Xiuaz Dospanova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xiuaz Dospanova
qaz. Хиуаз Қайырқызы Доспанова
Şəxsi məlumatlar
Doğum tarixi 15 may 1922(1922-05-15)
Doğum yeri
Vəfat tarixi 20 may 2008(2008-05-20)[1][2] (86 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü Sovet Hərbi Hava Qüvvələri[d]
Rütbəsi baş leytenant
Döyüşlər
Təltifləri "Vətən Müharibəsi" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 50 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 60 illiyi" yubiley medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Astananın 10 illiyi" medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 20 illik yubileyi" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "Varşavanın azad edilməsinə görə" medalı "Əmək veteranı" medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Vətən" ordeni
Qazaxıstanın Xalq Qəhrəmanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xiuaz Kairqızı Dospanova (1922–2008) — İkinci Dünya müharibəsində pilot, atıcı-şturman. Qazaxıstan Respublikasının Xalq Qəhrəmanı. İkinci Dünya müharibəsində şturmançı pilot olan yeganə qazax qadın.

O, 1922-ci il mayın 15-i Qazaxıstan SSR-nin Qurevsk vilayətinin Qanyuşkino kəndində dünyaya gəlib. 1940-cı ildə Uralsk şəhərinin № 1 li orta məktəbini qızıl medalla bitirən Xiuaz həm də yerli aeroklubun ehtiyat pilot vəsiqəsini alıb.

Məktəb dövründə ən fəal pioner başçısı və əlaçı şagirdlərdən olan Xuiaz həm də məktəbin komsomol təşkilatının katibi idi. Həm onillik məktəbi, həm də aeroklubu müvəffəqiyyətlə bitirən gənc qız sənədlərini Moskvada yerləşən Jukovski adına Hərbi Hava Akademiyasına versə də, onun sənədlərini götürmürlər. Lakin ruhdan düşməyən Xiuaz Birinci Moskva Tibb İnstitutuna sənədləri təqdim edir. Əlaçı və fəal məzunu imtahansız İnstituta qəbul edirlər.[3]Təxminən bir il sonra müharibə başlayır. Radioda verilən elan xəbər isə Xuiazın uşaqlıq arzusunu pilotluğa olan arzusunu reallaşmağa kömək edir. Xəbərdə deyilirdi ki, Mariya Raskova qadınlardan ibarət aviaalay təşkil etmək üçün qızlar axtarır. Odur ki, 1941-ci il oktyabrın 13-ü Xiuaz kurs yoldaşı Tatyana Sumarokovayla birgə M. M. Raskovanın qəbuluna yazılaraq, şturmançı qrupuna qəbul edilirlər. Təlimdən sonra Xiuaz Dospanova 588-ci gecə bombardımançı avia –alayının şturman-atıcısı təyin edilir. O, döyüş tapşırığını Cənub cəbhəsində, Şimali Qafqazda, Zaqafqaziyada, eləcə də Ukrayna və Belarusiya cəbhəsində yerinə yetirib. Müharibədən əlil olaraq qayıdan gənc pilotun hər iki ayağında sınıq olmağına baxmayaraq, ictimai həyatda fəallığına görə seçilib.

Müharibədən sonra partiya-siyasi fəaliyyətlə məşğul olub, Kommunist partiyasının Vilayət Komitəsinin instruktoru təyin edilib. Qazaxıstanın Lenin Kommunist Gənclər Birliyinin Mərkəzi Komitəsinin katibi vəzifəsinəcən yüksəlib.1951-ci ildə Qazaxıstan SSR Ali Sovetinin deputatı və ilk sessiyada Prezidiumun katibi seçilib. 2008-ci il mayın 20-i dünyasını dəyişib.[4]

SSRİ Ordusunda 1941-ci ilin oktyabrından şturman kursunu bitirən Xiuaz 1942-ci ilin mayından cəbhədə xidmətə başlayır. İlkin dövrlərdə ekipaj şturmanı olsa da, daha sonralar 46-cı qvardiya gecə bombardımançı aviaalayının rabitə rəisi vəzifəsinə yüksəlir. Daim düşmən təyyarəsi və texnikasını havadan izləyib məhv edən cəsur qız 300-dən çox hərbi uçuş həyata keçirmiş, rəqib ordunun canlı qüvvə və texnikasını sıradan çıxarmışdır. Lakin döyüş tapşırığını yerinə yetirdikdən sonra eyni vaxtda qayıdan iki təyyarənin eniş zamanı toqquşması zamanı Xiuaz ağır yaralanmış və ömürlük əlil olmuşdur.

Cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətinə görə "Qırmızı Ulduz", "Qırmızı Bayraq" orden və "Qafqazın müdafiəsi uğrunda", "Varşavanın azad edilməsi uğrunda", "Almaniya üzərində Qələbə" medallarıyla təltif edilib. 2004-cü ilin dekabrın 7-i Qazaxıstan Prezidentinin sərəncamı ilə Xiuaza "Xalq Qəhrəmanı" adı və "Otan" ordeni verilib.[5]

Xiuaz Dospanova Şaku Əmirovla ailə qurub. Bu nikahdan iki oğlu olub; kiçik oğlu iki yaşında vəfat edib. Böyük oğlu isə Erbolat Əmirov Satpayev adına Qazaxıstan Milli Texniki İnstitutunda pedoqoji fəaliyyətlə məşğuldur. Nəvələri Bayan Şaku və Kanat Şakudur.

Adının əbədiləşdirildiyi yerlər

[redaktə | mənbəni redaktə et]

Qazaxıstanın bir çox yerlərində "Xalq qəhrəmanı" qazax qızının xatirəsinə məkanlar var. Atırauda İdman sarayına onun adı verilib. Atırauda həmçinin Xiuaz Dospanovanın xatirəsinə heykəl ucaldılıb. Almatıda adına küçə verilib. Yaşadığı evin qarşısında onun xatirəsinə lövhə vurulub. Bundan başqa, "Air Astana" aviaşirkətinin "Embraer--190" təyyarəsinə Xiuaz Dospanovanın adı verilib. Murat Jakibayev və Lev Vahidovun 2005-ci ildə ərsəyə gətirdikləri "Успеть сказать спасибо" əfsanəvi hərbi təyyarəçi-şturmançının həyatı və döyüş yolundan bəhs edir.[6]

  1. https://archive.is/LZrw.
  2. https://web.archive.org/web/20140222133929/http://airastana.com/kaz/ru/news/Embraer-after-Hiuaz.aspx.
  3. НОЧНАЯ ВЕДЬМА ХИУАЗ ДОСПАНОВА
  4. Биография Arxivləşdirilib 2019-01-30 at the Wayback Machine
  5. "НОЧНАЯ ВЕДЬМА ХИУАЗ ДОСПАНОВА". 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-16.
  6. "НОЧНАЯ ВЕДЬМА ХИУАЗ ДОСПАНОВА". 2021-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]