Xanlar Cəfərov
Xanlar Cəfərov | |
---|---|
Xanlar Daşdəmir oğlu Cəfərov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Könül Axundova |
Uşaqları | Ülviyyə Cəfərova, Lamiyə Bağırova |
Atası | Daşdəmir Cəfərov |
Anası | Sona Cəfərova |
Fəaliyyəti | prodüser |
Təhsili | Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatr və kino fakültəsi |
Mükafatları |
Cəfərov Xanlar Daşdəmir oğlu — Azərbaycan kinoprodüseri, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (2000).
Həyatı
[redaktə | vikimətni redaktə et]Xanlar Cəfərov 6 iyul 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatr və kino fakültəsini bitirmişdir. 1969-cu ildən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, film direktoru vəzifələrində işləyib. 1988-ci ildən "Rakurs" Sənədli Filmlər Studiyasının direktoru olub. 2001-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi "Yaddaş" Sənədli Filmlər Studiyasının direktoru olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü olmuşdur.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür[1].
Xanlar Cəfərov 29 aprel 2016-cı ildə vəfat etmişdir.
Ailəli idi. 2 övladı və 2 nəvəsi var.
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]- Narahat adam (film, 2005)
- Azərbaycan: Tarixdən səhifələr (film, 2008)
- Azərbaycan Odlar Yurdu (2009)
- Bakı balkonları
- Köç
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Azərbaycan Respublikasının kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2014-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-29.