Sosial media
Sosial media — virtual icmalar və şəbəkələr vasitəsilə məlumatların, ideyaların, maraqların və digər ifadə formalarının yaradılmasını və paylaşılmasını asanlaşdıran interaktiv texnologiyalar.[1][2] İndiki dövrdə mövcud olan müstəqil və daxili sosial media xidmətlərinin müxtəlifliyi səbəbindən sosial medianın tərifində çətinliklər yaranmasına baxmayaraq,[3][4] onun bəzi ümumi xüsusiyyətləri var:[2]
- Sosial media interaktiv veb 2.0 internet əsaslı proqramlardır.[2][5]
- İstifadəçi tərəfindən yaradılan məzmun (məsələn, mətn yazıları və ya şərhlər, rəqəmsal fotoşəkillər və ya videolar və bütün onlayn qarşılıqlı əlaqələr vasitəsilə yaradılan məlumatlar) sosial medianın can damarıdır.[2]
- İstifadəçilər sosial media təşkilatı tərəfindən hazırlanmış, onlar tərəfindən dəstəklənən vebsayt və ya proqramlar üçün xüsusi xidmət profilləri yaradırlar.[2][6]
- Sosial media istifadəçinin profilini digər şəxslərin və ya qrupların profilləri ilə birləşdirərək onlayn sosial şəbəkələrin inkişafına kömək edir.[2][6]
Media sahəsində "sosial" termini platformaların istifadəçi mərkəzli olduğunu və kommunal fəaliyyətə imkan verdiyini göstərir. Beləliklə, sosial medianı insan şəbəkələrinin – sosial əlaqəni gücləndirən fərdlərin şəbəkələrinin onlayn vasitəçiləri və ya gücləndiriciləri kimi nəzərdən keçirmək mümkündür.[7]
İstifadəçilər adətən sosial media xidmətlərinə masaüstü kompüterlərində olan veb-əsaslı applikasiyalar vasitəsilə daxil olurlar və ya mobil cihazlarına (məsələn, smartfonlar və planşetlər) sosial media funksionallığı təklif edən xidmətləri endirirlər. İstifadəçilər bu elektron xidmətlər ilə məşğul olaraq yüksək interaktivliyə malik platformalar yaradırlar. Burada fərdlər, icmalar və təşkilatlar postlar paylaşa, birgə məzmun yarada, müzakirələr edə, iştirakçılıq edə və istifadəçi tərəfindən yaradılan və ya onlayn yerləşdirilən məzmunu dəyişdirə bilər.[1][6][8] Bundan əlavə, sosial media bloqlar, podkastlar, videolar və oyun saytlarının yaradılması ilə bağlı fikirlərin inkişaf etdirilməsi ilə yanaşı, xatirələri sənədləşdirmək, hansısa mövzu haqqında öyrənmək və onları araşdırmaq, özünü reklam etmək və dostluq əlaqələri yaratmaq üçün istifadə olunur.[9]
100 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi olan ən populyar sosial media saytlarından bəzilərinə "Twitter", "Facebook" (və onunla əlaqəli "Messenger"), "WeChat", "ShareChat", "Instagram", "QZone", "Weibo", "VK", "Tumblr", "Baidu Tieba" və "LinkedIn" daxildir. İnterpretasiyasından asılı olaraq bəzən sosial media xidmətləri adlandırılan digər məşhur platformalara "YouTube", "QQ", "Quora", "Telegram", "WhatsApp", "Signal", "LINE", "Snapchat", "Pinterest", "Viber", "Reddit", "Discord", "TikTok", "Microsoft Teams" və s. daxildir. Vikilər birgə məzmun yaradılması nümunələridir.
