Yılmaz Vural

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yılmaz Vural
Ümumi məlumatlar
Tam adı Yılmaz Vural
Doğum tarixi 1953
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Boyu 174 sm
Mövqeyi müdafiəçi
Vəzifəsi məşqçi
Karyerası
Klub karyerası[* 1]
1974–1975 Sivasspor
1975–1977 Təkirdağspor
1977–1978 Hacəttəpə
1978–1979 Ankara Dəmirspor
Məşqçisi olduğu klublar
1986–1988 Malatyaspor
1988–1989 Antalyaspor
1989 Samsunspor
1989–1990 Bursaspor
1990–1991 Qarşıyaxa
1991 Adanaspor
1991–1993 Bursaspor
1993–1994 Qaziantepspor
1995–1996 Əskişəhərspor
1996–1997 Sarıyer
1997 Trabzonspor
1997–1998 Gənclərbirliyi
1998–1999 Konyaspor
1999 Çanaqqala Dardanelspor
1999–2000 Bursaspor
2000–2001 Dənizlispor
2001–2002 Diyarbəkirspor
2003–2004 Adanaspor
2004 Çaykur Rizəspor
2005 Ankaragücü
2005–2007 Antalyaspor
2008 Manisaspor
2008–2009 Kocaəlispor
2009–2011 Kasımpaşa
2011 Konyaspor
2012 Sakaryaspor
2012–2013 Elazığspor
2014 Mərsin İdman Yurdu
2014 Osmanlıspor
2015 Karabükspor
2015 Gənclərbirliyi
2016 Adana Dəmirspor
2017 Göztəpə
2018 Girəsunspor
2018 Əskişəhərspor
2018–2019 Adana Dəmirspor

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yılmaz Vural(türk. Yılmaz Vural; 1953, Adapazarı) — Türkiyəli baş məşqçi.

Futbolçu karyerası

[redaktə | mənbəni redaktə et]

1970-1974-cü illər ərzində həvəskar futbolçu olan Yılmaz Vural, 1974-1975-ci illər mövsümündə "Sivasspor"da peşəkar karyerasına başlamışdır. Daha sonra isə, Türkiyə 3-cü liqasında çıxış edən "Təkirdağspor" və "Hacəttəpə"də forma geyinmişdir. 1978-1979-cu illər mövsümünün sonunda Türkiyə 3-cü liqasında çıxış edən "Ankara Dəmirspor" komandasında peşəkar karyerasını bitirərək məşqçiliyə başlamışdır.

Məşqçilik karyerası

[redaktə | mənbəni redaktə et]

Hal-hazırda Türk futboluna baş məşqçi kimi xidmət edir. Okan Universitetində futbol dərsləri tədris etməkdədir[1]. 20 fevral 2014-cü ildə Türkiyə 2-ci liqasının qırmızı qrupunda mübarizə aparan "Bayrampaşa" klubunu satın almaq istədiyini açıqlamışdır[2] .

2005-2006-cı illər mövsümündə ikinci dəfə "Antalyaspor"un baş məşqçilik postuna gətirildi. 2-ci liqa komandasında ilk üç matçından qalib ayrılmışdır. Mövsümün gedişatında 5 matçlıq qalibiyyət seriyası əldə etməyi bacarmışdır. Lider "Bursaspor"un ardından ikincilik uğrunda "Altay" ilə mübarizədən qalib ayrılaraq Türkiyə Super Liqasına birbaşa vəsiqə qazandı. 2006-2007-ci illər mövsümündə 8 qələbə və 15 heç-heçə əldə etdi. Bu qalibiyyətlərdən dördünü üst-üstə almışdır. "Fənərbağça" da daxil olmaqla 4 rəqibini də 1-0 hesabı ilə məğlub etməyi bacarmışdılar. 26-cı tur etibarı ilə 9-cu pillədə qərarlaşan komanda, bu turdan sonra qələbə qazana bilmədi. Son tura isə liqada qalmaq uğrunda mübarizə aparan komandalardan olan "Çaykur Rizəspor" ilə eyni xalda girsə də, "Gənclərbirliyi"nə 3-1 hesabı ilə məğlub olaraq aşağı liqaya düşdülər. Mövsümün sonunda isə komanda ilə yolları ayrıldı.

