Xocalı 613
Xocalı 613 | |
---|---|
Bəstəkar | Pyer Tilloy |
Tonallıq | faciə |
Forma | musiqi pyesi |
Yazılma tarixi | 2013 |
Premyera |
|
İthaf olunub | Xocalı soyqırımı |
Hissələr | 2 hissədə |
Xocalı 613 — Fransa bəstəkarı Pyer Tilloy tərəfindən bəstələnmiş[1] musiqi pyesi. Əsər Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş[2][3][4][5] Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuşdur.
Tarixi
[redaktə | vikimətni redaktə et]Xocalı 613 musiqi pyesi Pyer Tilloy tərəfindən 2013-cü ildə yazılmış və Qarabağ münaqişəsi zamanı[6] 26 fevral 1992-ci ildə Xocalı şəhərində törədilmiş soyqırım nəticəsində erməni silahlı qüvvələri tərəfindən oldürülmüş 613[7][8] dinc sakinin xatirəsinə həsr edilmişdir.
Bəstəkar özü bu əsər haqqında yazır:
Xocalı qırğını, Azərbaycan xalqının yaddaşında ən həssas və kədərli hadisələrdən biri kimi qalmış, bu hadisə bütöv bir xalqın hələ də əziyyət çəkdiyi uzunsürən Qarabağ münaqişəsi ilə əlaqəlidir. Adətən "yaddaş" adlandırılan bir mexanizm mövcuddur ki, o, vulqar pafosdan uzaq formada insanlığı unutmadan qoruğur və onun ləyaqətinin keşiyində durur. "Yaddaş" həmişə, siyasi və inqlabi kontekst çərçivəsindən çıxaraq insanlara onların qəlbinin dərinliklərinə toxunacaq əsas dövrlər, çətin anlar və dramları xatırladan musiqiçilər və digər sənətkarlar üçün yaradıcılıq bayrağı olmuşdur. |
Premyerası
[redaktə | vikimətni redaktə et]Dünya premyerası (Fransa)
[redaktə | vikimətni redaktə et]Xocalı 613 musiqi pyesinin dünya premyerası 21 fevral 2013-cü ildə Avropa-Azərbaycan Cəmiyyətinin (AAC) Fransa təmsilçiliyi tərəfindən Xocalı soyqırımının iyirmi birinci ildönümü münasibətilə təşkil olunmuş tədbirlər çərçivəsində Parisin Müqəddəs Roş kilsəsində baş tutmuşdur.[9] Konsertdə 350 senator, Fransa Milli Assambleyası üzvləri və musiqi həvəskarları iştirak etmişlər.[10][11]
Konsert proqramı drijor və bəstəkar Loran Petijerarın rəhbərliyi, Londonun "Orion" orkestrının iştirakı ilə baş tutmuşdur. Əsərdə balaban partiyasını musiqiçi Şirzad Fətəliyev, skripka partiyasını isə Nyu-Yorkun Culyard məktəbinin ilk azərbaycanlı məzunu, AAC-nin mədəniyyət məsələləri üzrə məsləhətçisi Səbinə Rakçeyeva ifa etmişdir.[12]
Böyük Britaniyada premyerası
[redaktə | vikimətni redaktə et]Pyer Tilloyon Xocalı 613 musiqi pyesinin Böyük Britaniya premyerası 26 fevral 2013-cü ildə Londonda, Parlament binası yanında yerləşən Müqəddəs Con Smit meydanında, Xocalı soyqırımı qurbanlarının xatirəsinə təşkil olunmuş konsert çərçivəsində keçirilmişdir. 500-dən çox lord, parlament üzvləri, diplomatlar və musiqi həvəskarlarının iştirak etdiyi konsert Avropa-Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil olunmuşdu. Əsər drijor və bəstəkar Loran Petijerarın rəhbərliyi, Londonun "Orion" orkestrının iştirakı ilə ifa edilmişdir.[6][13]
İfa
[redaktə | vikimətni redaktə et]Əsər skripka, balaban, zərb alətləri və simli alətlər orkestri ilə ifa üçün yazılmışdır. Əsərdə marş və konflikt ritmləri fonunda "Laçın" və "Sarı gəlin" xalq mahnılarının musiqisindən istifadə olunmuşdur.[6]
Maraqlı faktlar
[redaktə | vikimətni redaktə et]Məşhur Böyük Britaniya bəstəkarı Robber Haqill dünya klassik musiqisi haqqında olan saytda Xocalı soyqırımı haqqında nəşr etdirdiyi məqaləsində, fransız bəstəkarı Pyer Tilloyun Xocalı 613 musiqi pyesindən də bəhs etmişdir.[14]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 26 février 2013–19:00 pm Église St. John's / Londres (UK) — KHOJALY.613 — Opus 197 Arxivləşdirilib 2022-01-26 at the Wayback Machine (fr.)
- ↑ Human Rights Watch World Report 1993 — The Former Soviet Union. Arxivləşdirilib 2015-06-22 at the Wayback Machine (ing.)
- ↑ "Доклад правозащитного центра «Мемориал» о массовых нарушениях прав человека, связанных с занятием населенного пункта Ходжалы в ночь с 25 на 26 февраля 1992 г. вооружёнными формированиями — Судьба жителей Ходжалы". 2010-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-23.
- ↑ "Трагедия Ходжалы касается Москвы. Александр Караваев — политолог". 2010-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-23.
- ↑ Martin Tamcke. Koexistenz und Konfrontation: Beiträge zur jüngeren Geschichte und Gegenwartslage der orientalischen Christen Arxivləşdirilib 2021-05-07 at the Wayback Machine. — Hamburg, Germany: LIT Verlag, 2003. — С. 311–312. — 453 с. — ISBN 3825868192.
- ↑ 1 2 3 "В Великобритании состоялась премьера «Ходжалы 613» Пьера Тиллоя, взволновавшая лондонских зрителей". 2014-05-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-23.
- ↑ "Letter dated 23 April 2002 from the Chargé d'affaires a.i. of the Permanent Mission of Azerbaijan to the United Nations Office at Geneva addressed to the Chairperson of the Commission on Human Rights". 17 February 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 February 2016.
- ↑ "planethugill.com Khojaly 613". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-23.
- ↑ "Известный французский композитор посвятил произведение Ходжалинскому геноциду". 2013-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-23.
- ↑ "World première of Khojaly 613 by Pierre Thilloy moves a Parisian audience". 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-23.
- ↑ "In the News - World Première of Khojaly 613 by Pierre Thilloy Moves a Parisian Audience". 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-23.
- ↑ "В Париже состоялась премьера произведения французского композитора Пьера Тилоя "Ходжалы 613"". 2013-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-23.
- ↑ "UK première of Khojaly 613 by Pierre Thilloy moves a London audience". 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-23.
- ↑ "Британский композитор опубликовал статью о Ходжалы на сайте о мировой классической музыке". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-23.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Soyqırımı qurbanlarına rekviyem: Pier Tiloyun "Xocalı 613" əsərinin Britaniya premyerası: [Avropa-Azərbaycan Cəmiyyəti tərəfindən Londonun Müqəddəs Con kilsəsində konsert keçirilib] //Mədəniyyət.- 2013.- 1 mart.- S.5.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Famous French composer Pierre Thilloy composed classical work "Khojaly 613" Arxivləşdirilib 2013-02-24 at the Wayback Machine (ing.)