Sosial media vasitələri ənənəvi mediadan (məsələn, çap jurnalları və qəzetlər, TV və radio yayımı) keyfiyyət,[10] əhatə dairəsi, tezlik, yuzabiliti, aktuallıq və dərinlik[11] kimi bir çox cəhətdən fərqlənir. Bundan əlavə, sosial media vasitələri dialoqoji ötürmə sistemində (yəni, çoxsaylı mənbələrdən çoxsaylı qəbuledicilərə), ənənəvi media vasitələri isə monoloqoji ötürmə modeli (yəni, bir mənbədən çoxlu qəbuledicilər üçün) əsasında fəaliyyət göstərir. Məsələn, bir qəzet çoxlu abunəçiyə çatdırılır və bir radio stansiyası eyni proqramları bütün bir şəhərə yayımlayır.[12]
İnternetin dramatik şəkildə genişlənməsindən sonra rəqəmsal media və ya rəqəmsal ritorika bir mədəniyyəti təmsil etmək və ya müəyyən etmək üçün istifadə edilməyə başlanmışdır. Rəqəmsal mühitdə mövcud olan ritorikanın öyrənilməsi bir çox alimlər üçün yeni mühüm prosesə çevrilmişdir.
Müşahidəçilər sosial medianın istifadəsi mövzusuna nəzər yetirən zaman burada çoxlu müsbət və mənfi təsirləri qeyd etmişdilər. Sosial media fərdin real və ya onlayn icmalar ilə əlaqə hissini təkmilləşdirməkdə rol oynayır, həm də korporasiyalar, sahibkarlar, qeyri-kommersiya təşkilatları, vəkillik qrupları, siyasi partiyalar və hökumətlər üçün effektiv ünsiyyət (və ya marketinq) vasitəsi kimi çıxır edir. Müşahidəçilər həmçinin, siyasi iğtişaşlar zamanı sosial mediadan ünsiyyət və təşkilatlanma vasitəsi kimi istifadə edən ictimai hərəkatların artdığını görmüşdülər.
Sosial mediadan həmçinin, doğru və ya yalan xəbərləri oxumaq və ya paylaşmaq üçün istifadə etmək olar.
Tərifi
[redaktə | mənbəni redaktə et]Andreas Kaplan və Maykl Henlayn sosial medianı belə təsvir edirlər: "Sosial media ideoloji və texnoloji veb 2.0 üsulları ilə istifadəçi tərəfindən yaradılmış məzmunun yaradılması və paylaşımını nəzərdə tutan internet əsaslı tətbiqetmələrdir."[13]. Biznesmenlər isə sosial medianı istehlakçı tərəfindən yaradılan media adlandırırlar.
Sosial media – insanlar arasında virtual internet alətləri vasitəsilə sosial ünsiyyət yaratmaq və məlumatları paylaşma deməkdir. O, daha əlçatan və veb əsaslı texnologiyaladan istifadə etməklə ünsiyyəti interaktiv dialoqa çevirir. Sosial media vasitələrinə internet üzərindən yayımlanan informasiya saytları, sosial şəbəkələr, bloqlar, mikro bloqlar, ani ünsiyyət proqramları, forumlar daxildir.[14]
Tari̇x
[redaktə | mənbəni redaktə et]1991-ci ildə Tim Berners-Li hipermətn proqramını İnternetlə birləşdirən zaman o, şəbəkə rabitəsinin müasir dövrünü açan Ümumdünya Şəbəkəsini yaratdı. Bu irəliləyiş onlayn icmaların formalaşmasına kömək etdi və oflayn qrupların bloqlar, poçt siyahısı serverləri və e-poçt xidmətləri vasitəsilə saxlanmasına imkan verdi. Onlayn xidmətlərin təkamülü Veb 2.0-ın gəlişi ilə onlayn ünsiyyət kanalları kimi istifadə olunmaqdan onlayn sosial qarşılıqlı əlaqə üçün interaktiv platformaya çevrildi.[15]
Sosial media 1990-cı illərin ortalarında GeoCities, Classmates.com və SixDegrees.com kimi platformaların yaranması ilə ortaya çıxdı.[16][17] O dövrdə ani mesajlaşma müştəriləri və söhbət otaqları olsa da, SixDegrees unikal idi ki, bu, real insanların öz adlarından istifadə edərək ünsiyyət qurması üçün hazırlanmış ilk onlayn xidmət idi. CBS News-a görə, o, profillər, dost siyahıları və məktəbə bağlılıq kimi xüsusiyyətləri ilə öyünür və onu "ilk sosial şəbəkə saytı" edir.[18] Platformanın adı "altı dərəcə ayrılıq" konsepsiyasından ilhamlanaraq, planetdəki hər bir insanın başqalarından cəmi altı qovşaq uzaqda olduğunu göstərir.[19]
2000-ci illərin əvvəllərində sosial şəbəkə platformaları Friendster və Myspace kimi geniş populyarlıq qazandı, ardınca Facebook, YouTube və Twitter və başqaları.[20]
Sosial media nümunələri
[redaktə | mənbəni redaktə et]- Xəbər saytları - bu elə saytlardır ki, istifadəçilər həm oxuya və həm də münasibət bildirə bilirlər. İnformasiyanı bölüşmək və müzakirəyə çıxarmaq üçün də internet altələri mövcuddur. Bu saytlara Qafqazinfo, Baku.ws və s.) nümunə göstərmək olar.