15 fevral 2011-ci ildə yenidən "Konyaspor"un baş məşqçisi təyin olundu. Komanda 21-ci tur etibarı ilə 17-ci pillədə yer alırdı. İkinci "Konyaspor" karyerasına "İstanbul Başakşəhər" ilə heç-heçə edərək başlasa da, tək qələbəsini 17 aprel 2011-ci ildə "Kayserispor"u 3-1 hesabı ilə məğlub edərək əldə etmişdir. 31-ci turda "Kasımpaşa" ilə 2-2 heç-heçə edərək rəsmi olaraq aşağı liqaya düşməsi təsdiq olundu. Həmin mövsümün əvvəlində "Kasımpaşa"da məşqçilik edən Yılmaz Vuralın çalışdırdığı hər iki komanda aşağı liqaya düşmüşdür.

15 fevral 2005-ci ildə 14-cü pillədə olan "Ankaragücü"nün məşqçisi təyin olundu. İlk beş turda 2 qələbə, 2 məğlubiyyət və 1 heç-heçə əldə etsə də, sonrakı dörd turda məğlub olduğundan klubdan qovulmuşdur. Komanda isə mövsümü 13-cü sırada bitirərək liqada qalmağı bacardı.

18 yanvar 2008-ci ildə aşağı liqaya düşmə xəttinin 1 pillə yuxarısında, 15-ci sırada olan "Manisaspor"un məşqçisi vəzifəsini icra etməyə başlamışdır. İkinci matçında 3-2 hesabı ilə qalib ayrıldığı "Dənizlispor" qarşılaşmasından başqa qələbə əldə edə bilməmiş, kubokda isə "Adana Dəmirspor"a məğlub olaraq mübarizəni dayandırmışdır. 7 matç sonra vəzifəsindən ayrılmışdır. "Manisaspor", Yılmaz Vural ilə 17-ci sıraya geriləmiş və mövsümün sonunda aşağı liqaya düşmüşdür.

27 sentyabr 2008-ci ildə ilk beş turda yalnızca bir heç-heçə əldə edərək liqanın son sırasında yer alan "Kocaəlispor"un məşqçisi vəzifəsinə gətirildi. O da ilk beş matçda yalnızca bir heç-heçə əldə etsə də, 15 noyabr 2008-ci ildə "Dənizlispor"u son dəqiqədə vurulan qol ilə məğlub edərək ilk qələbəsini əldə etmiş oldu. Ümumilikdə 11 turda komandanı çalışdıran Yılmaz Vural yalnızca 2 qələbə alaraq komandanı sonuncu pillədən azad edə bilməmiş və vəzifəsindən azad edilmişdir. "Kocaəlispor" isə mövsümün sonunda liqanı tərk etmişdir

3 sentyabr 2009-cu ildə ilk 4 turda məğlub olan və liqanın son pilləsində olan "Kasımpaşa"nın məşqçisi təyin olunmuşdur. Gəldikdən 4 tur sonra ilk qələbəsini əldə etmişdir. Mövsümün gedişatında öz meydanında "Trabzonspor"u və "Şükrü Saracoğlu Stadionu"nda "Fənərbağça"nı məğlub edərək diqqətləri çəkmişdir. Türkiyə Kubokunda isə "Beşiktaş"ı "İnonü Stadionu"nda 3-1 məğlub etməyi başarmışdır. 10-cu turda artıq "Kasımpaşa"nı son üç sıradan xilas etməyi bacarmışdır. Mövsümü isə 12-ci pillədə tamamlamışdır.

