Xarratlı
kənd | |
Xarratlı | |
---|---|
40°02′10″ şm. e. 44°28′08″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Zəngibasar mahalı |
Rayon | Zəngibasar rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1831 |
Mərkəzin hündürlüyü | 830 m |
Saat qurşağı | UTC 4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Nəqliyyat kodu | 25 |
Xarratlı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd.[2][3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 7 km cənub-şərqdə yerləşir. Zəngibasar rayonu təşkil edilənə qədər (14 yanvar 1969) Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[4].
Toponimi
[redaktə | mənbəni redaktə et]Toponim sənət bildirən xaratlı türk tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Sadə quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25. I.1978-ci il fərmanı ilə adı dəyişdirilib Arevabuyr qoyulmuşdur. XX əsrin əvvəllərinə aid mənbədə İrəvan qəzasında Xaratlu kimidir[5]. 1918-ci ildə kəndin əhalisi qovulmuşdur[6][7] (11, 164). 1926-cı ildə ermənilər yerləşmişlər. 1978-ci ildə kənd ermənicə Arevablur adlandırılmışdır. 1728-ci ilə aid türkcə mənbədə Haratlıdır[8][9]. Əsli Heratlı. Əfqanıstandan türk tayfalarının hərəkəti ilə Herat əyalətinin adı gətirilmədir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1831-ci ildə 183 nəfər, 1873-cü ildə 303 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 202 nəfər,1908-ci ildə 373 nəfər, 1914-cü ildə 571 nəfər, 1916-cı ildə 192 nəfər,[10], 1918-ci ildə 496 nəfər[11], 1919-cu ildə 160 nəfər[12] yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin payızında azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur[13]. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 61 nəfər azərbaycanlı, 1926-cı ildə 102 nəfər azərbaycanlı, 62 erməni, 1931-ci ildə 136 nəfər azərbaycanlı, 59 erməni yaşamışdır[10]. 1986-cı ildə çap edilmiş "Ermənistan və ətraf vilayətlərinin toponimlər lüğəti"ndə azərbaycanlılar erməni kimi təqdim edilir və burada guya 1930-cu ilə kimi yalnız ermənilər yaşamışdır[14]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948–49-cu illərdə azərbaycanlılar zorla tarixi torpaqlarından deportasiya edilib Azərbaycana köçürülmüş və xaricdən (İran, Türkiyə, Livan) köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır.[15]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- ↑ [Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.] (#bad_url) (#bare_url_missing_title). İstifadə tarixi: 31 avq 2022.
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.261
- ↑ [Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.] (#bad_url) (#bare_url_missing_title). İstifadə tarixi: 31 avq 2022.
- ↑ Budaqov B.Ə. Türk uluslarının yеr yaddaşı. Bakı “Еlm”: Bakı, 1994. .
- ↑ [Hubschmann H.Die Altarmenische grammatik, I. Jaepzig, 1985. Hubschmann H.Die Altarmenische grammatik, I. Jaepzig, 1985.] (#bad_url) (#bare_url_missing_title). İstifadə tarixi: 31 avq 2022.
- ↑ Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri. .
- ↑ Budaqov B.Ə. Azərbaycan toponimlərinin problеmləri. “Azərbaycan onomastikası problеminə dair”. Bakı, 1986. .
- ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.48–49, 128–129
- ↑ История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.216
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.128–129
- ↑ История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.216, 222
- ↑ Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.423
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. Xarratlı.Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти&rft.place='"`UNIQ--templatestyles-00000022-QINU`"'Бакы&rft.pages=с. Xarratlı&rft.pub='"`UNIQ--templatestyles-00000023-QINU`"'Оғуз ели&rft.date=1998&rft.aulast=Будагов&rft.aufirst=Б. Ә.&rft.au=Гејбуллајев, Г. Ә.&rfr_id=info:sid/az.wikipedia.org:Xarratlı" class="Z3988">