Yanoş Ader
Yanoş Ader | |
---|---|
mac. János Áder | |
10 may 2012 – 10 may 2022 | |
Baş nazir | Viktor Orban |
Əvvəlki | Katalin Novak |
Sonrakı | Pal Şmitt |
Macarıstan Milli Məclisinin spikeri | |
18 iyun 1998 – 15 may 2002 | |
Əvvəlki | Katalin Sili |
Sonrakı | Zoltan Qal |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 may 1959[1] (65 yaş) |
Partiya | FİDES |
Təhsili | Eötvöş Lorand Universiteti, Hüquq və siyasi elmlər fakültəsi |
Fəaliyyəti | vəkil, siyasətçi |
Uşağı | 4 |
Vikianbarda əlaqəli mediafayllar |
Yanoş Ader (mac. János Áder, 9 may 1959[1]) - Macar vəkil və siyasətçi, 10 may 2012-ci ildən etibarən Macarıstanın prezidenti.
Həyatı
[redaktə | mənbəni redaktə et]Yanoş Ader Macarıstanın Dyör-Moşon-Şopron əyalətinin Corna şəhərində katolik ailəsində anadan olmuşdur. Orta məktəbi bu şəhərdə bitirdikdən sonra 1978-ci ildə Eötvöş Lorand Universitetinin hüquq və siyasi elmlər fakültəsinə daxil olmuşdur.[2] 5 il burada təhsil alan Yanoş 1986-1990-cı illərdə Macarıstan Elmlər Akademiyasında Sosiologiya Tədqiqat Universitetində tədqiqatçı kimi çalışmağa başlamışdır. 1980-ci illərin sonlarında Yanoş dönəmin liberal-demokrat partiyası FİDES-ə qoşuldu. Daha sonra 1989-cu ildə Macarıstanda tək partiyalı sistemin ləğv edilməsi ilə “Müxalifətin Dəyirmi Masası” debatlarının üzvlərindən biri oldu.
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Yanoş Ader ictimai və siyasi fəaliyyətinə FİDES-in 1990 və 1994-cü illərdə parlament seçkilərində seçki kompaniyasının rəhbəri daha sonra, 1990-cı ildən 2009-cu ilə qədər millət vəkili olaraq fəaliyyət göstərməsi ilə başlamışdır. 12 illik deputatlıq dövründə Yanoş Ader müxtəlif rəhbər vəzifələrdə çalışmışdır:
- 17 iyun 1997-1998-ci illərdə Macarıstan Milli Məclisinin sədr müavini
- 18 iyun 1998-15 may 2002-ci illərdə Milli Məclisin spikeri
- 2002-ci il seçkilərində isə FİDES partiyasının müxalifət lideri olmuşdur.
O, 2009-cu ildə keçirilmiş Avropa parlament seçkilərində namizəd kimi uğurla keçdi və nəticədə Macarıstan parlamentindən istefa verdi. 23 yanvar 2012-ci ildə Avropa Komitəsinin Ətraf Mühit, İctimai Sağlamlıq və Qida Təhlükəsizliyi Komitəsinin sədr müavini seçildi.
Prezidentlik dövrü
[redaktə | mənbəni redaktə et]Birinci dəfə prezident seçilməsi
[redaktə | mənbəni redaktə et]2012-ci ildə prezident Pal Şmitt diktorluq dissertasiyasının plagiat olduğu ortaya çıxdıqdan sonra elmi dərəcədən məhrum edildi və aprelin 2-də prezident vəzifəsindən istefa vermək məcburiyyətində qaldı.[3] 16 aprel 2012-ci ildə Yanoş Ader FİDES partiyası tərəfindən prezidentliyə namizəd olaraq göstərildi. Onun namizədliyi sağ-mühafizəkar koalisiyanın lideri, Macarıstanın baş naziri Viktor Orban tərəfindən irəli sürülmüşdü. Yanoşun namizədliyi parlamentdə təşkil olunan birbaşa və gizli səsvermənin gedişində konstitusion çoxluqla təsdiqləndi. 386 nəfərlik parlamentdə 52 yaşlı Yanoşun lehinə 262, əleyhinə 40 deputat səs verdi. Müxalifət partiyalarının üzvləri səsverməyə qatılmadı. Nəticədə Yanoş Ader 2012-ci il yanvarın 1-də Macarıstanın yeni konstitusiyasının qüvvəyə minməsindən sonra vəzifəyə seçilən ilk prezident oldu.[4]
İkinci dəfə prezident seçilməsi
[redaktə | mənbəni redaktə et]Macarıstan Milli Məclisində keçirilən səsvermə nəticəsində Yanoş Ader 131 səslə 2-ci dəfə Macarıstanın prezidenti seçildi. Seçkilərin ilkin mərhələsində səslərin 2/3 hissəsinin toplanılmaması nəticəsində səs vermə ikinci mərhələyə qədər uzadıldı. İkinci mərhələdə 170 səsdən 131-ni toplayan FİDES-KDNP namizədi Yanoş Ader 5 il müddətinə prezident oldu.[5] Seçkilərdən sonra o bildirir:"5 il əvvəl inandığım dəyərlər və prinsipləri nəzərə alaraq vəzifəmi yerinə yetirməkdə davam edəcəyəm. Bu 5 illik müddətdə ölkə daxilində və xaricində Macarıstanın maraqlarının təmsilçisi və müdafiəçisi olacağam. "
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Janos Ader // Munzinger Personen (alm.).
- ↑ Verseck, Keno. "Close Orban Ally is Hungary's New President." MSN News. 2 May 2012. Accessed 2012-05-05.
- ↑ ""Hungary: Janos Ader Replaces Pal Schmitt as President."". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-01.
- ↑ "AP-nin deputatı Yanoş Ader Macarıstanın yeni prezidenti oldu". 2012-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-01.
- ↑ "Yanoş Ader yenidən Macarıstan prezidenti seçildi". 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-01.