2011-2012-ci illər mövsümünə də "Kasımpaşa"da başlamışdır. Lakin bir öncəki mövsümdə əldə etdiyi nailiyyəti təkrarlaya bilməmişdir. İki qolsuz heç-heçə ilə başladığı mövsümdə ard-arda 8 məğlubiyyət almışdır. Mövsümün ilk dövrəsində yalnızca 1 qələbə qazanan komandadan qış fasiləsində ayrılmışdır. Ayrıldığı zaman liqanın son sırasında olan komanda mövsümün sonunda aşağı liqaya yuvarlanmışdır.

Yılmaz Vural 16 fevral 2012-ci ildə Türkiyə 1-ci Liqasında mübarizə aparan doğulduğu şəhərin komandası olan "Sakaryaspor" ilə razılıq əldə edərək baş məşqçi vəzifəsini icra etməyə başladı. Kluba gəldikdə komanda 21 turdan sonra 16-cı pillədə yer alırdı. Gəldikdən 3 gün sonra "Konyaspor" qarşısında ilk oyununa çıxmış və 1-0 hesabı ilə məğlub olmuşdur. Maddi problemlər yaşayan komanda ilə 13 qarşılaşmada iştirak etmiş, lakin,qələbə qazana bilməmişdir. Mövsümün sonuna 4 tur qalmış aşağı liqaya düşməsi rəsmiləşən komandada mövsüm bitənədək qalmışdır.

10 oktyabr 2012-ci ildə "Elazığspor"un baş məşqçisi təyin olunmuş və klubda əldə etdiyi nəticələrlə qısa müddətdə aşağı liqaya düşmə xəttindən uzaqlaşdırmışdır. 19 may 2013-cü ildə isə müqavilə müddəti başa çatdığı üçün komandadan ayrılmışdır.

Mərsin İdman Yurdu

[redaktə | mənbəni redaktə et]

"Mərsin İdman Yurdu" Hakan Kutlu ilə yollarını ayırdıqdan sonra məşqçilik postuna Yılmaz Vuralı dəvət etmişdir. 6 mart 2014-cü il saat 14:30-da rəsmi müqaviləni imzalayaraq işə başlamışdır.

"Osmanlıspor" Osman Özköylüdən sonra baş məqçilik vəzifəsinə 23 dekabr 2014-cü ildə Yılmaz Vuralı gətirmişdir.

"Karabükspor" Yılmaz Vural ilə 24 fevral 2015-ci ildə mövsümün sonunadək müqavilə imzalamışdır.

Gənclərbirliyi

[redaktə | mənbəni redaktə et]

23 dekabr 2015-ci ildə "Gənclərbirliyi" ilə 1 il 6 ay müddətinə müqavilə imzalamış, lakin,komandada yalnız 6 gün qalmışdır. 29 dekabr 2015-ci ildə vəzifəsindən imtina etmişdir.

22 mart 2017-ci ildə "Göztəpə" ilə razılıq əldə edərək baş məqçi kimi fəaliyyətinə başlamışdır.

8 fevral 2018-ci ildə "Girəsunspor" ilə razılıq əldə etmişdir. Komandada 15 gün qalmışdır. 23 fevral 2018-ci ildə klubdan ayrılmışdır.

Əskişəhərspor

[redaktə | mənbəni redaktə et]

6 aprel 2018-ci ildə ikinci dəfə "Əskişəhərspor"un baş məqçisi təyin olunmuşdur. Liqanın sonuna 5 tur qalmış vəzifəsini icra etməyə başlamışdır. Bu 5 tur ərzində 3 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət əldə edərək komandanı liqada saxlamağı bacarmışdır. Mövsümün sonunda isə klubdan ayrılmışdır.

Adana Dəmirspor

[redaktə | mənbəni redaktə et]

21 noyabr 2018-ci ildə "Adana Dəmirspor"da baş məşqçilik vəzifəsini icra etməyə başlamışdır. 3 fevral 2019-cu ildə isə komandadan ayrılmışdır. Hal-hazırda heç bir klubu çalışdırmır.

  1. Yılmaz Vural, Okan Üniversitesi'nde[ölü keçid]
  2. "Yılmaz Vural'ın çılgın projesi!". 2014-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]