- Sosial şəbəkələr (Facebook, Twitter, YouTube və s.) – bu şəbəkələrə "çayxana" adını vermək olar. Sosial şəbəkələr bizim fiziki dünyamızın virtual formasıdır.
- Ünsiyyət vasitələri – (WhatsApp, Skype, Telegram və s.) – heç bir xərc ödəmədən bütün dünya ilə canlı telefon bağlantısı, internet üzərindən görüntülü video konfranslar.
- Forum – insanların bir-birilə ünsiyyətinə və informasiya mübadiləsinə şərait yaradan sayt və proqramlar sayəsində internet istifadəçiləri axtardıqları və maraqlandıqları məlumatları əldə etmiş olurlar.
- Bloqlar – (TikTok, Instagram və s.) hər bir fərd öz bloqunu yaradır və onu gündəlik kimi istifadə edir.[21]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Kietzmann, Jan H.; Hermkens, Kristopher. "Social media? Get serious! Understanding the functional building blocks of social media". Business Horizons (Submitted manuscript). 54 (3). 2011: 241–251. doi:10.1016/j.bushor.2011.01.005. ISSN 0007-6813. 2019-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-23.
- ↑ 1 2 3 4 5 6 Obar, Jonathan A.; Wildman, Steve. "Social media definition and the governance challenge: An introduction to the special issue". Telecommunications Policy. 39 (9). 2015: 745–750. doi:10.2139/ssrn.2647377. SSRN 2647377.
- ↑ Tuten, Tracy L.; Solomon, Michael R. Social media.marketing. Los Angeles: Sage. 2018. 4. ISBN 978-1-5264-2387-0.
- ↑ Aichner, T.; Grünfelder, M.; Maurer, O.; Jegeni, D. "Twenty-Five Years of Social Media: A Review of Social Media Applications and Definitions from 1994 to 2019". Cyberpsychology, Behavior, and Social Networking. 24 (4). 2021: 215–222. doi:10.1089/cyber.2020.0134. PMC 8064945 (#bad_pmc). PMID 33847527 (#bad_pmid).
- ↑ Kaplan, Andreas M.; Haenlein, Michael. "Users of the world, unite! The challenges and opportunities of social media". Business Horizons. Bloomington, Indiana: Kelley School of Business. 53 (1). 2010: 61, 64–65, 67. doi:10.1016/j.bushor.2009.09.003. 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-28.
Social Media is a very active and fast-moving domain. What may be up-to-date today could have disappeared from the virtual landscape tomorrow. It is therefore crucial for firms to have a set of guidelines that can be applied to any form of Social Media [...].
- ↑ 1 2 3 Boyd, Danah M.; Ellison, Nicole B. "Social Network Sites: Definition, History, and Scholarship". Journal of Computer-Mediated Communication. 13 (1). 2007: 210–30. doi:10.1111/j.1083-6101.2007.00393.x.
