Xortdan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Xortdan ya da xortlaq — gecə qəbirdən xortlayaraq çıxıb yatmış adamların qanını soran, onlara pislik edən qorxunc, dəhşətli mövhum bir vücud,[1] folklor və xalq əfsanələrinə görə qaniçən məxluq. Xortdanlar əsasən Şərqi Avropa mifologiyasında var. Ən tanınmış ənənəyə görə onları günəş işığı, ürəyə vurulmuş ağcaqovaq payası, gümüş güllə və daha bir neçə şey öldürür.

Xortdanların xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Ümumilikdə xortdanların əlamətləri aşağıdakı kimidir:

  1. Gün işığından qorxurlar;
  2. Gecələr məzarlardan çıxır (xırtlar / xortlar);
  3. Qurbanlarını dişləyərək boğur, onların qanlarını içir və xüsusiyyətləri;
  4. Məzardan xortlayan vampir adi meyitə xas olan çürümə əlamətlərinə malik olmur.
  5. Ağızları daima qanlı olur, qanları laxtalanmır.

Bu məxluqlar qadın və ya kişi ola bilərlər, lakin çox vaxt çirkin qadınlar olurlar. Onların məkanı kimsəsiz və tənha yerlər, eləcə də qəbiristanlıqlardır. İnanca görə xortdan hücumundan qorunmaq üçün qəbiristanlığın yanından keçər­kən dua oxumaq lazımdır.

Türk mədəniyyətində xortdan

[redaktə | mənbəni redaktə et]

Xortlayan insanın axirətdən qovulduğuna inanılar. Guya ki, gecələr məzarından çıxan, kəfənlə ortalıqda gəzən bu varlıq sürətlə qaça bilər, ata minər, silahdan istifadə edə bilər, istədiyi insanı döyər, sevdiyi insanı qaçırar, evlərə hücum edər, yol kəsər.

Macar dilinin köklərini araşdırmaq məqsədi ilə Orta Asiyaya qədər dərviş qılığında səfər edən Professor Arminius Vambery'e görə: "Osmanlı dövründə məşhur bir inanca görə vampirlər ağac kovuklarında gizlənirlər və oralarda avlanırlarmış. Ele keçirilən vampirlər kəlləni kəsildikdən sonra bir çuvala qoyulub dənizə atılarmış."

1833-ci ildə Tırnova qazısı Əhməd Şükrü Əfəndi tərəfindən paytaxta göndərilmiş və Təqvim-i Vekayi qəzetinin 69. sayında nəşr olunmuş olan bir sənəddə bu ifadələr yer alır:

"Böyük bir izdihamla qəbiristanlığa gedildi. Şəkil taxtanı barmağında çevirməyə başlayınca şəkil sağlamlıqlarında yeniçəri ocağının qanlı zorbalarından Təkinoğlu Əli Əlamdar ilə Əbdi Əlamdar deyilən iki nəfərin məzarına qarşı dayandı. Məzarlar açıldı. Cəsədlər böyümüş, tüklərin və dırnaqların da üç dörd dəfə uzanmış olduğu aşkar olundu. Gözlərini qan bürümüş, çox qorxunc idi. Qəbiristanlıqdakı bütün izdiham bunu gördü. Bu adamlar sağlamlıqlarında hər cür pis çirkin işi etmiş, təcavüz, namusa, mala hücum etmiş, adam öldürmüşdülər. Yeniçəri ocaqları ləğv edildiyi zaman bir təhər yaşlarına baxılaraq cəllada verilməmiş, əcəlləri ilə ölmüş kəslər idi. Sağlamlıqlarında etdikləri azmış kimi indi də xalqa xəbis ruh olaraq qayıtdıqları bilinir. Cadugər Nikolanın tərifinə görə, bu kimi xəbis ruhları qovmaq üçün cəsədlərin göbəyinə bir ağac paya vurulur və ürəkləri qaynar suda qaynadılırmış. Əli Əlamdar ilə Əbdi Əlamdarın cəsədləri məzardan çıxarıldı. Göbəklərinə bir ağac paya vuruldu və ürəkləri bir qazan qaynar su ilə qaynadıldı. Lakin heç bir təsir etmədi. Cadugər "bu cəsədləri yandırmaq lazımdır" dedi. Bu məsələ ilə bağlı dini icazə alındı və iki yeniçərilərin məzardan çıxarılan cəsədləri qəbristanlıqda yandırıldı."

İzah edilən hadisədə kiçik fərqlərlə Avropadaki cadugərlik üsulları izlənilməkdədir. Məsələn Avropa inancında paya göbəya deyildə ürəyin xəttinə çırpılır, ürəkləri qaynatmaq qədər cəsədlərin başlarını qoparmaq da ənənəyə görə təsirli bir çarədir. Bu cür əsassız söz-söhbətlərin xalqı intizamsız yeniçərilərə qarşı hərəkətə keçirmək üçün ortaya atıldığı təxmin edilir.

  • Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0)  (türk.)
  • İlber Ortaylı, İmparatorluğun En Uzun Yüzyılı, 25. Baskı, Sayfa 38  (türk.)

Həmçinin baxın

[redaktə | mənbəni redaktə et]
  1. https://www.azleks.az/online-dictionary/xortdan?s=my Arxivləşdirilib 2022-01-28 at the Wayback Machine Azərbaycan dilinin izahlı lüğəti