Xocəsən (elektrik deposu)
Xocəsən | |
---|---|
3-cü xətt | |
Depodakı qatarlar | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Açılma tarixi | 23 dekabr 2022 |
Ən yaxın stansiya | Xocəsən |
Vikianbarda əlaqəli mediafayllar |
Xocəsən — Bakı metrosunun sayca ikinci elektrik deposu.[1] Bənövşəyi xəttin bir hissəsini təşkil edir.[1] Xocəsən metrostansiyasının yanında yerləşir.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]"Xocəsən" elektrik deposunun açılışı 23 dekabr 2022-ci ildə baş tutmuşdur.[1] Açılışda Azərbaycan prezidenti İlham Əliyev iştirak etmişdir.[1] Elektrik deposunun tikintisi üç mərhələli plan üzrə aparılmış və birinci mərhələ başa çatmışdır.[1] Daha iki mərhələ üzrə işlər xəttin yeni stansiyaları və tunelləri inşa olunduqca tələbata uyğun görüləcək.[1]
İkinci mərhələdə məişət otağı ilə dayanma korpusu, qatarların yuyulması kamerası, təkərlərin diaqnostika kompleksi, yanacaq-sürtkü materialları anbarı, dönmə qurğuları, kompressor stansiyası, təmir-dayanacaq binası üçün qazanxana inşa olunacaq.[1] Üçüncü mərhələdə isə vaqonların təmiri və istehsalı korpusu, inzibati və məişət binaları, dispetçer idarəetmə məntəqəsi və vaqon təmiri binaları üçün qazanxana, qaldırıcı kran estakadası ilə texnoloji platformanın tikintisi planlaşdırılır.[1]
Xüsusiyyətlər
[redaktə | mənbəni redaktə et]Elektrik deposu 24 hektardan çox ərazini əhatə edir.[1] Depoda iki içməli su anbarı, iki yanğın su anbarı, üç baxış qanovu və xidməti otaqlar, qatarların hərəkətini idarə etmək üçün blok-post, elektrik yarımstansiyası, təmir və texniki baxış infrastrukturu yaradılıb.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- metro.gov.az/az/ — Bakı Metropoliteninin rəsmi saytı