- ↑ Dijck, Jose van. The Culture of Connectivity: A Critical History of Social Media (ingilis). Oxford University Press. 2013-01-02. ISBN 978-0-19-997079-7.
- ↑ Schivinski, Bruno; Brzozowska-Woś, Magdalena; Stansbury, Ellena; Satel, Jason; Montag, Christian; Pontes, Halley M. "Exploring the Role of Social Media Use Motives, Psychological Well-Being, Self-Esteem, and Affect in Problematic Social Media Use". Frontiers in Psychology. 11. 2020: 3576. doi:10.3389/fpsyg.2020.617140. ISSN 1664-1078. PMC 7772182 (#bad_pmc). PMID 33391137 (#bad_pmid).
- ↑ Schurgin O'Keeffe, Gwenn; Clarke-Pearson, Kathleen. "The impact of social media on children, adolescents, and families". Pediatrics. 127 (4). 2011: 800–804. doi:10.1542/peds.2011-0054. PMID 21444588. 2023-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-23.
- ↑ Agichtein, Eugene; Castillo, Carlos; Donato, Debora; Gionis, Aristides; Mishne, Gilad. "Finding high-quality content in social media" (PDF). WISDOM – Proceedings of the 2008 International Conference on Web Search and Data Mining. 2008: 183–193. 2023-05-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-08-23.
- ↑ Tao, Xiaohui; Huang, Wei; Mu, Xiangming; Xie, Haoran. "Special issue on knowledge management of web social media". Web Intelligence. 14 (4). 18 November 2016: 273–274. doi:10.3233/WEB-160343. 16 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 August 2023 – Lingnan scholars vasitəsilə.
- ↑ Pavlik, John; MacIntoch, Shawn. Converging Media 4th Edition. New York, NY: Oxford University Press. 2015. səh. 189. ISBN 978-0-19-934230-3.
- ↑ Kaplan, Andreas M.; Michael Haenlein (2010) "Users of the world, unite! The challenges and opportunities of Social Media". Business Horizons 53(1): 59–68.
- ↑ "Sosialmedia.net - Sosial media nədir?". 2020-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-19.
- ↑ "The Culture of Connectivity: A Critical History of Social Media". books.google.com. 2023-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-21.
- ↑ "Social Media Marketing: A Complete Overview". softailed.com. 2023-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-19.
- ↑ "Then and now: a history of social networking sites". cbsnews.com. 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-21.
- ↑ "The Facebook Effect: The Inside Story of the Company That Is Connecting the World". books.google.com. 2023-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-21.
- ↑ "Social Networks History - Everything You Need to Know!". techjury.net. 2023-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-21.
- ↑ "social media". britannica.com. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-21.
- ↑ "Sosialmedia.net - Sosial media nümunələri". 2020-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-19.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Agozzino, Alisa. "Building A Personal Relationship Through Social Media: A Study Of Millenial Students' Brand Engagement". Ohio Communication Journal. 50. 2012: 181–204.
- Al-Rahmi, Waleed Mugahed; Othman, Mohd Shahizan. "The Impact of Social Media use on Academic Performance among university students: A Pilot Study". Journal of Information Systems Research and Innovation. 2013: 1–10.
- Aral, Sinan. The Hype Machine: How Social Media Disrupts Our Elections, Our Economy, and Our Health—and How We Must Adapt. Currency. 2020. ISBN 978-0-525-57451-4.
- Benkler, Yochai. The Wealth of Networks. New Haven: Yale University Press. 2006. ISBN 978-0-300-11056-2. OCLC 61881089.
- Beshears, Michael L. "Effectiveness of Police Social Media Use". American Journal of Criminal Justice. 42 (3). 2016: 489–501. doi:10.1007/s12103-016-9380-4.
- Blankenship, M. "How social media can and should impact higher education". The Education Digest. 76 (7). 2011: 39. ProQuest 848431918.
- Fuchs, Christian. Social Media: A Critical Introduction. London: Sage. 2014. ISBN 978-1-4462-5731-9.
