Yağfur

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Yağfur[1] (ərəb. يعفور‎ — "ceyran") — Məhəmməd peyğəmbərə (s.a.v) məxsus olduğu nəql edilən əfsanəvi eşşək.

Hz Məhəmmədə məxsus bu canlı haqqında bir neçə ərəb ilahiyyatçılarında fərqli fikirlər vardır. Bu səbəbdən müsəlmanlar arasında mübahisə mövzusu olaraq qalır. Tarixçi Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbərinin sözlərinə görə bu canlı Hz Məhəmmədə Misir hakimi Mukaukis tərəfindən Mariyə əl-Qibtiyyə (r.a) ilə birlikdə verilmişdir. Yağfur ətrafında formalaşan əfsanəyə görə o Müqəddəs İncil kitabında qeyd olunan bütün peyğəmbərlərin eşşəkləri ilə soy baxımından əlaqəlidir. Yağfuru İsa peyğəmbərin Qüdsə daxil olması zaman mindiyi eşşəyin soyundan olması ehtimal edilir. Üstəlik İncildə adı çəkilən Valaam peyğəmbərin danışan eşşəyi ilə bağlığığı bildirilir. Onun haqqında əfsanələrdən biridə Yağfurun danışan son eşşək olması ilə əlaqəlidir.

Tarixin sonrakı dövrlərində Yağfur ismi simbollaşdırılmış və kişi adı kimi istifadə olunmağa başlanılmışdır. Bununla yanaşı tarixdə Yəməni idarə edən Yağfuridlər (867–997) sülaləsi, Suriyada isə Yağfur adlı şəhər, bu adla bağlı olması ehtimal edilir.

  1. "Yağfur". 2021-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-29.