Yuliya Ratkeviç

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yuliya Ratkeviç
Yuliya Ratkeviç 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında
Yuliya Ratkeviç 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında
Şəxsi məlumatlar
Tam adı Yuliya Nikolayevna Ratkeviç
Vətəndaşlığı Belarus Belarus (2002—2007)
Azərbaycan Azərbaycan (2007—2016)
Doğum tarixi (39 yaş)
Doğum yeri Minsk, Belorusiya SSR
Boyu 162 sm. (5 ft 6 in)
İdman növü Güləş
Karyera illəri 2002—2016
Məşqçisi Vasili Kreso
Komandası Atasport İdman Klubu
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yuliya Ratkeviç (d. 16 iyul 1985; Minsk, Belarus) — Azərbaycanı təmsil edən Belarus əsilli qadın güləşçi. Yuliya Ratkeviç 2012-ci ildə baş tutan Olimpiya Oyunlarında bürünc medal qazanıb. 2011-ci ildə Avropa çempionu olan Yuliya Ratkeviç, habelə Dünya Çempionatlarında bir qızıl, iki gümüş və iki bürünc medala layiq görülüb. 2015-ci ildə Azərbaycanı I Avropa Oyunlarında təmsil edən Yuliya Ratkeviç "Tərəqqi" medalı ilə təltif edilib.

Yuliya Ratkeviç 16 iyul 1985-ci ildə Belarusun paytaxtı Minsk şəhərində anadan olub.

2002–2005-ci illər:

[redaktə | mənbəni redaktə et]

Yuliya Ratkeviç 2002-ci ilin iyulunda Bolqarıstanın Albena şəhərində baş tutan gənclər arasında Avropa Çempionatında mübarizə apardı və turniri on idmançı sırasında doqquzuncu pillədə başa vurdu.

2003-cü ilin avqustunda isə Yuliya Ratkeviç İstanbul şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatında mübarizə apardı. Yuliya Ratkeviç birinci mərhələdə Hindistan nümayəndəsi Səxavət Manjunu (4:0), növbəti mərhələdə isə Bolqarıstan nümayəndəsi Tzvenetxa Alexsovanı (6:0) məğlub eləsə də, üçüncü mərhələdə Rusiya nümayəndəsi Mariya Smolyaxovaya (1:8) məğlub oldu və çempionatı beşinci pillədə başa vurdu.

2004-cü ilin aprelində Yuliya Ratkeviç Avropa Çempionatlarında debüt elədi. İsveçin Haparanda şəhərində baş tutan turnirdə Yuliya Ratkeviç əvvəlcə Polşa nümayəndəsi Malqorzata Bassa-Roquşaya (0:4), sonra isə Almaniya nümayəndəsi Stefani Stubera (0:2) məğlub oldu. Daha sonra Yuliya Ratkeviç üçüncü mərhələdə İsveçrə nümayəndəsi Nadiya Meyera qalib gəlsə də (5:4), dördüncü mərhələdə Rusiya nümayəndəsi Lyubov Volossovaya (1:11), beşinci mərhələdə isə Polşa nümayəndəsi Malqorzata Bassa-Roquşaya (1:4) hesabı ilə məğlub oldu. Nəticədə beş görüşün birində qalib gələn, dördündə isə məğlub olan Yuliya Ratkeviç Avropa Çempionatını altıncı pillədə başa vurdu.

2004-cü ilin iyulunda isə Yuliya Ratkeviç Bolqarıstanın Sofiya şəhərində baş tutan gənclər arasında Avropa Çempionatında mübarizə apardı. Turnirin final görüşündə Polşa nümayəndəsi Emiliya Drzevinsxaya məğlub olan Yuliya Ratkeviç gənclər arasında Avropa Çempionatının gümüş medalına sahib oldu.

