Yeni Veysli
Yeni Veysli | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 2009 |
Yeni Veysli — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində qəsəbə.
Tarixi
[redaktə | mənbəni redaktə et]2009-cu il noyabrın 20-də Goranboy rayonunun Veyisli kəndi yaxınlığında məcburi köçkünlər üçün salınmış Yeni Veysli qəsəbəsinin açılış mərasimi olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Prezident Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.[1]
Qəsəbədə Kəlbəcər rayonundan olan 596 məcburi köçkün ailəsi yerləşdiriləcək. 120 hektar ərazidə salınan qəsəbədə 89-u bir, 275 iki, 200 üç, 32 dördotaqlı olan evlər tikilibdir.[1]
İnfrastruktur
[redaktə | mənbəni redaktə et]Qəsəbədə bütün zəruri infrastruktur yaradılıb. Qəsəbədə müstəqil elektrik stansiyası tikilib, bütün evlər təbii qazla təchiz olunub.[1]
2011-ci ildə Yeni Veysli qəsəbəsində elektron ATS istifadəyə verilməsi nəzərdə tutulmuşdur.[2]
Mədəniyyət
[redaktə | mənbəni redaktə et]Burada məktəb binası, uşaq bağçası, ambulatoriya, klub-icma mərkəzi, poçt binası və digər inzibati binalar tikilmişdir. Qəsəbədə inşa olunan 360 yerlik orta ümumtəhsil məktəbinin açılışında prezident də iştirak edib.[1]
Əhalisi
[redaktə | mənbəni redaktə et]Qəsəbənin əhalisi işğal olunmuş Kəlbəcər rayonunun əhalisindən ibarətdir. Az sayda digər işğal olunmuş rayonlardan da sakinlər var.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 Məcbiri köçkünlər ücün yeni qəsəbə istifadəyə verilib [ölü keçid]. Yayımlanıb:20.11.2009
- ↑ Goranboyda rabitə sisteminin inkişafı üçünəsaslı tədbirlər görülür Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. Yayımlanıb:08–01-2011
Goranboy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Qəsəbə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |