Yerdiç

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yerdiç

Yerdiçİrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.

Rayondakı Qoytul kəndinin yaxınlığında, Arpaçayın sahilində yerləşir. Kəndin cənubunda qədim qala və qəbiristanlığın qalıqları var. "İrəvan əyalətinin icmal dəftəri"ndə Ərdiş formasında qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 70 nəfər, 1873-cü ildə 167 nəfər, 1886-cı ildə 234 nəfər, 1897-ci ildə 382 nəfər, 1904-cü ildə 298 nəfər, 1914-cü ildə 327 nəfər, 1916-cı ildə 403 nəfər, 1919-cu ildə 127 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin sentyabr-oktyabr aylarında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuş və İrandan köçürülən ermənilər kənddə yerləşdirilmişdir. Azərbaycanlılar yurdlarına indiki Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra, 1924-cü illərdə qayıda bilmişdir. Burada ermənilərlə yanaşı 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 53 nəfər azərbaycanlı yaşamışdır[1]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948–49-cu illərdə azərbaycanlılar deportasiya olunmuşdur.

Toponim türk dilində işlənən "yer, torpaq, ölkə" mənasında işlənən yer (er) sözü ilə "kənar" mənasında işlənən dış, diş (diç) sözünün birləşməsində əmələ gəlib "kənarda olan yer, yaşayış məntəqəsi" mənasını ifadə edir.

  1. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932, с. 92–93, 160–161