Yaroslav Haşek

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yaroslav Haşek
çex. Jaroslav Hašek
Doğum adı Jaroslav Matěj František Hašek
Doğum tarixi 30 aprel 1883(1883-04-30)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 3 yanvar 1923(1923-01-03)[1][3][…] (39 yaşında)
Vəfat səbəbi vərəm
Fəaliyyəti müəllif, romançı, jurnalist, yazıçı, publisist, yumor ustası
Fəaliyyət illəri 1900-cü ildən
Əsərlərinin dili çex dili, rus dili
İmza
Vikimənbənin loqosu Yaroslav Haşek Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Yaroslav Haşek yaşlı çağında

Yaroslav Haşek (çex. Jaroslav Hašek; 30 aprel 1883[1][2][…], Praqa, Bohemiya krallığı, Avstriya-Macarıstan[1][3][…]3 yanvar 1923[1][3][…]) —Çex yazıçısı.

Məşhur çex yazıçısı Yaroslav Haşek (1883 – 1923) Praqada müəllim ailəsində dünyaya göz açıb. Nümayişdə iştirakına görə gimnaziyadan xaric olunan Haşek 18 yaşından çap olunmağa başlayır. Yazıçının dünyagörüşünün formalaşmasında onun Avstriya-Macarıstanın tərkibində olan Çexiya, Macarıstan, Qalitsiya kimi ölkələrə səfəri, həmçinin sonradan ayrıldığı anarxistlərlə görüşləri əsas rol oynamışdır.

Birinci Dünya müharibəsi onun həyatında kəskin dönüş yaradır. Rus ordusuna əsir düşən Haşek Rusiyada yaradılan Çexoslovakiya legionuna daxil olub, inqilabi hərəkata kömək etmək üçün partiya tərəfindən 1920-ci ildə Praqaya göndərilir, lakin o zaman inqilab dalğası artıq zəifləmişdi və burjua mətbuatının tənqidlərinə tuş gələn yazıçı Praqadan getməyə məcbur olub, Qavliçkov Brod şəhərində romanı üzərində işləməyə başlayır.

Haşekin ədəbi irsi satirik və yumoristik hekayələrdən ibarətdir. 1921–1923-cü ildə çap olunan "Cəsur əsgər Şveykin majəraları" romanı onun ən məşhur əsəri sayılır. Şveyk bu gün dünya ədəbiyyatı qəhrəmanları arasında özünəməxsus yer tutur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 6 Востокова С. И. Гашек // Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 2.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 3 4 Востокова С. И. Гашек Ярослав // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1971. Т. 6 : Газлифт — Гоголево. С. 148–149.