Yeva Lentovskaya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yeva Lentovskaya
pol. Ewa Łętowska
Şəxsi məlumatlar
Doğum tarixi 22 mart 1940(1940-03-22) (84 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti hakim, legal scholar[d], hüquqşünas, publisist
Elmi fəaliyyəti
Elm sahəsi hüquqşünaslıq, Mülki hüquq, konstitusiya hüququ, ombudsman
Elmi dərəcəsi

Təltifləri Gold Cross of Merit‎ Polşanın İntibah ordeninin ulduzlu komandoru Commander of the Order of Polonia Restituta
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yeva Anna Lentovskaya (pol. Ewa Anna Łętowska[1]) — Polşalı hüquqşünas və hüquqmüdafiyəçisi, mülki hüquq üzrə mütəxəssis, hüquq professoru (1985). 1985-ci ildən PEA Hüquq İnstitutunun professorudur. Polşa Biliklər Akademiyasının müxbir üzvü (1996-cı ildən), Polşa Elmlər Akademiyasının həqiqi üzvü (2010-cu ildən, 1997-ci ildən müxbir üzvü). İlk Polşa ombudsmanı (1987–1992), Ali İnzibati Məhkəmənin (1999–2002) və Polşa Konstitusiya Tribunalının hakimi (2002–2011), Polşa Elmlər Akademiyası "Dövlət və hüquq" jurnalının redaksiya heyətinin üzvü.

Bioqrafiya və karyera

[redaktə | mənbəni redaktə et]

Varşava Universitetinin hüquq və idarəetmə fakültəsini bitirmişdir (1962). 1963–1965-ci illərdə məhkəmə təcrübəsini keçir. 1969-cu ildə hüquq elmləri doktoru, 1975-ci ildə mülki hüquq üzrə elmlər doktoru dərəcəsi almışdır. 1985-ci ildə hüquq elmləri üzrə professor elmi adını almışdır. 1977–1987-ci illərdə Polşa Elmlər Akademiyasının Hüquq İnstitutunun mülki hüquq kafedrasına rəhbərlik etmişdir.

1987–1992-ci illərdə Polşada ilk Mülki Hüquqlar üzrə Müvəkkili (Ombudsman) olmuşdur. 1999–2002-ci illərdə Ali İnzibati Məhkəmənin hakimi olub. 28 may 2002-ci ildə Demokratik Sol Qüvvələr İttifaqı, Polşa Kəndlilər Partiyası və Əmək İttifaqı fraksiyalarının namizədliyi ilə Polşa Konstitusiya Məhkəməsinin hakimi təyin edilib[2]. Bu vəzifəsində 9 il qalıb[3].

Elmlər Akademiyasının Hüquq İnstitutunun professoru olaraq Panteon-Sorbona Universitetində dərs demiş, Avropanın digər universitetlərində mühazirə oxumuş və kurslar tədris etmişdir.

Mülki hüquq, konstitusiya hüququ və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində çoxsaylı elmi məqalələri dərc edilmişdir.

Elmi və digər təşkilatlara üzvlük

[redaktə | mənbəni redaktə et]

Polşada Helsinki Komitəsinin üzvü[4].

Beynəlxalq Əmək Təşkilatının Standartların Tətbiqi Komitəsinin Ekspertlər Komissiyasının üzvü.

Avropa İnsan Hüquqları Fondunun Şurasının üzvü.

Parisdəki Droit Comparé Akademiyasının Beynəlxalq Hüquqşünaslar Komissiyasının üzvü.

Polşa Biliklər Akademiyasının müxbir üzvü (tarix və fəlsəfə bölməsində)[5].

Polşa Elmlər Akademiyasının həqiqi üzvü (humanitar və sosial elmlər bölməsində).

Mükafatlar və fəxri adlar

[redaktə | mənbəni redaktə et]

1979 — Ləyaqətin Qızıl Xaçı.

1995 — Fridrix Ebert Fondunun (Bonn) insan hüquqlarının təşviqinə görə mükafatı.

1996 — Polşanın Dirçəliş ordeni ilə komandir xaçı (3-cü dərəcəli).

2000 — Ekumenik Vəqfdən "Tolerantlıqda ləyaqət" mükafatı.

2001 — Eyni kitaba görə Nikolay Kopernik Fondunun mükafatı.

2008 — Qdansk Universitetinin fəxri doktoru.

2009 — Maria Qjeqojevska Xüsusi Təhsil Akademiyasının fəxri doktoru.

2011 — Polşanın Dirçəliş Ordeninin Ulduzlu Komandir Xaçı (2-ci dərəcəli).

2011 — Polşa Qızıl Xaçının 1-ci dərəcəli qızıl nişanı[6].

  1. "Członkowie Polskiej Akademii Nauk > Wydział I Nauk Humanistycznych i Społecznych > Członkowie krajowi rzeczywiści > ŁĘTOWSKA, Ewa" (polyak). Polska Akademia Nauk. 2017-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-30.
  2. "4 kadencja, 22 posiedzenie, 2 dzień (23.05.2002)" (polyak). Sejm Rzeczypospolitej Polskiej. 2002-05-23. İstifadə tarixi: 2017-03-30.
  3. "Ewa Łętowska" (polyak). Biuro Trybunału Konstytucyjnego. 2016-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-30.
  4. "Stanowisko" (PDF) (polyak). Helsińska Fundacja Praw Człowieka. 2016-07-22. 2016-08-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-03-30.
  5. "Członkowie PAU" (polyak). Polska Akademia Umiejętności. 2016-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-30.