq qurşağı ölkə ərazisinində iqlimin formalaşmasına böyük təsir göstərir. Bu dağlardan qərbdə yerləşən bölgələr çox yağntı alır, şərq bölgə isə əksinə az yağıntı alır.
Subtropik iqlim qurşağının Aralıq dənizi iqlim tipi yayı isti quru, qışı isə mülayim və rütubətli olması ilə səciyyələnir. Bu tip Kiklad, Dodekanes, Krit, Peloponnesin şərq hissəsində və Mərkəzi Yunanıstanın bir hissəsinin əhatə edir. Zaman-zaman temperatura rekord həddə qədər qalxır, qışda isə bəzi bölgələrdə qar belə yağa bilir.
Alp iqlim tipi ölkənin dağlıq ərazisi üçün xarakterikdir: Epir, Mərkəzi Yunanıstan, Qərbi Makedoniya, Fessaliyanın bir hissəsi, eləcədə Axeya, Arkadiya və Lakoniya.
Şərqi Makedoniya və Trakiyada mülayim iqlim tipi üstünlük təşkil edir. Soyuq və rütubətli qış və isti, quru yay.
Afina şəhəri keçid bölgədə yerləşir, hansı ki, iki iqlim tipi burada birləşir: Aralıq dənizi və mülayim iqlim tipi. Şəhərin şimal hissəsində mülayim iqlim üstünlük təşkil etsədə, mərkəzi və cənub hissələrində aralıq dənizi iqlimi özünü büruzə verir.[4]
Daxili suları
[redaktə | mənbəni redaktə et]Yunanıstan çayları dağlıq, qısa, coğqun, astanalı və şəlaləlidir. Əksəriyyəti dənizə dar kanyonlarla tökülür. Ərazinin ən uzun çayı — Alyakmondur (300 км). Digər böyük çayları- Evros, Nestos, Strimon, Vardar, Axeloosdur. Gəmiçilik baxımdan önəmli olmasalarda, hidroenerji ehtiyatı baxımdan üstündürlər.
Yunanıstanda sahəsi 10–100 km² arasında olan 20-dən çox göl var. Ən böyükləri və dərin olanları tektonik mənşəlidir. Trixonis (95,5 км²), Volvi (75,6 км²), Veqoritis (72,5 км²) bunlardan ən böyükləridir.[5] Bölgədə çoxlu karst mənşəli göllərdə var. Kişik ölçüyə malik olan bu göllər yer altı sular vasitəsi ilə qidalanırlar. Ən böyüyü — Yaninadır(22 km²).
Fauna və florası
[redaktə | mənbəni redaktə et]Yunanıstan ərazisində yırtıcı heyvanların o qədərdə çox növlərinə rast gəlinmir. Belə az populyasiyaya malik olmasına səbəb ölkə ərazisinin qədim sivilizasiya mərkəzi olmasıdır. Demək olar ki, 8000 min il fauna və flora insan təsiri altında olmuşdur. Yunanıstana xarakterik olan heyvanlardan dovşanı, porsuqu və bir çox siçankimiləri misal göstərmək olar.
İri məməlilərdən qonur ayı, adi çaqqal, tülkü, vaşaq və çöl donuzunu daha çox yayılıb. Bir çox heyvan növləri Qırmızı kitaba salınmışdır. Sini çanaqlı tısbağanı və adi monax suitisini buna misal göstərmək olar. Qədim zamanlarda Yunanıstan ərazisində şirlərin olmasıda faktdır.
Yunanıstanda sürünənlər sinif yetərincə müxtəlifdir. İlanlar və kərtənkələlər üstünlük təşkil edir.
Quşlarından kəklik, vəhşi qaz, eləcədə bayquş, qartal, çalağan geniş yayılıb.
Yunanıstan ərazisində 5000 dən çox bitki növü var. Daha çox kol bitkiləri üstünlük təşkil edir. Bunlardan makvis ağacı ərəzinin sahəcə böyük ərazilər tutur. Yunanıstanın ən dəyərli ağaclarından biri də, zeytundur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Греция // Географическая энциклопедия". 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-14.
- ↑ 1 2 "ГРЕЦИЯ // Энциклопедия Кольера". 2018-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-14.
- ↑ "A Geological Companion to Greece and the Aegean" (PDF). 2022-02-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-04-17.
- ↑ "ESA helps make summer in the city more bearable". 2010-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-17.
- ↑ "Озёра Греции — зеркала природной красоты". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-16.