Xuan Manuel Sançes Qordillo
Xuan Manuel Sançes Qordillo | |
---|---|
isp. Juan Manuel Sánchez Gordillo | |
Doğum tarixi | 5 fevral 1949 (75 yaş) |
Doğum yeri |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, sindikatçı[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Xuan Manuel Sançes Qordillo (isp. Juan Manuel Sánchez Gordillo; 5 fevral 1949, Marinaleda, Əndəlüs) — qəribə hərəkətləri ilə tanınan Marinaleda kənd bələdiyyəsinin başçısı.
Həyatı
[redaktə | mənbəni redaktə et]İspaniyanın Aralıq dənizi sahilindəki Əndəlüs bölgəsinin Sevilya əyalətinin şərqində yerləşən Syerra-Sur-de-Sevilya rayonunun Marinaleda kəndində anadan olmuşdur.
Əvvəllər müəllimlik etmişdir.
1980-ci illərdə Marinaleda kəndindəki kəndli çıxışlarına başçılıq etmişdir. 25 yaşında ikən bələdiyyə başçısı seçilmişdir.
Sançes Qordillo 21 aprel 2012-ci il tarixli "Yunge Velt" qəzetində gedən yazısında özünün siyasi kursunu "liberal kommunist" deyə açıqlayıb. Sánchez Gordillo qeyd edir:
"Bu gün əvvəlkindən daha çox utopik fikirlərə inanıram. Çünki biz burada xalq üçün mümkün olan hər şeyi bacardıq"[1].
2008-ci ildə Birləşmiş Sol partiyasının siyahısından Əndəlüs Bölgə Parlamentinə deputat seçilmişdir. O, millət vəkilli kimi aldığı maaşını Marinaleda kəndində qurduqları kooperativin hesabına köçürür. Gordillo nə sosial demokratlarla, nə də Mühafizəkar Xalq partiyası ilə əməkdaşlıq etmir. Mütəmadi olaraq yollarda olan bələdiyyə başçısının xidməti avtomobili yoxdur. Şəxsi avtomobili də yoxdur. Harayasa gedəndə kəndlilərin birindən xahiş edir ki, onu qatar stansiyasına qədər ötürsün[1].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Böhranın ortasındakı möcüzə. Arxivləşdirilib 2014-02-08 at the Wayback Machine 1937.az (az.)