- Gentle, Anne. Conversation and Community: The Social Web for Documentation (2nd). Laguna Hills, CA: XML Press. 2012. ISBN 978-1-937434-10-6. OCLC 794490599.
- Johnson, Steven Berlin. Everything Bad Is Good for You. New York: Riverhead Books. 2005. ISBN 978-1-57322-307-2. OCLC 57514882.
- Jordan, Kasteler. "How to use SEO data in your social media strategy". 2017.
- Jue, Arthur L.; Alcalde Marr, Jackie; Kassotakis, Mary Ellen. Social media at work : how networking tools propel organizational performance (1st). San Francisco, CA: Jossey-Bass. 2010. ISBN 978-0-470-40543-7.
- Lardi, Kamales; Fuchs, Rainer. Social Media Strategy – A step-by-step guide to building your social business (1st). Zurich: vdf. 2013. ISBN 978-3-7281-3557-5.
- Li, Charlene; Bernoff, Josh. Groundswell: Winning in a World Transformed by Social Technologies. Boston: Harvard Business Press. 2008. ISBN 978-1-4221-2500-7. OCLC 423555651.
- Mateus, Samuel. "Social Networks Scopophilic dimension – social belonging through spectatorship". Observatorio (OBS*) Journal (Special Issue). 2012. doi:10.15847/obsOBS000605.
- McHale, Robert; Garulay, Eric. Navigating Social Media Legal Risks: Safeguarding Your Business. Que. 2012. ISBN 978-0-7897-4953-6.
- Piskorski, Mikołaj Jan. A Social Strategy: How We Profit from Social Media. Princeton, NJ: Princeton University Press. 2014. ISBN 978-0-691-15339-1.
- Powell, Guy R.; Groves, Steven W.; Dimos, Jerry. ROI of Social Media: How to improve the return on your social marketing investment. New York: John Wiley & Sons. 2011. ISBN 978-0-470-82741-3. OCLC 0470827416.
- Rheingold, Howard. Smart mobs: The next social revolution (1st printing). Cambridge, MA: Perseus Pub. 2002. səh. 288. ISBN 978-0-7382-0608-0.
- Schoen, Harald; Gayo-Avello, Daniel; Takis Metaxas, Panagiotis; Mustafaraj, Eni; Strohmaier, Markus; Gloor, Peter. "The power of prediction with social media". Internet Research. 23 (5). 2013: 528–543. CiteSeerX 10.1.1.460.3885. doi:10.1108/IntR-06-2013-0115.
- Schrape, JF. Reciprocal irritations: Social media, mass media and the public sphere // Society, Regulation and Governance. New Modes of Shaping Social Change?. 2017. 138–150. doi:10.4337/9781786438386.00016. ISBN 978-1-78643-838-6.
- Scoble, Robert; Israel, Shel. Naked Conversations: How Blogs are Changing the Way Businesses Talk with Customers. Hoboken, NJ: John Wiley. 2006. ISBN 978-0-471-74719-2. OCLC 61757953.
- Shirky, Clay. Here Comes Everybody. New York: Penguin Press. 2008. ISBN 978-1-86320-153-0. OCLC 458788924.
- Siegel, Alyssa. "How Social Media Affects Our Relationships". Psychology Tomorrow. September 7, 2015.
- Surowiecki, James. The Wisdom of Crowds. New York: Anchor Books. 2004. ISBN 978-0-385-72170-7. OCLC 156770258.
- Tapscott, Don; Williams, Anthony D. Wikinomics. New York: Portfolio. 2006. ISBN 978-1-59184-138-8. OCLC 318389282.
- Tedesco, Laura Anne. "Lascaux (ca. 15,000 B.C.)". Heilbrunn Timeline of Art History. New York: The Metropolitan Museum of Art. October 2000.
- Watts, Duncan J. Six degrees: The science of a connected age. London: Vintage. 2003. səh. 368. ISBN 978-0-09-944496-1.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Vikianbarda Sosial media ilə əlaqəli mediafayllar var.