Yanıqlı türbələri
Yanıqlı türbələri | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Tovuz |
Yerləşir | Yanıqlı |
Tikilmə tarixi | XVII əsr |
İstinad nöm. | 5193 |
Kateqoriya | Türbə |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Yanıqlı türbələri — Tovuz rayonu Yanıqlı kəndində yerləşən və üç türbədən ibarət abidələr kompleksidir. Türbələrdən ikisi kvadrat, biri isə səkkizguşəli formaya malikdir. Türbələrin XVII əsrdə inşa edilməsi güman edilir. Türbələrin inşası zamanı çaydaşı və bişmiş kərpic istifadə olunmuşdur.
Tarixi
[redaktə | mənbəni redaktə et]Yanıqlı türbələrinin XVII əsrdə inşa edildiyi güman edilir. Ə. Salamzadənin fikincə türbələrin memarlıq xüsusiyyətləri onların da, yaxınlıqdakı Şah Abbas məscidi kimi Səfəvi memarlığı nümunəsi olduqlarını göstərir.[1]
Memarlıq xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Türbələrdən ikisi kvadrat, biri isə səkkizguşəli formadadır. Hər üç türbə dövrümüzə yarıdağılmış vəziyyətdə çatmışdır.[2] Səkkizguşəli türbə daha yaxşı qorunduğundan onun memarlıq xüsusiyyətləri daha aydın görünməkdədir.[2] Həmin türbənin daxili divarları nişlərlə işlənmiş, xarici divarları isə düz saxlanılmışdır. Bu türbənin əsas xüsusiyyəti onun işıq istiqamətlərinə yönəlmiş dörd qapıya malik olmasıdır.[1]
Türbələrin təməli çaydaşından hörülsə də, divarların inşası zamanı bişmiş qırmızı kərpiclər istifadə edilmişdir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Саламзаде, 1964. səh. 52
- ↑ 1 2 Саламзаде, 1964. səh. 51
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.