Yakab-Xed
Yakab-Xed | |
---|---|
mac. Jakab-hegy | |
| |
Ümumi məlumatlar | |
Dağ silsiləsi | Meçek |
Mütləq hündürlüyü | 602 m |
Yerləşməsi | |
46°05′35″ şm. e. 18°08′25″ ş. u.HGYO | |
Ölkə | Macarıstan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yakab-Xed (Yakabxed; mac. Jakab-hegy — «Yakobun dağı») — Cənubi Macarıstanda Meçek dağ silsiləsinin qərb hissəsində yerləşən ən hündür dağdır. Dağ 602 metr hündürlüyə malikdir.[1]
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Dağ Peç şəhərindən şimal-qərbdə yerləşmişdir. Yakab-Xed Ortadunay düzənliyinin yaxınlığında yerləşir. Yakab-Xed dağından yaxşı hava şəraiti zamanı 682 metrlik Zenqyo zirvəsini və Şərq Meçek dağlarını görmək olar.
Geologiya
[redaktə | mənbəni redaktə et]Dağ paleozoy erasında yaranmışdır. Perm dövründə qumdaşlarının toplanması nəticəsində meydana gəlmişdir.[2] Eroziyanın təsiri nəticəsində bir neçə qayalıqlar əmələ gəlməyə başlamışdır. Bu qayalıqlara "Babaş Serkyovek" ("Bir sıra insanaoxşar daşlar") və "Jonqorkyo" ("Jonqora Daşı") qayalıqlarını misal göstərmək olar.[3]
Yakab-Xed dağında Macarıstanda uranın tək və ən böyük yatağı yerləşir. Uranın çıxarılması 1950-ci illərdə Rusiyanın dəstəyi ilə başlamışdır. Təmizlənmiş uran 1982-ci ildən istifadə olunmağa başlanmışdır. Uran Pakş atom elektrik stansiyanın istismarı üçün istifadə olunurdu. Mədənlər və şaxtalar Soyuq müharibə bitdikdən sonra qiymətlərin kəskin şəkildə aşağı düşməsinə görə 1990-cı illərdə bağlanmışdır.[4]
Tarixi
[redaktə | mənbəni redaktə et]Qədim vaxtlardan başlayaraq bu dağda insanlar məskunlaşmışdır. Dəmir dövründə bu dağda böyük istehkam tikilmişdir. Dağda oppidum tikilmişdir. Bu tikili keltlərin və qalştatların mədəniyyətlərinin əsas siyasi mərkəzi hesab olunurdu. Roma fəthindən sonra istehkam dağıdılmışdır. Ancaq xarabalıqları hələ də mövcuddur.
Dağıdılmış qalanın mərkəzində orta əsrlərə aid kiçik kənd aşkar edildi. Müqəddəs Yakob kəndin himayəçisi idi. Dağın adı da buradan götürülmüşdür. Dağda 1225-ci ildə paulin ordeninin monastırı yaradılmışdır. Monastır Macarıstanın türk işğallarına qədər əsas istehkamlardan hesab olunurdu. 1736-cı ildə monastır yenidən tikilmişdir. 1828-ci ildə yenidən dağıdılmışdır. Bizim vaxtımıza qədər monastırın yalnız xarabalıqları gəlib çatmışdır.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Pécs lexikon I. (A-M). Főszerk. Romváry Ferenc. Pécs: Pécs Lexikon Kulturális Nonprofit Kft. 2010. 343. o. ISBN 978-963-06-7919-0
- ↑ Pierre Jolivet, Jorge Santiago-Blay, Michael Schmitt: Research of chrysomelidae. BRILL 2009. S. 236.
- ↑ Babás Szerkövek Arxivləşdirilib 2018-11-29 at the Wayback Machine (венг.)
- ↑ PDF Arxivləşdirilib 2021-12-08 at the Wayback Machine (венг.)
- ↑ Buzás Gergely: A Jakab-hegyi pálos kolostor, Várak, Kastélyok, Templomok, III/4. 2007. augusztus, 8-11.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Pécs lexikon, Band I. (A-M). Pécs 2010. S. 343. ISBN 978-963-06-7919-0.
- Gergely Buzás: A Jakab-hegyi pálos kolostor, Várak, Kastélyok, Templomok. 2007.