2007-ci il: Azərbaycana gəlişi

[redaktə | mənbəni redaktə et]

2008-ci il: Zədə və buraxılan olimpiada

[redaktə | mənbəni redaktə et]

2009-cu il: Dünya çempionluğu

[redaktə | mənbəni redaktə et]

2010-cu il: Dünya Çempionatında final

[redaktə | mənbəni redaktə et]

2011-ci il: Avropa çempionluğu

[redaktə | mənbəni redaktə et]

2012-ci il: London Olimpiadasında bürünc

[redaktə | mənbəni redaktə et]

2013-cü il: Universiadada qələbə

[redaktə | mənbəni redaktə et]

2014-cü il: Dünya Çempionatında final

[redaktə | mənbəni redaktə et]

2015-ci il: Las-Veqasda Dünya Çempionatı bürüncü

[redaktə | mənbəni redaktə et]

2016-cı il: Rio-de-Janeyro Olimpiadasında uğursuzluq

[redaktə | mənbəni redaktə et]

Rio-de-Janeyro Olimpiadası

[redaktə | mənbəni redaktə et]

Rio-de-Janeyro Olimpiadasında 58 kiloqram çəki dərəcəsində yarışan London Olimpiadasının bürünc medalçısı Yuliya Ratkeviç medalın bir addımlığında uduzdu. Ratkeviç birinci görüşdə ötən, 2015-ci ilin Dünya çempionu Ukrayna güləşçisi Oksana Herhel ilə qarşılaşdı və gərgin görüşdən 7:5 hesablı qələbə ilə ayrıldı.[1] 1/4 final mərhələsində Yuliya Ratkeviç Kolumbiya güləşçisi, 2008 və 2012-ci il Olimpiya Oyunlarının bürünc medalçısı Jakeline Renteria ilə üz-üzə gəldi.[2] Görüş boyu Renteriadan üstün olan Ratkeviç 7:3 hesabı ilə qələbə qazandı və yarım-finala adladı. Yarım-finalda Yuliya Ratkeviç əfsanəvi Yaponiya güləşçisi, 3 qat Olimpiya və 10 qat Dünya çempionu Kaori İçoya 0:10 hesabı ilə məğlub oldu və bürünc medal uğrunda yarışdı.[3][4] Həlledici görüşdə onun rəqibi Tunis nümayəndəsi Mərvə Əmri oldu.[5] Həmin qarşılaşmda 3:0 hesabı ilə Ratkeviç öndə olsa da, gözlənilmədən Əmri görüşdə geri dönüş etdi və 6:3 hesabı ilə qarşılaşmamım qalibi oldu. Yuliya Ratkeviç isə XXXI Yay Olimpiya Oyunlarını 5-ci pillədə başa vurdu.[6]

  1. ""Rio-2016"-nın rəsmi saytında 58 kiloqram çəki dərəcəsində qadınların sərbəst üsulu ilə güləş yarışlarının, 1/8 final mərhələsinin görüşünün nəticəsi / (Oksana Herhel-Yuliya Ratkeviç)". www.rio2016.com. 2016-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2016.
  2. ""Rio-2016"-nın rəsmi saytında 58 kiloqram çəki dərəcəsində qadınların sərbəst üsulu ilə güləş yarışlarının, 1/4 final mərhələsinin görüşünün nəticəsi / (Jakeline Renteria-Yuliya Ratkeviç)". www.rio2016.com. 2016-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2016.
  3. ""Rio-2016"-nın rəsmi saytında 58 kiloqram çəki dərəcəsində qadınların sərbəst üsulu ilə güləş yarışlarının, 1/2 final mərhələsinin görüşünün nəticəsi / (Kaori İço-Yuliya Ratkeviç)". www.rio2016.com. 2016-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2016.
  4. ""Rio-2016" Olimpiya Oyunları: Qadın güləşçimiz Yuliya Ratkeviç bürünc medal uğrunda görüşə çıxacaq". www.azertag.az. 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2016.
  5. ""Rio-2016"-nın rəsmi saytında 58 kiloqram çəki dərəcəsində qadınların sərbəst üsulu ilə güləş yarışlarının, bürünc medal uğrunda görüşünün nəticəsi / (Mərvə Əmri-Yuliya Ratkeviç)". www.rio2016.com. 2016-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2016.
  6. ""Rio-2016" Olimpiya Oyunları: Azərbaycan güləşçisi Yuliya Ratkeviç "Rio-2016"-nı beşinci pillədə başa vurub". www.azertag.az. 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2016.