Yapon balinası
Yapon balinası | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Yapon balinası |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Yapon balinası (lat. Eubalaena japonica) — Balinakimilər dəstəsinə Əsl balinalar fəsiləsinə(Balaenidae) aid olan növ. Bu növ əvvəllər Şimal hamar balinanın (Eubalaena glacialis) yarımnövü hesab edilirdi. Yeni texnologiyaların köməyi ilə iki fərqli növ olmaları təstiqlənir.
Görünüşü
[redaktə | mənbəni redaktə et]Yapon balinası Şimaliatlantika hamar balinasından xariçi görünüş baxımından fərqlənmirlər. Ən iri fərdin uzunluğu 18,5 metr təşkil edir. Dişilər erkəklərdən iri olurlar. Bu növün nümayəndələri 80 ton çəkiyə malik olur. Tünd rəng çalarlarında olurlar. Bel üzgəcləri qısa olur. Üzərində ağ ləkələr müşahidə edilir. Başı böyükdür və xüsusi örtüyə malikdir.
Həyat tərzi
[redaktə | mənbəni redaktə et]Yapon balinası əsasən xərçəngkimilərlə qidalanır. Astagəldirlər. Bununla belə çox kubar üzürlər. Bəzən hətta su üzərindən atıla bilirlər. Artımları olduqca azdır. Dişilər 6–12 yaşlarında doğmağa başlayırlar. 3–4 ildən bir yalnız bir bala verirlər.
Yayılması
[redaktə | mənbəni redaktə et]Yapon balinasının əsas arealı Sakit okeanın şimal hissəsini əhatə edir. Onlara Oxot dənizi, Berinq dənizi və Alyaska körfəzi sularında rast gəlmək olur. Nadir hallarda Meksika sahillərində müşahidə etmək olur. Dişilər Yaponiya sahillərində doğurlar.
Təhlükə
[redaktə | mənbəni redaktə et]Yapon balinasına qarşı intensiz ov həyata keçirlirdi. Belə məlumat vardır ki, 1839–1909-cu illərdə 26 500–37 000 baş bu növ balina ovlanmışdır. 1960-cı illərdə isə Sovet balina ovçuları trəfindən 500 Yapon balinası ovlanmışdır. Hazırda bu calılar üçün əsas təhlükə iri gəmilərdir. Papulyasiyanın sayı 400 baş Oxot dənizi, 100 baş isə digər ərazilərdə olması hesab edilir. Xüsusi ilə şərq papulyasiyası təhlükə qarşısındadır.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Mark Carwardine: Wale und Delfine. Delius Klasing, Bielefeld 2008, ISBN 978-3-7688-2473-6, S. 47–48.
- Hadoram Shirihai, Brett Jarrett: Meeressäuger. Franckh-Kosmos, Stuttgart 2008, ISBN 978-3-440-11277-9, S. 36–37.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2002.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0